Sosial şəbəkələrdə uşaqların fotosunu paylaşanlara MÜRACİƏT
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyəti təmsilçiləri və sosial şəbəkə istifadəçilərinə müraciət edib.
BAKU.WS xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli media, vətəndaş cəmiyyəti nümayəndələri və sosial şəbəkə istifadəçiləri.
Məişətdə, tədris müəssisələrində, o cümlədən məktəbəqədər tədris müəssisələrində və internat məktəblərində, bütövlükdə isə cəmiyyətdə həddi-buluğa çatmayanlara qarşı baş verən zorakılıq hallarına göstərdiyiniz həssas münasibətə görə hər birinizə təşəkkür edirik.
Bununla belə uşaqlara münasibətdə zorakılıq hallarının ictimailəşdirilməsi zamanı zorakılıq qurbanı olan uşaqlara münasibətdə etik qaydaların pozulmasından, o cümlədən zorakılıq qurbanı olmuş uşağın (uşaqların) vizual görüntülərinin (video, foto) yayılması zamanı sifəti örtən filterdən (baby face filter) istifadə olunmamasından, onların fərdi məlumatlarının, o cümlədən adlarının, yaşayış ünvanlarının verilməsindən hədsiz narahatlığımızı ifadə edirik. Belə həssas məsələlərin ictimailəşdirilməsi zamanı ilk növbədə uşağın ən ümdə mənafeləri birinci yerdə olmalıdır.
Ölkəmizin tərəfdar çıxdığı müvafiq beynəlxalq normalara və milli qanunvericiliyimizə görə heç bir uşaq onun şəxsi və ailə həyatına, mənzil toxunulmazlığı, yazışma sirri hüququnun həyata keçirilməsinə özbaşına və ya qanunsuz müdaxilə və ya şərəf və nüfuzuna qanunsuz qəsdin obyekti ola bilməz.
Biz bəzən bilməzlikdən, bəzən səhlənkarlıqdan və ya hər hansı bir səbəbdən zorakılıq qurbanı olan uşaqlara qarşı zorakılıq hallarını ictimailəşdirərkən uşağın ümdə mənafelərinə xələl gətiririk və beləliklə zorakılıq qurbanın mənafelərinə zidd hərəkətlər etmiş oluruq.
Hər birinizi zorakılıq qurbanı olmuş uşaqlara münasibətdə daha həssas olmağa, uşağın ümdə mənafelərinə zidd olan, onun şəxsi həyatına müdaxilə sayılan və fərdi məlumatlarının yayılmasına xidmət edən hərəkətlərdən çəkinməyə çağırırıq.
Müvafiq hakimiyyət orqanlarını tədris müəssisələrində, o cümlədən uşaq bağçaları, körpələr evləri, internat məktəbləri, ixtisaslaşmış tibb müəssisələri və digər yerlərdə də mütəmadi monitorinqlər keçirməyə və üzə çıxarılan neqativ hallarla bağlı ictimaiyyəti məlumatlandırmağa səsləyirik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1124 Tarix: 17 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ
"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd
25 oktyabrSalyanda ağır qəza, ölən var - Video
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə
23 oktyabrCəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda
23 oktyabrBu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK
Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar
25 oktyabrBu ərazilərə yağış yağıb
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is
24 oktyabrAzərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları
25 oktyabrƏt bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...
2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın
25 oktyabrGülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq
Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"
24 oktyabrReza Deqati Parisdəki aksiyaları işıqlandırarkən xəsarət alıb
Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb. xəbər verir ki, bu barədə fotojurnalist AZƏRTAC-a müsahibəsində özü məlumat verib. "Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə o bildirib. İndiyədək belə miqyasd
23 oktyabr