Məşhur aktyorla eşq yaşadı, dostunun ailəsini dağıtdı - "Tütək səsi"nin Sayalısı haqqında bilmədiklərimiz

Məşhur aktyorla eşq yaşadı, dostunun ailəsini dağıtdı - "Tütək səsi"nin Sayalısı haqqında bilmədiklərimizAzərbaycanlı tamaşaçılara "Tütək səsi", "Dəli Kür" filmlərindən tanış olan gürcü aktrisası Liya Eliava haqqında maraqlı faktlar....

Kulis.az-ın aktrisa ilə bağlı maraqlı araşdırmasını təqdim edirik:

Liya Şalvovna Eliava 1934-cü il mayın 28-də Tiflis şəhərində görkəmli partiya lideri Şalva Zuraboviç Eliavanın ailəsində anadan olub.

Yeniyetməlik illərindən aktrisa olmağı düşünən Liya orta məktəb təhsilini başa vuran kimi Gürcüstanın Dövlət Teatr İncəsənəti İnstitutuna daxil olur. 1955-ci ildə təhsilini uğurla başa vurur. Onun ilk iş yeri Kote Marcanişvili adına teatrının səhnəsi olur.

Onun aktrisa kimi kinoda ilk debütü rejissor David Rondelinin "Yoldakı kölgə" filmindəki Nino rolu olur. Bir il sonra isə aktrisa "Qadının taleyi" filmində Keto rolunu canlandırır.

Bir müddət sonra aktrisa Şota Rustaveli adına teatrda fəaliyyətə başlayır. Rusiyada təhsilini davam etdirərək Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirir. "Başı-açuk", "Mamlyuk", "Mən günəşi görürəm", "Yarıda qalmış mahnı", "Tonqallar yanır", "Çay", "Baqration" adlı filmlərə çəkilir.

Liya 24 yaşında "Başı-Açuk" filminə çəkilərkən teatrın və kinonun yaraşıqlı aktyoru, qadınların sevimlisi Otar Koberidze ilə tanış olur. Onların dostluğu qısa zaman içərisində böyük sevgiyə çevrilir. Lakin həmin ərəfədə məşhur aktyor ailəli olur. Birlikdə bir neçə filmdə tərəf müqabili olan cütlük bir müddət sonra ailə qurmağa qərar verirlər. Beləliklə, Otar həyat yoldaşından ayrılıb Liya ilə ailə qurur. Bu evlilikdən onların Nana adlı bir qızları dünyaya gəlir.

Liya Eliava azərbaycanlı rejissorların ekranlaşdırdığı 3 filmdə rol alıb. 1969-cu ildə "Dəli Kür" 1974-cü ildə "1001-ci qastrol" və 1975-ci ilə "Tütək səsi"ndə. Aktrisa azərbaycanlı tamaşaçılara ən çox "Dəli Kür"də Şahnigar və "Tütək səsi"ndə Sayalı obrazları ilə tanışdır. Bu filmlərə çəkildikdən sonra aktrisa Azərbaycanda məşhurlaşır.

"Dəli Kür" filmində Liya Eliava ilə tərəf müqabili olan Xalq artisti Ənvər Həsənov aktrisanı xatırlayaq deyir: "Liya Eliava əsl peşəkar idi, rola çox ustalıqla yanaşırdı. Onun bu yanaşması filmdə məharətlə təcəssüm olunurdu. Bundan başqa, o çox yaxşı insan idi. Çəkiliş meydançasında hamı ilə mehriban münasibət saxlayırdı. "Dəli Kür" filminin sevilməsində Liyanın da böyük payı vardır".

Liya aktrisalıq fəaliyyəti dövründə 40-dan çox filmə çəkilir. 1976-cı ildə Gürcüstanın Xalq artisti adına layiq görülür.

Liya ömrünün sonuna qədər əri Otarla birlikdə yaşayır. 8 oktyabr 1998-ci ildə 64 yaşında doğma şəhəri Tiflisdə dünyasını dəyişir. Onun ölümündən on yeddi il sonra həyat yoldaşı Otar vəfat edir. Aktrisanın yeganə qızı Nana isə 2019-cu ildə ağır xəstəlikdən dünyasını dəyişir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4828   Tarix: 17 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd

25 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr
.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

25 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is

24 oktyabr
.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat​​​​​ vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları

25 oktyabr
.

Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...

2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın

25 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

Reza Deqati Parisdəki aksiyaları işıqlandırarkən xəsarət alıb

Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb. xəbər verir ki, bu barədə fotojurnalist AZƏRTAC-a müsahibəsində özü məlumat verib. "Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə o bildirib. İndiyədək belə miqyasd

23 oktyabr