Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən "Hello Türkiye" kampaniyası

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən "Hello Türkiye" kampaniyasıTürkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi ölkənin milli və beynəlxalq adının "Türkiye" kimi istifadə olunmasının beynəlxalq arenada daha effektiv şəkildə işıqlandırılması məqsədilə "Hello Türkiye" adlı kampaniyaya start verib.

Türkiyə markasının gücləndirilməsi istiqamətində görülən işlər çərçivəsində hazırlanan video Kommunikasiya İdarəsinin sosial şəbəkə hesablarında paylaşılıb.

Türkiyənin müxtəlif yerlərində xarici turistlərin öz tələffüzləri ilə "Hello Türkiye" deyərək mesajlarını göndərdiyi video qlobal influenserlərin "#helloTürkiye" etiketi ilə sosial şəbəkə paylaşımlarıylabir çox ölkədə qarşılıqlı təsir yaradır.

Kampaniya ilə sosial şəbəkəvasitəsilə əcnəbilərin Türkiyə adını müxtəlif dillərdə istifadə etmələrinin qarşısı alınaraq "Türkiye" ifadəsinin işlədilməsi hədəflənir.

Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun mövzu ilə bağlı şərhində dekabr ayında prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə Türkiyənin adının beynəlxalq arenada yalnız "Türkiye" kimi istifadə edilməsinə dair sənədin dərc edildiyini xatırladıb.

O, bu qərarın beynəlxalq arenadaTürkiyə markasının gücləndirilməsi hədəfi istiqamətində atılan mühüm addım olduğunu, Türkiyənin hər sahədə olduğu kimi dil və ünsiyyətdə də mənliyini və kimliyini gücləndirdiyini vurğulayıb.

Türkiyə markasını gücləndirmək üçün Türkiyə Marka Ofisi quracaqlarını bildirən Altun ofisin Türkiyənin qlobal marka kimliyi sahəsində işlər görəcəyini, ölkənin imicinin və marka dəyərinin güclənməsinə töhfə verəcəyini qeyd edib.

Sözügedən ofisin özəl sektor və dövlət qurum və təşkilatları ilə əməkdaşlıq edəcəyinə diqqət çəkən Altun "Təbii ki, buradacəmiyyətimizin hər bir təbəqəsinin həssaslıq göstərməsivə dəstək verməsi çox vacibdir. Dövlət qurumlarımızın, QHT-lərimizin, elmi dairələrimizin, mətbuatımızın işlərində, yazışmalarında, fəaliyyətlərində, iştirak etdikləri tədbirlərdə ölkəmizin adını "Türkiye" kimi istifadə etməsi və tələffüz etməsi bizim üçün çox önəmlidir. Biz vahid şəkildə hərəkət edərək Türkiyə markasını bütün dünyada daha da gücləndirə bilərik", – deyə bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 700   Tarix: 13 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Nazir: "Ermənistandakı prosesləri yaxından izləyirik"

"Ermənistandakı prosesləri yaxından izləyirik". xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib:. O bildirib ki, Ermənistan böyük siyasi prosesin astanasındadır:. "İyunun 7-də Ermənistanda parlament seçkisi keçiriləcək. Bu seçki Ermənista

10 may
.

Bir teleqramın tarixçəsi: Sabir Rüstəmxanlının Heydər Əliyevlə bağlı unudulmaz xatirəsi

"Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinin ən parlaq simalarındandır". Bunu -a sabiq deputat, xalq şairi Sabir Rüstəmxanlı deyib. O bildirib ki, Heydər Əliyev barəsində saatlarla danışmaq olar:. "O bizim tariximizin ən parlaq şəxsiyyətlərindən biridir. Ən çətin günlərdə Azərbayca

10 may
.

Heydər Əliyevin şəxsi mühafizəçisi: "Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı" - VİDEO

"Xarici ölkələrə səfər edəndə onu çox hörmətlə qəbul edirdilər, məsləhətlərinə qulaq asırdılar". Bunu ümummilli lider Heydər Əliyevin şəxsi mühafizəçisi Mahir Musayev Baku TV-yə onunla bağlı xatirələrindən danışarkən deyib. O, sözlərinə əlavə edib ki, ulu öndər dünyanın hər yerində bütün çıxışların

10 may
.

Prezident: Minsk qrupuna rəhbərlik edən BMT Təhlükəsizlik Şurasının daimi üzvləri bizi dayandırmaq istəyirdi

Düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. O vaxta qədər güclü iqtisadiyyat qurduq, güclü ordu qurduq, cəmiyyətdə vətənpərvərlik meyillərini gücləndirdik və faktiki olaraq, Azərbaycanı beynəlxalq təcriddən də çıxara bildik. İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlə

10 may
.

Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalına çəkdiyi xərci 16 %-ə yaxın artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 68,967 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,5 % çoxdur. Təkcə apreld

10 may
.

Azərbaycanda nikahla bağlı MÜHÜM QƏRAR VERİLDİ

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası etibarsız nikahın sonradan etibarlı hesab olunması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. xəbər verir ki, iş materiallarına görə, iddiaçı atası ilə cavabdeh arasında 3 aprel 1976-cı ildə bağlanmış nikahın etibarsı

10 may
.

Alyona Əliyeva Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib - FOTO

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva sosial şəbəkə hesabında ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar sosial media hesabında paylaşım edib. BİG.AZ həmin paylaşımı təqdim edir:

10 may
.

Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib - FOTO

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar sosial media hesabında paylaşım edib. paylaşımı təqdim edir:

10 may
.

Süni intellektlə saxta materiallar hazırlayıb yayanların NƏZƏRİNƏ - VİDEO

Süni intellektlə saxta materiallar hazırlayıb yayanları cəza gözləyir. Belə ki, şəxsin razılığı olmadan onun səs, videogörüntü və şəkillərindən istifadə edənlər məsuliyyətə cəlb olunacaqlar. Bununla bağlı Prezident İlham Əliyev Cinayət və Cinayət-Prosessual məcəllələrə, informasiya, informasiyalaşdırm

10 may