Son günlər Azərbaycanda yayılan viruslar hansı xəstəliyə səbəb olur? - Baş infeksionist açıqladı

Son günlər Azərbaycanda yayılan viruslar hansı xəstəliyə səbəb olur? - Baş infeksionist açıqladı"Omicrona yoluxmanı dəqiqləşdirilmək üçün mütləq molekulyar testlər aparılmalıdır".

Lent.az xəbər verir ki, bu sözləri Kliniki Tibbi Mərkəzin baş insfeksionisti Fərrux Sədirov mətbuata müsahibəsi zamanı bildirib.

O, son zamanlar ölkədə yayılan virusla omicronu qarışdırmamağı tövsiyə edib:

QAZLI SU ilə hazırlanan dadlı KOTLET - Lent.az-ın MƏTBƏXİNDƏ
Bayram süfrənizin bəzəyi NAR SALATI – Lent.az-ın MƏTBƏXİNDƏ
Belə PLOV yeməmisiniz: Vitaminli və... – Lent.az-ın MƏTBƏXİ
"Yuxarı tənəffüs yolları viruslarını ilk baxışdan bir-birindən ayırd etmək o qədər də asan deyil. Çünki əlamətlər qeyri-spesifikdir, istənilən virus xəstəliklərində həmin əlamətlərə rast gəlmək mümkündür. Bunlar öskürək, başağrısı, əzələ ağrısı, temperatur, burun axıntısı, gözdə konyunktivit əlamətləri və başqalarıdir. Lakin bunların spesifikliyi yoxdur və bütün virus infeksiyalarında müşahidə edilə bilər. "Omikron" üçün xüsusi vurğulanmış əlamətlər hələ də öz təsdiqini tapmayıb. İlkin mülahizələrə görə daha çox başağrısı, əzələ ağrısı, qızdırma fonunda yuxarı tənəffüs yollarında öskürmə və asqırmanın daha az olması ilə xarakterizə edilir. Lakin bunların heç birinin dəqiq spesifikliyi yoxdur, fərddən fərdə dəyişə bilər. Xəstələrin bəzilərində sadəcə boğaz ağrısı və qızdırma, bəzilərində isə başağrısı və əzələ ağrısı ilə müşayiət olunur. Diaqnozun dəqiqləşdirilməsi üçün mütləq molekulyar testlər aparılmalıdır".

F. Sədirov müsahibə zamanı COVID-19-un mutasiyaya uğramasından da danışıb. O bildirib ki, virus hər mutasiyaya uğrayanda bir xüsusiyəti itirir, yenisi ortaya çıxır:

"Proses təkcə bizim ölkəmizdə deyil, dünyada baş verdiyi üçün pandemiyanın sonunu proqnozlaşdırmaq nəzəri olaraq mümkün deyil. Azərbaycandakı gedişatı təxmin etmək olar, amma dünyadakı epidemioloji vəziyyətə biz nəzarət etmədiyimizə görə proqnozlaşdırmaq mümkünsüzdür. Lakin virusun təbii inkişafı - mutasiyaya uğrama prosesi var. Mutasiya virusun yaşama formasıdır. Yəni, virus yaşamaq üçün mutasiyaya uğramaq məcburiyyətindədir. Hər dəfə virus mutasiyaya uğramaqla bir xüsusiyyətini itirir, digər yeni birisi əmələ gəlir. Ümumiyyətlə, dünyada pandemiyaların bitməsi üç şəkildə - qlobal vaksinasiya, mutasiyalar və kollektiv immunitetin formalaşması nəticəsində olur. Qeyd etməliyik ki, istər peyvənd vurduranlarda, istər xəstəliyi keçirənlərdə qoruyuculuq müddəti uzun çəkmədiyinə görə eyni vaxtda hamının xəstələnib və peyvənd edilməsi qeyri-mümkün olduğuna görə kollektiv immunitet məsələsi ikinci plana keçir. Pandemiyanın başa çatması üçün biz ancaq virusun mutasiyaya uğraması nəticəsində xəstəliyin zəifləməsi və peyvənd aparılmasının gücləndirilməsinə bel bağlamalıyıq. COVID-19-un konkret olaraq nə vaxt başa çatacağı ilə əlaqədar fikir söyləmək hələ tezdir. Gedişat onu göstərir ki, virus gücünü itirir. Həqiqətən də orqan tutulması azalıb, əvəzində yoluxdurma gücü artıb. Bu da özünü xəstələrin sayının çoxluğunda, xəstəxanaya yatışların və ölümlərin sayının azalmasında göstərir. Get-gedə vücudumuz virusa, virus da vücudumuza alışır. Ümid etməyə dəyər ki, gələcəkdə bu virus artıq digər respirator viruslar kimi ciddi problem yaratmayacaq. Əslində xəstəliyin yüngül keçirilməsi aktiv immunitet qazanmaqdır. Bu gün aparılan vaksinasiya prosesi isə passiv immunitet qazanma hesab edilir".

İnfeksionist son zamanlar sürətlə yayılan qrip virusundan da söz açıb. Onun sözlərinə görə, əksəriyyət həmin virusu COVID-19-un bir növü adlandırsa da, bunları qarışdırmaq olmaz:
Son günlər Azərbaycanda yayılan viruslar hansı xəstəliyə səbəb olur? - Baş infeksionist açıqladı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1494   Tarix: 15 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA

İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs

25 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr
.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr
.

Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...

2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın

25 oktyabr
.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

25 oktyabr
.

Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib. Almaniyadan gələn turistlərin say

24 oktyabr
.

DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin

24 oktyabr
.

Bu şəxslərin pensiyasına əlavələr olacaq - GÜNÜN ŞAD XƏBƏRİ

"Əmək pensiyaları" haqqında Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. xəbər verir ki, bu barədə deputa

25 oktyabr
.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın

25 oktyabr