"Qanuni oğru" Gürcüstan Prezidentini məhkəməyə verdi
Fransada ömürlük həbs cəzasına məhkum edilən kriminal avtoritet Kaxa Şuşanaşvili Gürcüstan Prezidenti Salome Zurabişvilini məhkəməyə verib.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Kaxa Rustavskiy" adı ilə tanınan qanuni oğru ona Gürcüstan vətəndaşlığının geri qaytarılmasını tələb edir.
"O məhkəməyə müraciət edib. Biz məhkəmə vasitəsilə Prezident tərəfindən imzalanan sərəncamı ləğv etmək istəyirik", - deyə kriminal avtoritetin qızı Tatiya Şuşanaşvili telekanalın efirində deyib.
Tbilisi Şəhər Məhkəməsi Şuşanaşvilinin iddiasını artıq icraata qəbul edib.
Gürcüstan Prezidentinin qanuni oğrunun ölkə vətəndaşlığına xitam verilməsi haqqında sərəncamı Ədliyyə Nazirliyinin Şuşanaşvilinin 2015-ci ildə Rusiya vətəndaşlığı alması ilə bağlı gəldiyi qənaətə əsaslanıb. Vəkil isə bu sənədin həqiqi olmadığını iddia edir, çünki Şuşanaşvili həmin vaxt artıq Marsel həbsxanasında cəza çəkirdi.
T. Şuşanaşvilinin sözlərinə görə, atası artıq 12 ildir ki, Marsel həbsxanasında saxlanılır. Fransa məhkəməsi onu 2010-cu ildə qanuni oğru Vladimir Canaşiyanın sifarişli qətlində təqsirli bilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2524 Tarix: 25 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBəşəriyyət növbəti buz dövrünün başlamasının qarşısını alıb
Təxminən 200 il əvvəl Yer kürəsində buz təbəqələri əmələ gəlməyə başladı və bu da yeni buz dövrünün başlanğıcını qeyd etdi. Lakin nəhəng dərilərin və petroqliflərin geri qayıtmasını gözləməməliyik. 20-ci əsrdə iqlim dəyişikliyi buz təbəqələrinin əriməsinə səbəb oldu və bu proses dayandı. xəbər veri
31 oktyabrABŞ Polşadakı vəziyyətlə bağlı açıqlama verdi
Polşa Konstitusiya Tribunalında baş verən hadisələr həqiqətən də çox ciddidir. xəbər verir ki, bunu ABŞ-ın Polşadakı səfiri Tom Rouz bildirib. "Görünür, hökumətin dövlət hakimiyyətindən istifadəsi, eləcə də konstitusiya qurumunun müstəqilliyi və səlahiyyətləri ilə bağlı görünməmiş bir qarşıdurmanı
31 oktyabrOman sahillərində Hörmüz boğazında gəmi yanğına uğrayıb
Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Oman sahillərindəki Hörmüz boğazında gəmidə yanğın baş verdiyini bildirib. xəbər verir ki, departamentin veb saytında dərc olunmuş açıqlamada deyilir: "UKMTO, Omanın Xasab şəhərindən 25 km şimal-şərqdə, Hörmüz boğazında baş verən hadis
30 oktyabrİtaliyaya getmək istəyənlərin DİQQƏTİNƏ! Qadağa qoyulur
İtaliyanın Sardiniya adasında 15 restoran ailələrin yemək zamanı telefondan istifadəsini məhdudlaşdıran pilot layihəyə qoşulub. xəbər verir ki, bir ay davam edəcək təşəbbüs uşaqların ekran qarşısında keçirdiyi vaxtı azaltmaq və ailədaxili ünsiyyəti gücləndirmək məqsədi daşıyır. Layihə çərçivəsində telefonların
29 oktyabrRusiyanın ən yeni qırıcı təyyarəsi yanıb
Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb
30 oktyabr