Sərnişinlər hava limanında etiraza qalxdı - Video
Güclü qar İstanbul Hava Limanının işini iflic edib.
Sonxeber.az axar.az-a istinadən xəbər verir ki, yüzlərlə reys təxirə salınıb və sərnişinlər aeroportda, skamyaların üstündə gecələməyə məcbur olublar.
İstanbul aeroportunda Bakıya gəlmək istəyən soydaşlarımızın verdiyi məlumata görə, sərnişinlərə yemək verilməsində də problem yaranır, vaxtlı-vaxtında qida və su almaq çətinləşib.
Sərnişinlər İstanbul şəhərinə də gedə bilmirlər, çünki cəmi 3 dərəcə şaxta olmasına baxmayaraq, şəhərin yolları bağlanıb. Buna isə sərnişinlər ciddi etirazlar ediblər. Polis və təhlükəsizlik qüvvələri aeroportda narazılıq edən vətəndaşlara müdaxilə edib.
Qeyd edilir ki, bütün problemlər İstanbul bələdiyyəsinin yarıtmaz işindən qaynaqlanır. Bələdiyyənin qartəmizləyən maşınları yoxdur və yaxud əraziyə cəlb edilməyib. İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu mövcud vəziyyətdən şikayət edən insanları "zavallı" adlandırmaqla kifayətlənib.
Xatırladaq ki, İstanbul Bələdiyyəsinin yarıtmaz işi nəticəsində yollarda qalan insanların ən yaxın otellərə müraciət edərək, qalması barədə hökumət çağırış edib. Bildirilib ki, otel xərclərinin hamısını dövlət qarşılayacaq.
Eyni zamanda, məscidlərin minarələrindən də yolda qalanlar məscidlərə dəvət edilir.
Hakimiyyət bələdiyyənin yolda qoyduğu insanları ötən gündən xilas etməyə başlayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1223 Tarix: 25 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bəşəriyyət növbəti buz dövrünün başlamasının qarşısını alıb
Təxminən 200 il əvvəl Yer kürəsində buz təbəqələri əmələ gəlməyə başladı və bu da yeni buz dövrünün başlanğıcını qeyd etdi. Lakin nəhəng dərilərin və petroqliflərin geri qayıtmasını gözləməməliyik. 20-ci əsrdə iqlim dəyişikliyi buz təbəqələrinin əriməsinə səbəb oldu və bu proses dayandı. xəbər veri
31 oktyabrABŞ Polşadakı vəziyyətlə bağlı açıqlama verdi
Polşa Konstitusiya Tribunalında baş verən hadisələr həqiqətən də çox ciddidir. xəbər verir ki, bunu ABŞ-ın Polşadakı səfiri Tom Rouz bildirib. "Görünür, hökumətin dövlət hakimiyyətindən istifadəsi, eləcə də konstitusiya qurumunun müstəqilliyi və səlahiyyətləri ilə bağlı görünməmiş bir qarşıdurmanı
31 oktyabrOman sahillərində Hörmüz boğazında gəmi yanğına uğrayıb
Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Oman sahillərindəki Hörmüz boğazında gəmidə yanğın baş verdiyini bildirib. xəbər verir ki, departamentin veb saytında dərc olunmuş açıqlamada deyilir: "UKMTO, Omanın Xasab şəhərindən 25 km şimal-şərqdə, Hörmüz boğazında baş verən hadis
30 oktyabrİtaliyaya getmək istəyənlərin DİQQƏTİNƏ! Qadağa qoyulur
İtaliyanın Sardiniya adasında 15 restoran ailələrin yemək zamanı telefondan istifadəsini məhdudlaşdıran pilot layihəyə qoşulub. xəbər verir ki, bir ay davam edəcək təşəbbüs uşaqların ekran qarşısında keçirdiyi vaxtı azaltmaq və ailədaxili ünsiyyəti gücləndirmək məqsədi daşıyır. Layihə çərçivəsində telefonların
29 oktyabrRusiyanın ən yeni qırıcı təyyarəsi yanıb
Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb
30 oktyabr