Vüqar Səfərli günahları Əli Həsənov və oğlunun üstünə atdı

Vüqar Səfərli günahları Əli Həsənov və oğlunun üstünə atdıLəğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin barəsində olan hökmdən verilən apellyasiya şikayətinin detalları məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, onun şikayətində göstərilib ki, KİVDF həqiqətən Mətbuat prospektində yerləşən binada icarə haqqı müqabilində icarəçi kimi fəaliyyət göstərib.

Bildirilib ki, Fondla icarəyə verən arasında bağlanan rəsmi müqavilələr mövcuddur:

"Həmin müqavilələr üzrə ödəniş sənədləri də cinayət işinin materiallarına əlavə edilib".

Şikayətdə iddia edilib ki, V.Səfərli tərəfindən ödənilmiş icarə haqqı üzrə hər hansı məbləğ mənimsənilməyib:

"İcarə sahəsinin yerləşdiyi binada dövlət hesabına maliyyələşən digər qurumlar, QHT fondu və digər fondlar fəaliyyət göstərib".

Eyni zamanda, apellyasiya şikayətində icarə haqqının bazar qiymətlərindən artıq olub-olmamasının müəyyən edilməsi üçün ekspertizanın da təyin edilməsi istənilir:

"Bu hal məhkəmə iclasında şahid qismində dindirilən "Azərmətbuatyayım" ASC-nin nümayəndəsinin ifadəsi ilə də öz əksini tapıb. Hadisənin mexanizmindən görünür ki, müqavilə əsasında pul vəsaiti Fonda ayrılıb və eyni qaydada da "icarə haqqı" təyinatı ilə Həsənli Şamxal Əli oğlunun hesabına transfer edilib. Belə olan halda həmin pul vəsaitlərinin ayrıldığı və çatdığı yer bəllidir".

Müdafiə tərəfi həmçinin apellyasiya şikayətində jurnalistlər üçün inşa edilən binaların tikintisi zamanı yol verilən qanunazidd əməllər nəticəsində dövlətə məxsus 16 928 086,44 manat məbləğində pul vəsaitinin talanması epizodu üzrə də aparılan məhkəmə istintaqından narazı olduğunu qeyd edib:

"Qeyd edilməlidir ki, tikinti üzrə ziyan Vüqar Səfərli tərəfindən deyil, Ədalət Vəliyev (Əli Həsənovun bacanağı) tərəfindən ödənilib. Belə ki, Ədalət Vəliyev "Portos" MMC-də vəzifəyə münasibətdə formal bir şəxs olmasını bildirsə də, 36 000 000 manat dəyərində olan əmlakı ziyanın əvəzini ödəmək üçün təqdim edib. Həmçinin iş materiallarından görünür ki, "Portos" MMC Əli Həsənovun oğlu Şamxal Həsənova məxsus olub. Tikintinin əvvəldən axıra qədər aparılmasında bütün göstərişlər Əli Həsənov tərəfindən verilib (şahid ifadələrinə əsasən). Vüqar Səfərli Əli Həsənovun göstərişlərini mübahisələndirmək iqtidarında olmayıb".

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Həmçinin hökmə əsasən, keçmiş icraçı direktorun Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi, Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kv/m) ünvanı, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi müsadirə olunub.

Bundan başqa, müsadirə edilənlər sırasında onun "Mercedes-Benz ML 350", "Volkswagen Tuareg" və "Toyota Land Cruiser" markalı avtomobilləri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik bağ evi, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kv/m-lik bağ evi, oğlu Seymur Səfərliyə məxsus Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi də var.

Eyni zamanda, məhkəmənin hökmünə əsasən, V.Səfərlinin "Rabitəbank" ASC-də hesabında olan 300 min manatı, həmin bankda oğlunun hesabına olan 500 min manatı və Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat vəsaiti müsadirə edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1381   Tarix: 11 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr
.

Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec

24 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is

24 oktyabr
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə

25 oktyabr
.

Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib. Almaniyadan gələn turistlərin say

24 oktyabr
.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin

24 oktyabr
.

Azərbaycanda 9 ayda kolbasa istehsalı 9 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 25 min 216,5 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 9,1 % çoxdur. Bu ilin oktyabr ayının 1-nə ölkədə 19,5 ton hazır məhsul ehtiyatı yaranı

25 oktyabr