Bu ölkədə tanınmış azərbaycanlı akademikin xatirələrini yaşadırlar
Ukraynanın mərkəzə yaxın şəhərlərindən olan İrpendə bir sıra əsas obyektlər tanınmış azərbaycanlı oftalmoloq, akademik Zərifə xanım Əliyevanın adını daşıyır.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunlardan biri də 12 saylı linqivistik orta ümumtəhsil məktəbidir.
Tədris ocağına 7 il əvvəl akademik Zərifə Əliyevanın adı verilib.
Paytaxt Kiyevdən cəmi 30 kilometrlik məsafədə yerləşən İrpen şəhər akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbində əksər Avropa xalqlarının dillərində, bundan başqa fars, ərəb, yapon və Azərbaycan dilində tədris aparılır. 2015-ci ildən azərbaycanlı akademikin adını daşıyan təhsil ocağı bu baxımdan I dərəcəli linqvistik məktəb adlanır. 2400 şagirdin təhsil aldığı məktəbdə yerli ukraynalılar ilə yanaşı, burada daimi və müvəqqəti yaşayan müxtəlif millətlərdən olan uşaqlar da təhsil alır. Təhsil ocağında müxtəlif ənənəvi günlərdə Ukraynadakı müxtəlif ölkələrin diplomatları, müxtəlif xalqların diaspor nümayəndələri vaxtaşırı qonaq olurlar, məktəbin nəzdində yaradılan Zərifə xanımın adına muzeyin ziyarətçilərinə çevrilirlər. Muzeydə akademik Zərifə Əliyeva ilə yanaşı, Azərbaycanın ümummilli lideri Heydər Əliyev, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə də bağlı foto arxiv və nəşrlər nümayiş olunur, Azərbaycan mədəniyyətinə aid nümunələr sərgilənir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu ilin yanvarın 12-də Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin müəllimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Ukrayna arasında təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin müəllimləri Valentina Antonenko "Dostluq" ordeni ilə, Alla Çumak və Yuliya Krılaç isə "Tərəqqi" medalı ilə təltif olunublar.
İrpen şəhərinin mərkəzi parklarından biri də 2003-cü ildən Zərifə Əliyevanın adınadır. 2004-cü ildə isə parkda akademikin büstü də ucaldılıb. Bundan başqa parkı yuxarıda qeyd edilən məktəblə birləşdirən şəhərin mərkəzi küçəsi də akademik Zərifə Əliyeva küçəsi adlanır. İrpen şəhəri Ukraynanın zəngin təbiətə malik olan, turistlərin çox ziyarət etdiyi şəhərlərindəndir. Regionda bu şəhərə yaşıllıq şəhəri də deyirlər. Bu baxımdan şəhərdə son illər infrastrktur layihələr və tikinti işləri olduqca dinamik şəkildə həyata keçirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1018 Tarix: 15 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs
25 oktyabrAzərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla
23 oktyabrAzərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay
25 oktyabrƏt bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...
2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın
25 oktyabrBu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK
Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar
25 oktyabrQərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib. Almaniyadan gələn turistlərin say
24 oktyabrDYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin
24 oktyabrBu şəxslərin pensiyasına əlavələr olacaq - GÜNÜN ŞAD XƏBƏRİ
"Əmək pensiyaları" haqqında Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. xəbər verir ki, bu barədə deputa
25 oktyabr"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın
25 oktyabr