Avtomobilini Azərbaycan bayrağı ilə silən şəxs üzr istədi - YENİLƏNİB + VİDEO
Bu gün sosial şəbəkələrdə yaşlı kişinin bayraqla avtomobil təmizləməsinin videosu yayılmışdı.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru Zeyni Hüseynov bildirib ki, polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat texniki tədbirlərlə həmin şəxsin Sumqayıt şəhər sakini 72 yaşlı Soltan Mehdiyev olması müəyyən edilib.
Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunan Soltan Mehdiyev izahatında taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib. O qeyd edib ki, avtomobilində təmizlik üçün bir neçə parça olub, lakin həmin vaxt səhv salaraq həmin parçalardan deyil, bayraqdan istifadə edib.
S.Mehdiyev etdiyi bu hərəkəti qınayan hər bir kəsdən üzr istəyib və peşman olduğunu bildirib.
14:51
Daxili İşlər Nazirliyi Azərbaycan bayrağı ilə maşın silən şəxslə bağlı açıqlama yayıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma başlayıb.
13:40
Azərbaycanda taksi sürücüsü avtomobilini Azərbaycan bayrağı ilə silib.
Bununla bağlı video sosial şəbəkədə yayılıb.
Görüntülərdə orta yaşlı kişinin əlindəki bayraqla maşının üzərindəki tozu və avtomobilin dövlət nişanını silməyi yer alıb.
Videonu izləyənlər baş verən bu hadisəni qəzəblə qarşılayıblar.
Oxu.Az həmin görüntüləri təqdim edir:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
Hər ayın 8-i və ya 9-u ödənilən pensiyalar indi niyə 14-də verilir? - RƏSMİ AÇIQLAMA
"WhatsApp" artıq belə görünəcək - FOTO
Pensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın
SON DƏQİQƏ! Azərbaycanda ZƏLZƏLƏ OLDU
Əhaliyə ŞAD XƏBƏR: 5 gün ardıcıl iş OLMAYACAQ - RƏSMİ
PSJ-nin Çempionlar Liqasının finalına çıxmasından 1,3 milyon qazandı
Bu şəxslərin pensiyası İKİQAT ARTACAQ - ŞAD XƏBƏR!
Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA
İbrahim Tatlıses "Baboş"a klip ÇƏKDİ
Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır
Övladı ilə danışığı qınandı - VİDEO
Canan Karatay ən faydalı türk yeməyini açıqladı - FOTO
TƏCİLİ: Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - Təqaüd yaşı ilə bağlı VACİB AÇIQLAMA
DƏHŞƏTLİ HADİSƏ! Ata məktəb qiymətlərinə görə 9 yaşlı qızının başını mişarla kəsdi