"Qaynım gəlinimin yanında..." - Bakıda bağ evində olay
Bakının Xəzər rayonunda 1961-ci il təvəllüdlü Famil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qaynı Mehdini (adlar şərti verilib - red.) bıçaqlayıb.
Sonxeber.az bildirir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, Famil 9 avqust 2021-ci ildə, saat 09.10-da yaşadığı Zirə qəsəbəsi, Bağlar sahəsində yerləşən bağ evinin həyətində qaynı Mehdi ilə mübahisə edib.
Mübahisə zamanı Famil qaynı ilə əlbəyaxa olub, bir-birilərinə zərbələr vurublar.
Famil mətbəxdən götürdüyü bıçaqla Mehdini qarın nahiyəsindən bıçaqlayıb. Mehdiyə xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Familin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Famil elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, yay aylarında ailə üzvləri ilə birlikdə Zirə qəsəbəsindəki bağ evində yaşayır: "Həyat yoldaşımın qardaşı, yəni qaynım Mehdi da öz ailəsi ilə birlikdə mənim bağ evimin qonşuluğunda yaşayır. Mehdi tez-tez köynəyini çıxarıb, qurşağa qədər lüt bədənlə hasara çıxaraq həyətimə baxırdı. Evdə gəlinim olduğundan buna görə Mehdiyə dəfələrlə irad bildirmişəm. Mehdi iradlara məhəl qoymadı, hərəkətlərini davam etdirdi".
Təqsirləndirilən şəxsin sözlərinə görə, sonuncu dəfə avqustun 8-də öz həyətində bir qədər spirtli içki qəbul edib, ailə üzvləri ilə söhbət zamanı oğlu Mahirə əvvəllər də olduğu kimi "dayısına oxşamış" deyib, Mehdinin ünvanına "namussuz" sözü işlədib:
"Həmin vaxt Mehdi bu sözümü eşitdi. Avqustun 9-da səhər saat 09-10 radələrində həyətimdə oturaraq səhər yeməyi üçün mətbəx bıçağı ilə kolbasa və pendir doğrayan zaman Mehdi ora gəldi. Mənə yaxınlaşdı, bir gün əvvəl ünvanına dediyim sözləri təkrar edə bilib-bilmədiyimi soruşdu. Mən də dedim ki, təkrar edərəm. Mehdi əlindəki naməlum əşya ilə qoluma, çənəmə və bədənimin müxtəlif nahiyələrinə vurmağa başladı. Sonra əlbəyaxa olduq".
Famil qeyd edib ki, bu zaman Mehdinin zərbələrinin qarşısını almaq məqsədilə əsəbləşib və masanın üzərindəki mətbəx bıçağını götürərək onun qarın nahiyəsinə vurub: "Bundan sonra Mehdi həyətdən çıxaraq evinə tərəf qaçdı. Qardaşı Əlvan onu xəstəxanaya apardı. Özüm isə evdən çıxdım və Yasamal rayonunda yerləşən evimə getdim. Sonra Xəzər rayon Polis İdarəsinə gəldim".
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Famil Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"
Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
İldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI
Azərbaycanda qızılın son qiymətləri açıqlandı
Prezident onları təltif etdi - Siyahı
Alyona Əliyeva konsertdə - Fotolar
Türkiyə bu ölkəyə ordu yeridir - Saziş TBBM-ə verildi
"AKP rəsmiləri, millət vəkilləri dövlətimizi hədəfə alıblar" - millət vəkili Müşfiq Cəfərov
Meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi
Rus ordusu Omelniki işğal etdi