"Ermənilər Şuşaya müharibə qəniməti kimi yanaşırdı"

"Ermənilər Şuşaya müharibə qəniməti kimi yanaşırdı""Euroreporter.co" portalında Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin böyük məsləhətçisi Vasif Hüseynovun Azərbaycanda "Şuşa İli"nə həsr olunmuş məqaləsi dərc edilib.

"Qafqazinfo" xəbər verir ki, məqalədə müəllif Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində 2022-ci ili "Şuşa İli" elan etdiyini xatırladıb.

Yazıda oxuculara Şuşa şəhəri haqqında ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Şuşa Azərbaycanın Qarabağ bölgəsində yerləşən, ölkənin tarixində və mədəniyyətində mühüm yer tutan şəhərdir. Şəhərin əsası 1752-ci ildə Qarabağın ovaxtkı xanı Pənahəli xanın göstərişi ilə qoyulub. Bu il şəhərin təməlinin qoyulmasının 270 ili tamam olur.

Qeyd edilib ki, yarandığı ilk illərdən 1992-ci ilə qədər Şuşa durmadan çiçəklənib və geniş regionun mədəniyyət paytaxtına çevrilib. "Qafqaz konservatoriyası" adlandırılan şəhər bir çox məşhur incəsənət xadimlərinin - rəssamların, musiqiçilərin və şairlərin vətəni olub. Məsələn, Azərbaycan klassik bəstəkar musiqisinin və opera sənətinin banisi, İslam dünyasında ilk opera bəstəkarı Üzeyir Hacıbəyli Şuşada doğulub boya-başa çatıb.

Şəhər Azərbaycanın məşhur tenoru Bülbülün, XIX əsrdə yaşamış Azərbaycan şairəsi Xurşidbanu Natəvanın doğulduğu yer olub. Azərbaycan poeziyasında realizm cərəyanının əsasını qoymuş Molla Pənah Vaqif Şuşada doğulub və bütün ömrünü orada yaşayıb.

Şuşa Azərbaycanın xalçaçılıq sənətinin mərkəzlərindən biri olub və XIX əsrin ikinci yarısında burada istehsal edilən yerli xalçalar dünya bazarlarına çıxarılıb. 1867-ci ildə Şuşa xalçaçıları Parisdə keçirilən beynəlxalq sərgidə iştirak edərək mükafatlar qazanıblar.

Müəllif daha sonra bu şəhərin qədim tarixi tikililərinə toxunub, onların sayı barədə məlumat verib. Qeyd edilib ki, tarixboyu bu şəhərdə əsasən azərbaycanlılar məskunlaşıblar.

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı genişmiqyaslı müharibə zamanı şəhər ermənilər tərəfindən işğal olunub. Şuşanın işğalı nəticəsində 480 dinc sakin həlak olub, 600 nəfər yaralanıb, 22 min nəfər məcburi köçkün düşüb. Ermənilər tərəfindən girov götürülən 68 nəfərin taleyi barədə hələ də məlumat yoxdur. Həmçinin vurğulanıb ki, işğal dövründə şəhərin 279 dini, tarixi və mədəniyyət abidəsi dağıdılıb.

Xüsusi diqqətə çatdırılıb ki, Ermənistan Şuşanın həmişə erməni mədəniyyətinin və tarixinin bir parçası olduğunu israrla iddia etsə də, şəhərin bərpasına qətiyyən diqqət yetirməyib.

Görkəmli britaniyalı ekspert Tomas de Vaal 2000-ci illərin əvvəllərində Şuşaya səfəri zamanı müşahidə etdiyi kimi, ermənilər şəhərə sərmayə qoymaq və yaşamaq üçün deyil, talan, müharibə qəniməti və ya ibadət məkanı kimi yanaşırdılar.

Vurğulanıb ki, Şuşa 28 illik işğaldan sonra 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib. Bu, şəhərin tarixində yeni səhifə açıb, çünki Azərbaycan işğaldan azad edilmiş bütün digər ərazilərlə yanaşı, Şuşanı da yenidən qurmaq üçün geniş bərpa-quruculuq planının icrasına başlayıb.

2021-ci ilin mayında Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərinin "Azərbaycanın mədəniyyət paytaxtı" elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu qərar şəhərin tarixi görkəmini bərpa etmək, ona əvvəlki şöhrətini qaytarmaq və Şuşanı ənənəvi zəngin mədəni həyatına qovuşdurmaq, eləcə də çoxəsrlik zəngin mədəniyyət incisi kimi beynəlxalq aləmdə təbliğ etmək məqsədilə verilib.

Şəhərin bütün türk dünyası üçün tarixi-mədəni əhəmiyyətini qeyd edən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Şuşanın 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" adına namizədliyini irəli sürüb.

Şuşa şəhəri işğaldan azad ediləndən dərhal sonra Azərbaycan şəhərə uzunluğu yüz kilometrdən çox olan yeni yolun tikintisinə başladı və bu yolun tikintisi bir ildən az müddətdə başa çatdırıldı.

Eyni zamanda, bildirilib ki, Azərbaycan 2021-ci ildə işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına 2,2 milyard manat (1,1 milyard avro) ayırıb. Bu vəsait, ilk növbədə, infrastrukturun (işıq, qaz, su, rabitə, yol, təhsil, səhiyyə və s.), eləcə də mədəni və tarixi abidələrin bərpasına yönəldilib.

Müəllif yekunda yazır ki, Azərbaycan işğaldan əvvəl 700 mindən çox azərbaycanlının məskunlaşdığı regionun yenidən qurulması üçün beynəlxalq investisiya da cəlb etmək niyyətindədir. Beynəlxalq yardım bu ərazilərin sürətli reabilitasiyasına və minlərlə insanın 30 illik məcburi köçkün həyatından sonra geri qayıtmasına lazımi yaşayış şəraiti yaratmaq üçün çox vacibdir.

2022-ci ili "Şuşa İli" elan edən Azərbaycan qarşıdan gələn il üçün prioritet istiqamətini açıq şəkildə müəyyənləşdirdi: Azərbaycan xalqı dağıdılmış şəhər və kəndləri bərpa etmək, işğaldan azad edilmiş ərazilərə həyat qaytarmaq əzmindədir. Azərbaycan xalqı Şuşanı yenidən Qafqazın mədəniyyət mərkəzinə çevirməyə qadirdir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2332   Tarix: 15 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA

İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs

25 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr
.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr
.

Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...

2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın

25 oktyabr
.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

25 oktyabr
.

Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib. Almaniyadan gələn turistlərin say

24 oktyabr
.

DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin

24 oktyabr
.

Bu şəxslərin pensiyasına əlavələr olacaq - GÜNÜN ŞAD XƏBƏRİ

"Əmək pensiyaları" haqqında Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. xəbər verir ki, bu barədə deputa

25 oktyabr
.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın

25 oktyabr