Ərini başqa qadınla tutan, tamaşa zamanı sancılanan, şüşə gözlə yaşayan-XALQ ARTİSTİ

Ərini başqa qadınla tutan, tamaşa zamanı sancılanan, şüşə gözlə yaşayan-XALQ ARTİSTİSonxeber.az Kulis.az-a istinadən Xalq artisti, böyük sənətkar Barat Şəkinskaya haqqında on maraqlı faktı təqdim edir.

1. Barat Şəkinskaya Şuşada bəy ailəsində anadan olub. Anası Gövhər xanım yazıçı Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olub. Barat Şəkinskaya ilk təhsilini Şuşada alıb, 1923-cü ildə ailəsi ilə birgə Gəncəyə köçüb. 13 yaşından Gəncə Qadınlar Klubunun dram dərnəyində iştirak edib. Teatr klubunun direktoru Mir İbrahim Həmzəyev ona aşiq olur. Anası Ağca xanımın bütün etirazlarına baxmayaraq Barat rejissora qoşulub qaçır. Bu evlilikdən onların bir qızı dünyaya gəlir. Amma ailə həyatının ömrü cəmi iki il çəkir. Bir gün Barat xanım qucağında körpə Solmazla yay teatrına gələrkən ərini skamyada bir qadınla görür.
Ərini başqa qadınla tutan, tamaşa zamanı sancılanan, şüşə gözlə yaşayan-XALQ ARTİSTİ2. Barat Şəkinskaya ikinci dəfə görkəmli rejissor Şəmsi Bədəlbəyli ilə ailə qurur. Bu nikahdan isə onların Rövşanə adlı bir qızı doğulur. Onun doğulması isə qəribə olur. "Romeo və Cülyetta" faciəsinin ilk tamaşası 11 yanvar 1937-ci ildə göstərilib. Həmin ərəfədə Barat xanım hamilə olur. Tamaşa zamanı Cülyettanın anası sinyora Kapuletti (Qəmər Topuriya) ağlaya-ağlaya yerə uzanmış Cülyettanı qucaqlayır. Barat xanım güclə ona pıçıldayır ki, möhkəm sancılanmışam, elə et tamaşaçılar sifətimi görməsinlər. Qəmər xanım rolda ağlaya-ağlaya plaşını çıxarıb onun üstünə salır. Yanında fənər tutanlardan birinə yavaşca deyir ki, səhnədən çıx, oradakılara de, təcili maşın hazırlasınlar, Baratın halı pisdir, xəstəxanaya aparmaq lazımdır. Hərənin bir tərəfə qaçışdığı, hay-küy qopduğu epizodda fənər tutan aktyorun səhnədən çıxması təbii hal kimi qəbul olunur. Tamaşa qurtarır. Gurultulu alqışlar qopur. Barat xanım yıxılmasın deyə Ülvi Rəcəb və Qəmər xanım hərəsi onun bir qolundan yapışır. Nəhayət, pərdə axırıncı dəfə bağlanır. Barat xanımı xəstəxanaya aparırlar.
Ərini başqa qadınla tutan, tamaşa zamanı sancılanan, şüşə gözlə yaşayan-XALQ ARTİSTİ3. Aktrisanın üçüncü evliliyi isə teatr rejissoru Mehdi Məmmədovla olur. Bu evlilikdən oğlu Elçin Məmmədov dünyaya gəlir. Rəssam və kino aktyoru olan Elçin "Dədə Qorqud" filmində Qaraca Çoban, "7 oğul istərəm" filmində Mirpaşa rolları ilə məşhurlaşır. Barat xanım Mehdi Məmmədovun yolları isə ərinin xəyanəti üzündən ayrılır. Mehdi Məmmədov aktrisa Şəfiqə Məmmədova ilə ailə qursa da, bu Barat xanımın sonuncu evliliyi olur.

***

4. Aktrisa gündəliklərində 1937-ci il hadisələrinə geniş yer ayırıb. Əsasən, teatrın foyesində keçirilən yığıncaqlarda incəsənət işləri idarəsinin rəhbəri Mirzə İbrahimov da iştirak edimiş. Barat xanım, iclasları, əsasən, teatrın direktor müavini Muradovun apardığını və bütün fitnə-fəsadın başında onun durduğunu qeyd edir. Tuta-tut qurtarandan sonra kabinetinin ağzından da qorxa-qorxa keçdikləri Muradov yoxa çıxır. Barat xanımla o bir də 1970-ci ildə onu 7 nömrəli trolleybusda rastlaşır. Barat xanım yerindən qalxıb, Muradova yaxınlaşmaq istəyəndə, Muradaov tez düşüb və arxaya baxmadan, ləng də olsa, qaça-qaça oradan uzaqlaşıb.
Ərini başqa qadınla tutan, tamaşa zamanı sancılanan, şüşə gözlə yaşayan-XALQ ARTİSTİ5. Teatrda iclasda Barat xanımı məcbur edirlər ki, teatrda fəaliyyət göstərən dostları ana-bala Əzizə Məmmədovanın və Sona Hacıyevanın üzünə dursun. Desin ki, "mən cavan və yaraşıqlı olduğum üçün onlar yaradıcılığıma mane olurlar". Barat xanım qətiyyətlə yox deyir. Muradov təhqirə keçə-keçə "səni belə danışmağa Mərziyə Davudova öyrədib" deyir və onu iclasdan çıxarır.

***

6. Aktrisa 23 yaşı olanda Əməkdar artist, 35 yaşında isə Xalq artisti fəxri adına layiq görülüb. Mircəfər Bağırov bir aktrisa kimi onu çox yüksək qiymətləndirib. Bütün premyeralarına gəlib.
Ərini başqa qadınla tutan, tamaşa zamanı sancılanan, şüşə gözlə yaşayan-XALQ ARTİSTİ7. Aktrisa "O olmasın, bu olsun", "Görüş", "Qızmar günəş altında" kimi məşhur filmlərə çəkilib. Ona ən çox uğur gətirən film isə "O olmasın, bu olsun" filminədki qulluqçu Sənəm obrazı olub. Həmin filmin çəkilişləri zamanı Rüstəm bəy rolunu ifa edən Ağasadıq Gəraybəyli masanın üzərindəki stəkanı masaya çırpanda stəkanın qırıqları ətrafa səpələnir. Çəkiliş zamanı baş verən bu hadisədə şüşə qırıqları Barat xanımın əlini kəsir. Çəkilişdən sonra ona təcili yardım çağırılır.
Ərini başqa qadınla tutan, tamaşa zamanı sancılanan, şüşə gözlə yaşayan-XALQ ARTİSTİ8. 70-ci illərdə artıq yaşlandığını hiss edən aktrisa səhnəni tərk etməli olduğunu bilib və bu reallığı belə ifadə edib:

"Bir gün məşqdə idim. Məşq gedirdi. Bir də gördüm yuxu məni basdı. Möhkəm əsnədim. Çöndüm sağa baxdım, sola baxdım ki, məni görən olmadı ki? Öz-özümə dedim ki, hə Barat, səninki burada qurtardı".
Ərini başqa qadınla tutan, tamaşa zamanı sancılanan, şüşə gözlə yaşayan-XALQ ARTİSTİ9. Barat xanım ömrünün son illərində təsadüf nəticəsində bir gözünün nurunu itirir. Qızı Solmaz xanım müsahibələrinin birində bu haqda belə deyir:

"Anam təqaüdə çıxandan bir neçə il əvvəl kollektiv foto çəkilişi zamanı fotoqrafın naşılığı üzündən civəli lampanın işığı elə salınmışdı ki, bir neçə nəfərin sağlamlığına ziyan dəymişdi, anamın isə bir gözü qlaukoma oldu. Cərrahiyyə əməliyyatı elətdirib süni göz saldırmalı oldu. Xasiyyəti elə sadə idi ki, sonralar müsahibə almağa, süjet hazırlamağa gələn jurnalistlərə deyirdi ki, a bala, gözlə, qoy gedim gözümü taxım, gəlim. Ya da deyirdi ki, bu tərəfdən çəkməyin, o biri tərəfdən çəkin, qoy, tamaşaçılar təbii gözümü görsünlər. Demək istəyirəm ki, bunu özünə dərd eləməmişdi".

***
10. Aktrisa 1999-cu ildə dünyasını dəyişir. Onun ölümündən iki il sonra isə oğlu Elçin Məmmədov 54 yaşında ürək tutmasından vəfat edir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2479   Tarix: 17 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd

25 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr
.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

25 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is

24 oktyabr
.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat​​​​​ vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları

25 oktyabr
.

Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...

2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın

25 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

Reza Deqati Parisdəki aksiyaları işıqlandırarkən xəsarət alıb

Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb. xəbər verir ki, bu barədə fotojurnalist AZƏRTAC-a müsahibəsində özü məlumat verib. "Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə o bildirib. İndiyədək belə miqyasd

23 oktyabr