Blokda yatan əcnəbi qadın sığınacağa yerləşdirildi
Özbəkistan vətəndaşı olan qadın sığınacağa yerləşdirilib.
Bu barədə Oxu.Az-a "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.
O bildirib ki, qadın ötən gecə sığınacağa gətirilib:
"Qadın iki gün blokda yatdığını bildirib. Özbəkistan vətəndaşını sığınacağa qəbul etdik. Xanım deyir ki, uzun müddət Özbəkistanda vergi xidmətində çalışıb. Biz xanımın yoldaşı ilə də əlaqə saxladıq. Xanımın əri bildirdi ki, yoldaşı ilə yeddi ildir ki boşanıblar. Boşandıqdan sonra xanımına kömək olmaq üçün ev tutub, işə düzəldib. İşə başladıqdan sonra öz-özünə danışdığı, qeyri-adi hərəkətlər etdiyinə görə işdən çıxarılıb. Əri bildirdi ki, yoldaşında son zamanlar şizofreniya əlamətlərini hiss edib. Qadın hələ də vergi orqanında çalışdığını düşünür. Xanım bizə bildirir ki, Bakıya pulunu götürməyə gəlib".
M.Zeynalova onu da qeyd edib ki, Özbəkistan vətəndaşları ilə bağlı Özbəkistan səfirliyinə zəng etsələr də cavab ala bilməyiblər:
"Dövlət Miqrasiya Xidməti və Özbəkistan Səfirliyindən xahiş edirik ki, xanımı öz ölkəsinə göndərməkdə köməklik göstərsinlər. Xanımın sığınacağımızda qalması təhlükəlidir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
"WhatsApp" artıq belə görünəcək - FOTO
Pensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın
SON DƏQİQƏ! Azərbaycanda ZƏLZƏLƏ OLDU
Əhaliyə ŞAD XƏBƏR: 5 gün ardıcıl iş OLMAYACAQ - RƏSMİ
PSJ-nin Çempionlar Liqasının finalına çıxmasından 1,3 milyon qazandı
İbrahim Tatlıses "Baboş"a klip ÇƏKDİ
Bu şəxslərin pensiyası İKİQAT ARTACAQ - ŞAD XƏBƏR!
Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA
Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır
Canan Karatay ən faydalı türk yeməyini açıqladı - FOTO
TƏCİLİ: Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - Təqaüd yaşı ilə bağlı VACİB AÇIQLAMA
DƏHŞƏTLİ HADİSƏ! Ata məktəb qiymətlərinə görə 9 yaşlı qızının başını mişarla kəsdi
Bu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ