"Azərsu"nun daha bir əməkdaşı iş başında döyüldü - VİDEO
"Azərsu" ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin "İmişli Sukanal" Sahəsinin əməkdaşı abonentin kobud rəftarı və fiziki təzyiqlərə məruz qalıb.
"Azərsu" ASC-dən Oxu.Az-a verilən məlumata əsasən, İmişli şəhəri Sevil Qazıyeva küçəsi ev 6 ünvanında Taleh Zeynalov adlı abonentin içməli su təchizatı xidmətlərindən istifadəyə görə yığılmış borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, abonent borcu ödəməkdən imtina edib.
"Sudan İstifadə Qaydaları"nın tələblərinə əsasən su təchizatının dayandırılması ilə əlaqədar iş əmri yaradılıb. "İmişli Sukanal" Sahəsinin əməkdaşları həmin ünvana yaxınlaşaraq abonentə borcun ödənilməsinin vacibliyini bir daha izah ediblər. Lakin abonent "İmişli Sukanal" Sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndisi Məhərrəmov Mustafa Umud oğlu ilə aqressiv davranaraq onu təhqir edib, fiziki təzyiq göstərib.
Baş vermiş hadisə "İmişli Sukanal" Sahəsinin əməkdaşları tərəfindən aktlaşdırılıb, M.Məhərrəmov tibbi ekspertizadan keçirilib və faktın araşdırılması üçün İmişli Rayon Polis Şöbəsinə müraciət olunub.
"Azərsu" ASC vətəndaşların və abonentlərin diqqətinə çatdırır ki, göstərilən xidmətin səviyyəsi ödənişlərin vaxtında edilməsindən asılıdır. Bu məqsədlə xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə hallar baş verərsə, "Azərsu" ASC tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Qeyd edək ki, bir müddət bundan əvvəl də "Azərsu"nun əməkdaşı iş başında döyülmüşdü.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1399 Tarix: 14 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qaradağda AĞIR QƏZA - Ölən və yaralananlar var
Qaradağ rayonunda ölümlə nəticələnən qəza olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəza hadisəsi rayonun Qobustan qəsəbəsi ərazisində baş verib. Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik maşını "VAZ 21015" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ"ı
11 iyulPitbullun hücumuna məruz qalan 4 yaşlı qız həyatını itirib
Almaniyanın Maqdeburq şəhəri yaxınlığında baş verən faciəvi hadisədə pitbull cinsindən olan it 4 yaşlı qıza hücum edib. Ağır xəsarətlər alan azyaşlı həkimlərin bütün səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Maqdeburq yaxınlığındakı Osternienburge
10 iyulSərhəd Keçid Məntəqəsində 2 vaşaq və 2 serval pişiyi ələ keçirilib
Türkiyənin Ədirnə vilayətində yerləşən Hamzabəyli Sərhəd Keçid Məntəqəsində aparılan yoxlamalar zamanı xarici nömrə nişanlı avtomobildə qanunsuz daşınan 2 vaşaq və 2 serval pişiyi aşkarlanaraq mühafizəyə götürülüb. Bu barədə xarici mediaya istinadla xəbər verir. Türkiyənin Təbiətin Mühafizəsi və Mill
7 iyulDişi aslanın hücumuna məruz qalan çoban ağır yaralanıb
Hindistanın Qucarat ştatında dişi aslanın hücumuna məruz qalan çoban ağır yaralanıb. Hadisənin mobil telefonla lentə alınan görüntüləri sosial şəbəkələrdə geniş yayılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Qucarat ştatının Qaraciya kəndində baş verib. Yerli sakin Kalubhay Boqhabhay Qamar
9 iyulMəhkəmə binası qarşısında silahlı insident: 2 nəfər yaralanıb - VİDEO
Türkiyənin Adana vilayətinin Kozan rayonunda məhkəmə binasının qarşısında iki qrup arasında baş verən silahlı insident nəticəsində 2 nəfər ayağından yaralanıb. xarici mediaya istinadla xəbər verir ki, hələlik naməlum səbəbdən başlayan mübahisə qısa müddət ərzində silahlı qarşıdurmaya çevrilib. Tərəfləri
8 iyulQobustanda ölümlə nəticələnən DƏHŞƏTLİ QƏZA - Yaralıların vəziyyəti açıqlandı
Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilib ki, iyulun 5-də saat 17:50-də Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyya
6 iyulYemək axtaran nəhəng ayı yaşayış məntəqəsinə endi - VİDEO
Türkiyənin Bursa vilayətində yerləşən Uludağ bölgəsində qida axtarmaq üçün yaşayış məntəqəsinə enən iri ayı mobil telefon kamerası ilə görüntülənib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Uludağın Sarıalan ərazisində baş verib. Meşədən yaşayış məntəqəsinə enən ayı bir müddət ətrafda qida axtarıb
7 iyulGöygöldə 86 yaşlı tənha qadın evində ölü tapıldı
Göygöl rayonunda tənha yaşayan qadının meyiti tapılıb. -ın məlumatına görə, hadisə iyulun 9-da axşam saatlarında rayonun Şəhriyar kəndində baş verib. Kənd sakini 1940-cı il təvəllüdlü Xanım Qaraisayevanın meyiti evində aşkarlanıb. Meyit qadının qohumları tərəfindən tapılıb və bu barədə hüquq-mühafiz
10 iyul