Bakıda şagirdin rəsm çəkməsinə əsəbiləşən müəllim onun başını divara çırpdı
Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı məktəbin şagirdi fiziki tərbiyə dərsi zamanı sinif yoldaşları ilə divarda şəkil çəkən zaman fənni tədris edən müəllimin zorakılığı ilə rastlaşıb.
Bu barədə məktəbdə təhsil alan şagird Leyla Əliyevanın anası sosial şəbəkələrdə paylaşım edib.
Paylaşımda bildirilib ki, qızı marker ilə şəkil çəkmək istəyəndə fiziki tərbiyə müəllimi onun əlindən markeri alıb:
"Şagirdlərin gözü qarşısında qızımın başını dəfələrlə divara çırpıb və nalayiq ifadələr işlədib. Ərizə ilə şikayətimi bildirəndə bütün şagirdlər gördükləri bu dəhşətli özbaşınalığı müdiriyyətə danışdı. Xatırladım ki, mən də 16 il təhsil müəssisəsində müəllimə kimi çalışmışam.
Üç övlad böyüdürəm. Uşaqlarımın tərbiyəsinə və təhsilinə xüsusi diqqət yetirirəm. Bu özbaşınalığa susmayacağam. Belə vəhşiliyə yol verən kəs müəllim adını daşımamalıdır".
Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdakı 117 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəlliminin dərsin təşkilində yol verdiyi nöqsanla bağlı müvafiq araşdırma aparılıb:
"Araşdırma nəticəsində 117 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən fiziki tərbiyə müəllimi intizam məsuliyyətinə cəlb olunub".
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 5794 Tarix: 12 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pasiyenti döydüyü iddia edilən sanitar danışdı - VİDEO
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar vəzifəsində işləyən Gülnar Fərzəliyevanın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü bildirilir. Xəzər TV-yə istinadən bildirir ki, hadisədə adı hallanan Gülnar Fərzəliyeva isə iddiaları təkzib edir. Gülnar Fərzəliyeva iddia edi
17 oktyabrSalyanda avtomobil aşdı: Xəstəxanaya aparılan şəxs öldü
Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi "Mercedes" markal
18 oktyabrŞamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü
Şamaxı rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. xəbər verir ki, hadisə rayonun Çuxuryurd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı evin həyətində su ilə dolu beton çənin içərisinə düşərək həyatını itirib
19 oktyabrZaqatalada rus sürücü TIR-la qadının üstündən keçdi
Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşlı Firəngiz Məmmədovanı vurub. Hadisə zamanı TIR qadının ayaqlarının üstündən keçib
17 oktyabr20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Azərbaycanda aliment borcunu ödəməyən daha bir ata həbs olunub. -a istinadən xəbər verir ki, 36 yaşlı Qəbələ rayon sakini Müşfiq Cəfərov (şərti adla) 18 min manatdan çox aliment ödənişini yerinə yetirmədiyi üçün barəsində cinayət işi açılıb. Məlumata görə, o, 2012-ci ildə zərərçəkənlə rəsmi nikaha girib
18 oktyabrBağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi
15 oktyabrÖtən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub
17 oktyabr