Dövlət başçısı ölkədə koronavirusla bağlı ümumi vəziyyəti açıqlayıb

Dövlət başçısı ölkədə koronavirusla bağlı ümumi vəziyyəti açıqlayıb"Vaksinasiya ilə bağlı son məlumata görə, 18 yaşdan yuxarı olan əhalinin haradasa 64 faizi artıq iki dozu alıb, ümumi əhali daha az. Eyni zamanda, buster dozasını 1 milyon 500-dən çox adam alıb, o cümlədən də mən. Mən bunu ilk dəfə deyirəm. Mən üçüncü dəfə vaksin almışam və hər kəsə bunu məsləhət görürəm".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

"Hazırda bir çox ölkədə əsas problem xəstələrin sayı və çarpayıların çatışmazlığı ilə bağlıdır. Bizdə isə vəziyyət müsbətdir. Bizdə hazırda 10 min çarpayı var, onlardan cəmi 10 faizi doludur. Yəni, 9 min çarpayı boşdur. Allah eləməsin, əgər pandemiya daha geniş vüsət alsa, bizim kifayət qədər imkanımız var. Burada önəmli məsələ reanimasiya yerləri ilə bağlıdır. Bizdə 875 reanimasiya yerimiz var, onlardan 26 faizi doludur. Burada da kifayət qədər boş reanimasiya yerlərimiz var. Yəni bu nöqteyi-nəzərdən biz özümüzü rahat hiss edə bilərik. Məhz buna görə biz demək olar ki, bütün məhdudiyyətləri aradan qaldırdıq. İndi bir çox ölkələr yenidən qapanır, yenidən məhdudiyyətlər tələb edirlər. Bu, insanların psixoloji vəziyyətinə, iqtisadi fəallığa çox mənfi təsir göstərir. Biz isə hər şeyi vəziyyətə uyğun şəkildə edirdik, lazım olan halda qapanırdıq, lazım olan halda açılırdıq. Yəni burada əsas məsələ bu virusun yayılma həcmini azaltmaqdır. Onu da bildirməliyəm ki, Azərbaycan əhalisi də özünü çox məsuliyyətlə aparır və bizdə hər hansı bir anti-COVID meyilləri, anti-COVID kampaniyaları yoxdur. İndi insanlar şüurlu şəkildə gedirlər, bu peyvəndi alırlar və başa düşürlər ki, bu, onları qoruyur. Peyvəndlənmiş insanların arasında ölüm halları çox azdır. Bəlkə də peyvəndlənmiş xəstələrdən hansısa çox ciddi xəstəliyi olan, yaxud da ki, xroniki xəstələr dünyadan gedir. Mənim tanıdığım bir çox insan var ki, onlar vaksinasiyadan keçiblər, sonra yoluxublar və əsasən çox yüngül keçib. Hətta mən "omikron"a yoluxmuş insanları tanıyıram ki, 5-6 günə heç bir ciddi simptom olmadan sağalırlar. Görünür ki, "omikron" daha zəif virusdur. Mən düzü, mütəxəssis deyiləm, bu haqda belə geniş fikir söyləmək istəmirəm. Amma müşahidələrim onu göstərir ki, bu, daha yoluxucudur, amma fəsadları daha azdır", - Prezident qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 762   Tarix: 12 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ceyhun Bayramov: "İran Naxçıvana dron hücumunun araşdırılması ilə bağlı Azərbaycana vəd verib"

"İrandan Azərbaycana dron hücumu baş verəndən dərhal sonra Azərbaycan tərəfinin reaksiyası olub. Bundan sonra İran tərəfi ilə çoxsaylı təmaslar həyata keçirilib". xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov İranın Naxçıvana dron hücumunu şərh edərkə

10 may
.

Birol Akgün: "Bir millət, iki dövlət" anlayışı Türkiyə-Azərbaycan münasibətlərinin əsas şüarı olaraq qalmaqdadır"

"Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Türkiyə səfirliyi olaraq bütün əməkdaşlarımız və aidiyyəti qurumlarımızla birlikdə Heydər Əliyevin məzarını ziyarət etdik, məzarın üzərinə gül dəstələri qoyduq. Biz onun Azərbaycan milli dövlətinin formalaşmasında, 1990-cı illərin çəti

10 may
.

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB+FOTO - VİDEO

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib. Prezident İlham Əliyevin çıxışı. - Bu gün Zəngila

10 may
.

Bakı sakinlərinə ŞAD XƏBƏR - 22 il sonra ilk yaşanır

"Bakı Metropoliteni" QSC-yə tramvay nəqliyyatının təşkili ilə bağlı səlahiyyət verilib. Bu addım paytaxtdakı tıxac probleminin həllinə necə təsir göstərəcək? Bakı küçələrinə qayıdacaq tramvaylardan sakinlər nə vaxt istifadə edə biləcək?. -a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildiri

10 may
.

İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar sosial media hesabında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır

10 may
.

Heydər Əliyev zirvəsinə yürüş təşkil olunub - FOTO

Ulu öndər Heydər Əliyevin 103-cü doğum günü münasibətilə Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub. xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Alpinizm Federasiyası tərəfindən həyata keçirilib. Yürüş iştirakçıları Quba rayonunun Xınalıq kəndi yaxınlığında, Qızılqay

10 may
.

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur"

"Ulu öndər Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi. Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə deyib. Dövlətimizin başçısı qey

10 may
.

Prezident: Minsk qrupuna rəhbərlik edən BMT Təhlükəsizlik Şurasının daimi üzvləri bizi dayandırmaq istəyirdi

Düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. O vaxta qədər güclü iqtisadiyyat qurduq, güclü ordu qurduq, cəmiyyətdə vətənpərvərlik meyillərini gücləndirdik və faktiki olaraq, Azərbaycanı beynəlxalq təcriddən də çıxara bildik. İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlə

10 may
.

Prezidentdən Ermənistanı Azərbaycandan "qorumaq" istəyənlərə SƏRT MESAJ

"Bizim Ermənistanı məhv etmək niyyətimiz yox idi, Ermənistanın müstəqilliyini onun əlindən almaq niyyətimiz yox idi". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşü zamanı çıxışında deyib. "Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanı

10 may