Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə yekun vurulub
Cüdo üzrə 18 yaşadək yeniyetmələrin Azərbaycan birinciliyində üçüncü – son günün yarışları keçirilib.
Sonxeber.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, bu gün oğlanlar arasında 55 (61 nəfər), 73 (44 nəfər), +90 (24 nəfər), qızlar arasında isə 44 (7 nəfər), 57 (10 nəfər), +70 (5 nəfər) kiloqram çəki dərəcələrində yarışlar keçirilib.
Yekun nəticələrə görə, Xumar Qasımzadə (44 kq), Telli Atazadə (57 kq), Nigar Süleymanova (70 kq) qızlar arasında keçirilən yarışlarda yüksək nəticə əldə edərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar. Fikrət Nəcəfov (55 kq), Süleyman Əliyev (73 kq), Ramazan Əhmədov (+90 kq) isə oğlanların yarışında Azərbaycan birinciliyinin qalibi olublar.
Ümumi komanda hesabında Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi birinci yeri tutub. "Neftçi" idman klubu ikinci, Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin komandası üçüncü yerə sahib olublar.
Bununla da yeniyetmələrin Azərbaycan birinciliyinə yekun vurulub.
Xatırladaq ki, birincilikdə ümumilikdə, 514 idmançı (439 oğlan, 75 qız) medallar uğrunda mübarizə aparıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
"WhatsApp" artıq belə görünəcək - FOTO
"Qızım müğənni olsa, atasının ürəyi PARTLAYAR"
Pensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın
SON DƏQİQƏ! Azərbaycanda ZƏLZƏLƏ OLDU
PSJ-nin Çempionlar Liqasının finalına çıxmasından 1,3 milyon qazandı
Əhaliyə ŞAD XƏBƏR: 5 gün ardıcıl iş OLMAYACAQ - RƏSMİ
Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA
Övladı ilə danışığı qınandı - VİDEO
Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır
Verilişi bağlanan Zaurun Günayla dialoqu DİQQƏT ÇƏKDİ - VİDEO
Canan Karatay ən faydalı türk yeməyini açıqladı - FOTO
Xalq artistinə ağır İTKİ: Səhhəti pisləşdi