Bakıda dəmir yolu keçidində qumbara tapıldı - FOTO/VİDEO
Bakıda dəmir yolu keçidində qumbara tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində dəmir yolu keçidində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb edilib.
Ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş partlayış təhlükəli əşyanın döyüş tətbiqinə yararlı bir ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.
Qumbara pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.





Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
"WhatsApp" artıq belə görünəcək - FOTO
Pensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın
SON DƏQİQƏ! Azərbaycanda ZƏLZƏLƏ OLDU
Əhaliyə ŞAD XƏBƏR: 5 gün ardıcıl iş OLMAYACAQ - RƏSMİ
PSJ-nin Çempionlar Liqasının finalına çıxmasından 1,3 milyon qazandı
İbrahim Tatlıses "Baboş"a klip ÇƏKDİ
Bu şəxslərin pensiyası İKİQAT ARTACAQ - ŞAD XƏBƏR!
Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA
Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır
Canan Karatay ən faydalı türk yeməyini açıqladı - FOTO
TƏCİLİ: Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - Təqaüd yaşı ilə bağlı VACİB AÇIQLAMA
DƏHŞƏTLİ HADİSƏ! Ata məktəb qiymətlərinə görə 9 yaşlı qızının başını mişarla kəsdi
Bu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ