Azərbaycanda 2 il əvvəl törədilən cinayətin üstü açıldı
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin səmərəli birgə fəaliyyəti nəticəsində 2 il əvvəl törədilərək bağlı qalan cinayətin üstü açılıb.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, 4 sentyabr 2020-ci il tarixdə saat 10 radələrində Masallı rayonunun Hüseynhacılı kəndinin ərazisində 02.04.1962-ci il təvəllüdlü Şəmmədova Aidə Ağadadaş qızının yaşadığı evdə başına küt alətlə vurularaq qətlə yetirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, lakin cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmayıb.
Peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət olan istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilən kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə zərərçəkmişin həmkəndlisi 05.05.1992-ci il təvəllüdlü Tapdıqov Şəhriyar Əliyar oğlunun 04.09.2020-ci il tarixdə Aidə Şəmmədovanın yaşadığı evə tamah niyyəti ilə daxil olaraq sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
29.01.2022-ci il tarixdə Şəhriyar Tapdıqov şübhəli şəxs qismində tutulub, sonuncu istintaqa verdiyi ifadəsində törətdiyi cinayət əməlini etiraf etməklə cinayətin alətini təqdim edib.
Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 3099 Tarix: 29 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mingəçevirdə minik avtomobili kül oldu
Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
11 sentyabr 2021Nazir daha bir rəis təyin etdi
Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano
11 sentyabr 2021Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb
Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində
17 sentyabr 2021Övladlarını çayın kənarına tərk etdilər - FOTO
ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs
16 sentyabr 2021Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO
Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır
12 sentyabr 2021Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi
Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib
15 sentyabr 2021Rektorun anası koronavirusdan vəfat etdi
Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!
13 sentyabr 2021"Azərişıq"ın anbarında yanğın - VİDEO
Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"
15 sentyabr 2021Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı
Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır
17 sentyabr 2021