Əbu-Dabi hədəfə alındı: Husilər BƏƏ paytaxtına dronlarla hücum etdilər - FOTO/VİDEO
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) üç yanacaq çəni partlayıb. Partlayış Əbu-Dabi neft şirkəti ADNOC-un yanacaq anbarlarının yaxınlığında baş verib.
Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi polisi bildirib.
"Yanğın Əmirliyin ADNOC dövlət şirkətinin yanacaq anbarlarının yaxınlığındakı Əl-Misfah bölgəsində üç çəndə partlayışa səbəb olub", - deyə məlumatda bildirilir.
Hüquq-mühafizə orqanlarının ilkin məlumatlarına görə, hadisə pilotsuz uçuş aparatının düşməsi səbəbindən baş verə bilər.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Həmçinin, Əbu-Dabidə yeni hava limanının tikintisinin aparıldığı ərazidə kiçik yanğının baş verdiyi bildirilir.
Əbu-Dabidə yanğınlar və partlayışlara görə məsuliyyəti Yəmənin Ənsarullah hərəkatı (husilər) artıq öz üzərinə götürüb.
Ənsarullah sözçüsü Yəhya Sariyanın sözlərinə görə, yaxın bir neçə saat ərzində hərəkat hərbi əməliyyatla bağlı açıqlama verəcək.
"Al Mayadeen" telekanalının öz mənbələrinə istinadən məlumatına görə, Yəmən BƏƏ ərazisinə 20 pilotsuz uçuş aparatı və 10 ballistik raketlə hücum həyata keçirdib./Oxu.az

Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1218 Tarix: 17 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Makron Aİ-nin özünü müdafiə edəcəyinə əmindir
Fransa Prezidenti Emmanuel Makron Avropanın özünü müdafiə etmək qabiliyyətini təsdiqləyərək, Avropa İttifaqı müqaviləsində təsbit edilmiş qarşılıqlı müdafiə bəndinin sadəcə sözlərdən ibarət olmadığını xatırlatdı. "Report" xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat verib
26 aprelTramp atışma zamanı həyat yoldaşının dediyi sözləri açıqlayıb
ABŞ Prezidenti Donald Tramp "Washington Hilton" hotelində Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyi zamanı baş verən atışma anında birinci xanım Melaniya Trampın necə reaksiya verdiyini açıqlayıb. bu barədə "Daily Mail" nəşrinə istinadən xəbər verir. D.Trampın sözlərinə görə, zald
26 aprelYeni yarasa virusu və yeni pandemiya riski XƏBƏRDARLIĞI
Yarasalarda insan hüceyrələrinə asanlıqla daxil ola bilən təhlükəli virus aşkarlanıb. xəbər verir ki, Şərqi Afrikada yaşayan yarasalarda KY43 adlı yeni virus aşkar edilib və onun insanlara keçə bilmə ehtimalı var. Araşdırmalar göstərib ki, bu virus insan ağciyər hüceyrələrinə yapışa bilir ki, bu da yen
26 aprelSEPAH: İran Ordusu ABŞ və İsrailin istənilən hücumuna hazırdır
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə xəbərdarlıq edib. "Report" "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, SEPAH bununla bağlı bəyanat yayıb. "ABŞ və İsrail hərbçiləri İrana hər hansı yeni müdaxilə edərsə, şübhəsiz ki, gözləntiləri üstələyən cavabla qarşılaşaca
26 aprelİsrail qırıcıları "Hizbullah"ın obyektlərini bombalayıblar
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanın cənubundakı Nəbatiyə əyalətində "Hizbullah" təşkilatının hərbi obyektlərinə raket zərbələri endirib. "Elnashra" portalına istinadən xəbər verir ki, hava reydləri Əli-Tahir yüksəklikləri və Zautar-əş-Şərqiyə yaşayış məntəqəsini
26 aprel