2021-ci ilin ədəbi xronikası: Ötən il nələr oldu?

2021-ci ilin ədəbi xronikası: Ötən il nələr oldu?Ekspertlər deyirlər ki, 2021-ci il ədəbiyyatımız üçün çox aktiv, maraqlı olub. Onların fikrincə, bu il ədəbiyyat, söz adamlarına 2022-ci il üçün yeni üfüqlər açdı.

5 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə "Nizami Gəncəvi İli" elan edilməsi haqqında Sərəncamı mədəniyyətimiz, ədəbiyyatımız, xüsusən də mənəviyyatımız üçün çox əlamətdar oldu. "Nizami Gəncəvi İli" həm də "Ədəbiyyat İli" demək idi. Bu il ölkəmizdə dahi ədibin həyat və yaradıcılığı haqqında çoxsaylı tədbirlər keçirildi və görkəmli şairin ədəbi irsinin dünyanın müxtəlif ölkələrində yayılması, kitablarının kütləvi tirajlarla çapı ilə yadda qaldı.

Mövzu ilə bağlı Kaspi qəzetinin yazsını təqdim edirik:

Kitab sərgiləri və iki Xalq şairi itkisi

Ölkəmiz Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına ev sahibliyi etdi. Eyni zamanda adıçəkilən nazirlik tərəfindən I Gəncə Kitab Sərgisi təşkil olundu. Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı görkəmli söz ustadının yaradıcılığına olan marağı daha da artırdı. Bu il həmçinin iki dəfə "Qanun" nəşriyyatının təşkilatçılığı ilə Əl Oyunları Sarayında Milli Kitab Satış Sərgisi baş tutdu. İki xalq şairi – Musa Yaqub və Fikrət Qocanın vəfatı isə ilin üzücü xəbərlərindən oldu.

Gənclərin qazandığı mükafatlar

Gənc yazar Ümid Nəccari Belçikanın nüfuzlu "Bogdani" beynəlxalq mükafatını qazandı. Həmçinin gənc şair Ramil Əhməd Türkiyədə dünyanın müxtəlif ölkələrindən təhsil alan 892 tələbənin iştirak etdiyi "Uluslararası Eser Yarışması"nda "Elma sodası" şeiri ilə 2-ci yeri tutdu, həmçinin o, Anarın "Çəpəki Yağış" əsərinin tərcüməsinə görə 3-cü yerə layiq görüldü.

"Yeni dəb"in 6 kitabı, "Bayraqdar" toplusu

Azərbaycan Dövlət Tərcümə Mərkəzi 150 cildlik "Dünya Ədəbiyyatı İnciləri" seriyasını təsis etdi. Beynəlxalq ədəbi əlaqələr baxımından əlamətdar olan 2021-ci ili Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq Əlaqələr üzrə katibi, Qəbul komissiyasının sədri, tanınmış şair, tərcüməçi Səlim Babullaoğlu belə xarakterizə etdi: "Bu il "Yeni dəb" (Dünya Ədəbiyyatı Kitabxanası) seriyasından 6 kitab çap edildi: Luici Pirandello, Luiza Qlük, Nikolae Spetaru, Tumas Tranströmer, Nizar Qəbbani, Maqsud İbrahimovun kitabları. Ukraynanın Müstəqilliyinin 30-cu ildönümünə həsr olunmuş və 30 ukraynalı şairin şeirlərinin toplandığı "Vüqarlı Dneprin suları axsın" şeir antologiyası nəşr olunub. Ukraynada isə azərbaycanlı nasirlərin Qarabağ haqqındakı nəşr əsərlərindən ibarət "Bayraqdar" adlı proza toplusu yayımlandı. Rumın şairi Mihay Emineskunun şeirlər kitabı Azərbaycan dilində yayımlanıb. Seyfəddin Hüseynlinin redaktorluğu ilə "Dünya Ədəbiyyatı" jurnalının "Pakistan" və "Türkiyə" xüsusi nömrələri oxucuların ixtiyarına verilib. Türkiyədə "Təmrin" jurnalının sayları görkəmli alim Şirməmməd Hüseynov və şair Nurəngiz Günə həsr olundu. 40-dan çox dünya şairlərinin şeirlərini tərcümə etdim, həmin nümunələr "Ədəbiyyat qəzeti"ndə dərc olundu. N.Gəncəvinin müasiri olan 10 avropalı şairin şeirlərini də dilimizə çevirdim".

"Qarabağ dastanı"nın təqdimatı

AYB-nin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza isə baş tutan tədbirlərdən söz açdı: "Bu il Şuşada Vaqif Poeziya Günləri keçirildi. Biz yazarlar cənab Prezident İlham Əliyevin və Birinci Vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən həmin poeziya bayramında iştirak etdik. Bu il həm də Yazıçılar Birliyinin növbəti qurultayının elan olunması ilə yadda qaldı. Birliyin sədri Anar müəllim cənab Prezidentdən AYB-nin növbəti qurultayının Şuşada keçirilməsini xahiş etdi. Cənab Prezident də bu təklifi müsbət qarşıladı. İlin sonuna doğru pandemiya ilə bağlı qapanmalar qismən yumşalandan sonra bəzi yazarlarımızın yubileyini AYB-nin Natavan klubunda keçirdik və "Qarabağ dastanı" və Vaqif Poeziya günləri haqqındakı "Bütün yollar Şuşaya aparır" kitablarının təqdimat mərasimlərini keçirdik. Cənab prezident bir qrup mədəniyyət adamlarını fəxri adla təltif etdi".

"Molla Nəsrəddin" jurnalının ensiklopediyası

Ədəbiyyat elmindəki yeniliklər barədə isə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Gülnar Səmabəhs etdi: "Bu il institutumuzun "Müqayisəli ədəbiyyatşünaslıq" jurnalı elmi nəşrlərin beynəlxalq indeksləşdirmə bazası olan "ASOS indeks" sisteminə daxil edildi. İlk dəfə olaraq "Molla Nəsrəddin" jurnalının ensiklopediyası hazırlanıb çap olundu. İnstitut tərəfindən "Azərbaycan ədəbiyyatı tarixi" on cildliyinin dördüncü cildi nəşr edildi. "Ədəbiyyat qəzeti"nin Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və "Ulduz" jurnalı ilə birlikdə hazırladığı "Nizami Gəncəvi İli" Xüsusi buraxılışlarının təqdimatı keçirildi. İnstitutda "Pakistan ədəbiyyatı mərkəzi" fəaliyyətə başladı. Akademik İsa Həbibbəylinin on dildə "Böyük Azərbaycan şairi Nizami Gəncəvi" kitabı, eyni zamanda "Nizami Gəncəvi almanaxı"nın ikinci cildi nəşr edildi. "Arı" və "Mirat" satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında nəşr edildi. Ədəbiyyat İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının yeni üzvləri və sədri seçildi".

Görülən işlərdən də məlum olur ki, 2021-ci il ədəbiyyatımız üçün çox aktiv, maraqlı olub. Bu il ədəbiyyat, söz adamlarına növbəti il üçün yeni üfüqlər açdı… Əlbəttə sadalanan işlər üç ədəbiyyat adamının xatırladığı ədəbi işlər, fəaliyyətlər idi. Nə qədər çox söz adamı danışsa, görülən işlərin siyahısı da o qədər uzanar...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1550   Tarix: 16 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA

İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs

25 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr
.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr
.

Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...

2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın

25 oktyabr
.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

25 oktyabr
.

Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib. Almaniyadan gələn turistlərin say

24 oktyabr
.

DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin

24 oktyabr
.

Bu şəxslərin pensiyasına əlavələr olacaq - GÜNÜN ŞAD XƏBƏRİ

"Əmək pensiyaları" haqqında Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. xəbər verir ki, bu barədə deputa

25 oktyabr
.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın

25 oktyabr