Acınacaqlı vəziyyətdə saxlanılan uşaqların taleyi məlum oldu - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB

Acınacaqlı vəziyyətdə saxlanılan uşaqların taleyi məlum oldu - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB"Şamaxının İkinci Çaylı kəndində baxımsız vəziyyətdə qalan uşaqların sayı dörd yox, beşdir".

Bu barədə Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov Oxu.Az-a məlumat verib.

O bildirib ki, uşaqlardan biri oğlan, dördü qızdır, onlardan biri azyaşlıdır:

"Uşaqların məişət zorakılığı ilə üzləşdiyi müəyyən edildiyindən onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətləri Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdiriləcək.

Məişət zorakılığından zərərçəkənlərlə bağlı xüsusi şöbədə onlar reabilitasiya prosesi keçəcəklər. Prosesin davamında uşaqların reabilitasiyasının nəticəsinə uyğun olaraq onların rifahı üçün aidiyyəti tədbirlər görülməsi barədə qərar qəbul ediləcək", - deyə o qeyd edib.

09:08

Şamaxıda baxımsız vəziyyətdə qalan 4 uşaq sığınacağa yerləşdirilib.

Bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, bu uşaqlarla bağlı kənd camaatı da aidiyyəti qurumlara dəfələrlə müraciət edib, lakin təəssüf ki, bu günə qədər onların aqibəti ilə ciddi maraqlanan olmayıb:

"Əvvəl onu deyim ki, bu ailə ilə bağlı ilk müraciətim keçən il yayda Şamaxı Rayon İcra Hakimiyyətinə və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə olub. Onda da aidiyyəti qurumlara dəhşətli görüntülər göndərmişdim. Təəssüf ki, nəticəni bu gün, məlum digər videoda görürsünüz. Bu uşaqlar zorakılıq, hətta ehtimal edirəm ki, fiziki zorakılıq qurbanlarıdır. Diqqətimi azyaşlıların "Mehman yanımızda qalırdı" ifadəsi çəkdi. Bu fikir məni başqa şübhələrlə qarşı-qarşıya qoyub. İnanın təcrübəmə, mütləq bu məsələdə seksual hərəkətlərə təhrik olduğu üzə çıxacaq. Əlbəttə ki, bu qurumlar üçün o qədər də maraqlı olmaz. Ancaq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu üçün bu ehtimalları araşdırmaq maraqlı olar".

K.Ağazadə qeyd edib ki, azyaşlıların anası onlarla heç maraqlanmayıb:

"Mən keçən ildən bunu görmüşdüm, o zaman hələ ən balaca uşaq lap körpə idi. Fikir verdinizsə, balaca uşaq bacının qucağında lüt vəziyyətdə gəlirdi. Ana cinayətə meyilli biri kimi araşdırılmalıdır. Qonşuların dediyinə görə, uşaqların qaldığı evin həyəti istifadə olunmuş şprislərlə doludur. Bu da uşaqların hansı təhlükələrlə qarşılaşdığından xəbər verir. Halbuki kənd camaatı dəfələrlə bu ailə haqqında icra nümayəndəsinə, bələdiyyəyə məlumat verib. İcra hakimiyyəti nümayəndəsinin bildirdiyinə görə, uşaqlar bu dəfə dövlət himayəsinə veriləcək. Amma mən anlamadım ki, niyə keçən dəfə müraciət etdiyimdən bu tədbir görülməmişdi. Belə baxıram ki, səbəb məlumatın ictimailəşdirilməsi oldu. Çünki bu dəfə DİN-ə də məlumat verildi, Baş Prokurorluğa da. Uşaqlar mütləq reabilitasiya keçməlidir. Çünki bir çox hadisələrə, olaylara o zaman aydınlıq gələcək. Bunu da biz - Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin əməkdaşları edəcək. Mane olmayın, qoyun uşaqlara yardım edək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1275   Tarix: 17 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd

25 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr
.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

25 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is

24 oktyabr
.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat​​​​​ vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları

25 oktyabr
.

Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...

2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın

25 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

Reza Deqati Parisdəki aksiyaları işıqlandırarkən xəsarət alıb

Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb. xəbər verir ki, bu barədə fotojurnalist AZƏRTAC-a müsahibəsində özü məlumat verib. "Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə o bildirib. İndiyədək belə miqyasd

23 oktyabr