"Çempion olsanız da, bu qələbə heç kimə lazım deyil" - aparıcılardan SƏRT TƏNQİD
Xəbər verdiyimiz kimi, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında Azərbaycanı təmsil edən "Şuşa" komandasının adının dəyişdirilərək "Buta" edilməsi müzakirələrə səbəb olub.
Sonxeber.az axşam.az-a istinadən xəbər verir ki, ən çox tənqid edilən isə komandanın rəhbəri, prodüser müşviq Abbasovun "Şuşa" adına icazə verilmədiyi halda festivalı tərk etməməsi, orada digər turlarda çıxışı davam etdirməyi olub.
Məsələyə münasibət bildirənlər arasında aktyor, aparıcı İlkin Həsəni də yer alıb. O, bu haqda xəbəri yayımlayaraq "Çox heyif, bəlkə də zamanında ictimailəşsəydi nələrsə etmək olardı" şərhini yazıb.
İlkinin bu fikrini tənqid edənlərə də cavabı gecikməyib. O, "Nəyi araşdırım ki? Yarışmaya "Şuşa" adı ilə gedib, "Buta" adıyla qayıtmaqlarını? Yaxşı, anlayıram ki, Soçidir, ermənilərin sözü keçən şəhərdir, amma ad dəyişməkdənsə, yarışdan imtina olunsaydı daha yaxşı olmazdı?" deyə, fikrini bildirib.
Aparıcı Azər Qərib isə bu söhbətə münasibətini bu cümlələrlə bildirib:
"Elə adlar var ki, onları dövlət özəlləşdirməlidir, belə düşünürəm. Məsələn, istənilən şirkət, qurum, təşkilat, studiya, kollektiv və sair özünə "Azərbaycan", "Vətən", "Şuşa" və digər müqəddəs dəyərlərin adını vermək istəsə, bunu yalnız icazə ilə edə bilsin. Bilirəm, bununla razılaşmayanlar da olacaq ki, demokratiya, senzura, söz azadlıqı filan, amma bəzi hallarda məhdudiyyətlər lazımdı zənnimcə, ucuzlaşdırmaq olmaz...".
Aparıcı Sənan Şəfizadə də komandanın festivalda çıxışa davam etməsini tənqid edib:
"Soçidə KVN yarışmasında iştirak edən "Şuşa" adlı komandamızı adını dəyişdirməyə məcbur ediblər. Adını dəyişərək ediblər "Buta". Birincisi, bu adı qoruya bilməyəcəksinizsə, istifadə etməyin. İkincisi, düşünmək lazımdı - uzağı yarışdan çıxarılacaqdınız. Buna görə "Şuşa"nı "Buta"ya dəyişməyə dəyərdi? İndi lap çempion olsanız belə, bu qələbə heç kimə lazım deyil. Mənə görə "Bakılı oğlanlar"dan sonra KVN mənasızdır. Adamlar bu işdə "!" yazıb. Allah Anar Məmmədxanova rəhmət eləsin".
Digər bir məqam isə Müşviq Abbasovun videoaçıqlamasının hələ də təsdiqini tapmamasıdır. Belə ki, Müşviq açıqlamasında problemin həll olunduğunu, "Şuşa" adının saxlanıldığını deyib. Amma KVN-nin rəsmi saytında və instaqram səhifəsində növbəti turlarda çıxış edəcək Azərbaycan komandasının adı "Buta" olaraq dəyişdirilib.
Hətta saytda "Buta" adının qarşısında bunun rəsmi izahı da verilərək bunlar yazılıb: "Komanda adın dəyişdirilməsinə qərar verdi".



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş







Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Prezident onları təltif etdi - Adlar
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu
26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...
10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye
Natiq Fərzəliyev əməliyyat olundu