Fermadan mal-qara oğurlayanlar saxlanılıb
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mal-qara oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, şöbəyə müraciət edən ferma sahibi ona məxsus təsərrüfatdan iribuynuzlu heyvanların oğurlandığını bildirib. Hadisəni törədən naməlum şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı üç nəfər Mingəçevir şəhər sakini -Vüsal Nəbiyev, Elməddin Qocayev və İsa Məmmədov cinayətdə şübhəli bilinərək saxlanılıblar. Onlar əməllərini etiraf edib və oğurladıqları mal-qaranı Bərdə rayonuna apararaq orada satdıqlarını bildiriblər. Tədbirlərin davamı olarq həmin iribuynuzlu heyvanlar isə satılan şəxsdən götürülərək sahibinə geri qaytarılıb.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1059 Tarix: 15 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Marketdə gəlin-qayınana davası - VİDEO
Ankarada iddiaya görə, boşanma prosesində olan qadın marketdə qayınanası ilə qarşılaşıb. türk mediasına istinadən xəbər verir ki, hələlik naməlum səbəbdən başlayan mübahisə qısa müddətdə böyüyərək davaya çevrilib. Marketin içərisində yaşanan gərgin anlar obyektin təhlükəsizlik kameraları tərəfindən saniyə-saniy
23 dekabrYol kənarında namaz qılan kişini maşınla vurub qaçdı - VİDEO
İşğal altındakı İordan çayının qərb sahilində yol kənarında namaz qılan bir fələstinli israilli bir şəxsin idarə etdiyi nəqliyyat vasitəsinin hücumuna məruz qalıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə anı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə sürücünün nəqliyyat vasitəsin
26 dekabrMagistral avtomobil yollarında gözlənilən vəziyyət açıqlandı
Avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Verilən xəbərə görə, dekabrın 29-da gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsini
28 dekabrQar, güclü külək, 15° şaxta... - Sabahın HAVASI
Dekabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gec
28 dekabrAylardır fasiləsiz öskürür, səbəbi tapılmır - VİDEO
Batman şəhər mərkəzində yaşayan Arı ailəsinin 13 yaşlı oğlu Məhəmməd Eyüp Arı artıq 51 gündür öskürəkdən əziyyət çəkir. türk mediasına istinadən xəbər verir ki, gecə-gündüz davam edən öskürək tutmaları azyaşlının həyatını demək olar ki, dözülməz hala gətirib. Məlumata görə ailə övladlarını dəfələrl
26 dekabr