Əməkdar artistin villasında CİNAYƏT
Azərbaycanın Əməkdar artisti, "Maestro" adı ilə tanınan skripkaçı Ceyhun İsmayılovun evindən oğurluq edilib.
Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, 1975-ci il təvəllüdlü sənətçinin Sumqayıt şəhəri Qurd dərəsi adlanan ərazidəki bağ evindəki seyfdən 5400 dollar oğurlanıb. Belə ki, ötən il iyul ayının 20-də villanın 2-ci mərtəbəsindəki yataq otağındakı seyfdən açar seçmə üsulu ilə xeyli miqdarda pul naməlum şəraitdə oğurlanıb.
Aparılan araşdırmalar zamanı hadisənin "Maestro" Ceyhunun evində bağban və xidmətçi işləyən və həmin evdə yaşayan ər-arvadın Kamal adlı oğlu tərəfindən törədilməsi üzə çıxıb. Məlum olub ki, vaxtaşırı valideynlərinin yanına gələrək onlara kömək edən 1988-ci il təvəllüdlü Kamal Qulamov seyfin yerini öyrənib və açarı əldə edərək Sumqayıtda surətini çıxarıb. O, daha sonra gizli şəkildə yataq otağına daxil olaraq seyfdəki dollar bağlamalarının arasından 5400 dollar götürüb. Kamal izi itirmək üçün bağlamaların hər birindən müəyyən qədər 100 dollarlıq əsginasları götürüb və pulun bir hissəsini banka ödəyərək kreditini bağlayıb.
Bundan sonra xarici ölkəyə səfərə gedən Əməkdar artist seyfdən sənədlərini götürmək istəyərkən dollar bağlamalarının bir qədər nazikləşdiyini görərək pulların oğurlanmasından şübhələnib. O, pulları saydıqda həqiqətən oğurluğun baş verdiyini görüb.
Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə iş açılıb. İbtidai istintaq zamanı və məhkəmənin gedişində təqsirləndirilən şəxsin ailəsi oğurlanmış pulları geri qaytarıb və Ceyhun İsmayılov Kamaldan şikayətçi olmayıb.
Məhkəmə Kamal Qulamovun 2 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılması cəzasına məhkum edilməsinə qərar verib və ona elektron nəzarət cihazı tətbiq edilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 5661 Tarix: 15 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb
Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub
10 oktyabrBakıda ağır qəza - 4 ölü - Yenilənib
Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind
7 oktyabrKürdəmirdə dəmir yolunun kənarında kişi meyiti tapıldı - ADY-dən açıqlama
Bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb. xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, dərhal aidiyyəti üzrə məlumat verilib. Hadisənin hans
18 oktyabrTürkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil
11 oktyabrCəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb
10 oktyabrBakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video
Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx
4 oktyabr14 yaşlı qız dəm qazından öldü
Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm
12 oktyabr