Bir qapazın pərdəarxası: Onlarla körpənin ağzında yarımçıq qalan loxma - FOTO
Bir gün əvvəl sosial şəbəkədə yayılmış video bütün Azərbaycanın qəzəbinə səbəb oldu.
Özünü "tərbiyəçi" adlandıran, amma tərbiyədən nəsibini almamış qadın başı ovucu boyda olan körpəyə şiddət tətbiq edib.
Cəmiyyətdə hiddət yaradan bu görüntülər sürətlə yayılmağa başladı. Videoya yazılan rəylər isə bildiyimiz kimi təhqir və tənqid dolu oldu.
Dərhal aidiyyəti qurumlar hərəkətə keçdi. Daxili İşlər Nazirliyi bildirdi ki, artıq məsələ ilə bağlı araşdırmalar başlayıb. Fakt nəzarətə götürüldü. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymətin veriləcəyi bildirildi.
Təxmin edə bilirik ki, o "tərbiyəçi"ni hansı cəza gözləyir. Lakin uşağın aldığı travma düşündüyümüzdən də böyük ola bilər. Bu şiddət onda cəmiyyətə qarşı fobiya, ümumilikdə isə insanlara qarşı aqressiya yarada bilər. Hətta təhsilə də!
2-3 yaşlarında olan bu oğlanın döyülməyinə səbəb isə nə qədər absurd görünsə də qadının foto çəkmək istəyidir. Stəkandan su içməyi belə hələ bacarmayan, süd butulkası yanında olan bu balacanın "müəllim"in gözündəki günahı sadəcə ağzındakı loxmanı udmasıdır. Bu zaman azyaşlı vəhşiliklə üzləşir.
Gələk məsələnin digər tərəfinə.
Sözügedən bağçanın "Instagram" səhifəsinə daxil olduqda gözündə qorxu, ağzındakı loxmanı uda bilməyən körpələrin fotoları ilə qarşılaşırıq. Bəlkə də bir gündə yayılan videonun əslində pərdəarxası da var. Və bəlkə də onun kimi onlarla uşaq bu vəhşiliklə üzləşir. Belə ki, geniş rezonans yaradan video da spontan şəkildə çəkilməyib. Böyük ehtimalla videonu çəkən şəxs bundan əvvəl də uşaqların şəkilləri çəkilərkən zorakılığa məruz qalmasının şahidi olub. Növbəti "hədəf" "nişangah"a gələndə isə o təxmin edilən zorakılığı lentə almaq qərarına gəlib.
Özünü tərbiyəçi adlandıran və bağçada sırf ayın sonunda maaş almaq üçün günləri sayan bu qadının hərəkəti əslində bəzi bağçalarda mövcud olan durumu göstərir.
Ümid edirik ki, vəziyyət əslində düşündüyümüz qədər acınacaqlı deyil. Hər səhər övladlarımızı əmanət etdiyimiz təhsil ocaqlarında insanlıqdankənar davranışlar təbliğ edilmir.
Vurğulayaq ki, bu qapaz yalnız bir uşağa deyil, ümid bəslədiyimiz gələcəyimizə, bir neçə ildən sonra ölkə sərhədində dayanaraq Vətənini qoruyacaq əsgərə dəydi! (Oxu.az)


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1284 Tarix: 14 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay
25 oktyabrAzərbaycanda 9 ayda kolbasa istehsalı 9 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 25 min 216,5 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 9,1 % çoxdur. Bu ilin oktyabr ayının 1-nə ölkədə 19,5 ton hazır məhsul ehtiyatı yaranı
25 oktyabrMetronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni
23 oktyabrGecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO
Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye
23 oktyabrYeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ
"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj
25 oktyabrXəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində
24 oktyabrBu şəxslərin pensiyasına əlavələr olacaq - GÜNÜN ŞAD XƏBƏRİ
"Əmək pensiyaları" haqqında Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. xəbər verir ki, bu barədə deputa
25 oktyabrAzərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ
23 oktyabrXƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
23 oktyabr