Azərbaycanda toydan qayıdan ailə dəhşət yaşadı – 3 ÖLÜ, 2 YARALI

Azərbaycanda toydan qayıdan ailə dəhşət yaşadı – 3 ÖLÜ, 2 YARALIFevralın 13-də günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən 129-cu km-də baş vermiş dəhşətli qəzanın təfərrüatları məlum olub.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, hadisə vaxtı Şəki şəhər sakini 1994-cü il təvəllüdlü Məmmədov Elmar Eldəniz oğlu "Renault Megane" markalı, 99-NL-192 dövlət qeydiyyat nişanlı avtomobillə Oğuz şəhəri istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb və nəqliyyat vasitəsi yolun soluna çıxaraq çökəkliyə aşıb.

Qəza nəticəsində sürücü E.Məmmədov və sərnişinləri – oğlu 2018-ci il təvəllüdlü Eldar Məmmədov və baldızı 2003-cü il təvəllüdlü İsmayılova Xədicə Ağaəli qızı hadisə yerində ölüb. Sürücünün həyat yoldaşı 1991-ci il təvəllüdlü Məmmədova Günel Ağaəli qızı və qardaşı 1999-cu il təvəllüdlü Məmmədov Elmir Eldəniz oğlu isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, hadisə vaxtı avtomobilin sürəti yüksək olub və nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxıb.

O, da məlum olub ki, hadisəni törədən mərhum sürücü Elmar Məmmədov bir neçə il əvvəl Şəkidə idman yarışına gedərkən dəhşətli qəzaya düşüb. Həmin vaxt avtomobildə olan digər şəxslər vəfat etsə də, E.Məmmədov 9 aya yaxın müddətdə komada qaldıqdan sonra həyata qayıdıb.

Fevralın 13-də baş verən hadisəyə gəlincə, həmin gün Elmar Məmmədov ailə üzvləri ilə birgə iştirak etdiyi toy məclisindən yaşadığı Şəki rayonuna geri qayıdarkən dəhşətli olay baş verib.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, qəzanın baş verdiyi yol yeni təmir edilib və asfalt örtüyü çəkilib. Təmirdən sonra isə yolda bir neçə dəfə ağır qəza baş verib. Təkcə son həftədə bu ərazidə 3 ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azərbaycanda toydan qayıdan ailə dəhşət yaşadı – 3 ÖLÜ, 2 YARALI


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 5641   Tarix: 16 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Daha bir yeniyetmə dənizdə batdı

Dünən axşam FHN-in "112" qaynar telefon xəttinə Xəzər rayon Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub. "Qafqazinfo" nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm

7 iyul
.

Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb GÖLÜN KƏNARINA ATDILAR

İyulun 9-da Nərimanov rayonu A.Gəraybəyli küçəsində yerləşən "SUDU" sağlamlıq mərkəzinin rəhbəri, paytaxt sakini, 1985-ci il təvəllüdlü Babək Rəhimli baş nahiyəsinə küt alətlə vurularaq öldürülüb. APA-ya istinadən xəbər verir ki, orada işləyən Bakı şəhər sakini, 1988-ci il təvəlüldlü Nati

11 iyul
.

Lisenziyası ləğv edilən plastik cərrah hovuzda ölü tapıldı

ABŞ-ın Kaliforniya ştatında keçmişdə estetik əməliyyatdan sonra bir pasiyentin ölümünə görə həkimlik lisenziyası ləğv edilən 71 yaşlı plastik cərrah Sarva Aldoori yaşadığı evin hovuzunda ölü tapılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Bakersfild şəhərində baş verib. Polis həkimin ölüm səbəbini

6 iyul
.

Tərk edilmiş evdə qadın meyiti tapıldı - VİDEO

Türkiyənin İstanbul şəhərinin Kartal rayonunda tərk edilmiş bir gecəqonduda kimliyi müəyyən edilməyən qadın meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə axşam saatlarında Cevizli məhəlləsində baş verib. Məlumata görə, küçədən keçən şəxslər bir mərtəbəli boş evin içində hərəkətsi

7 iyul
.

Qobustanda ölümlə nəticələnən DƏHŞƏTLİ QƏZA - Yaralıların vəziyyəti açıqlandı

Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilib ki, iyulun 5-də saat 17:50-də Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyya

6 iyul
.

Gürcüstanda qohumunu öldürməkdə təqsirli bilinən azərbaycanlı saxlanılıb

Tbilisidə Azərbaycan vətəndaşının qəsdən öldürülməsində şübhəli bilinən şəxs Gürcüstanın Batumi Beynəlxalq Hava Limanında saxlanlıb. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, əməliyyat Tbilisi Polis Departament

11 iyul
.

Masallıda atdan yıxılan kişi öldü

Masallı rayonunda atdan yıxılan 49 yaşlı kişi ölüb. apa-ya istinadla xəbər verir ki, hadisə ötən gün rayonun Ninalov kəndinin ərazisində baş verib. Məlumata görə, kənd sakini 1977-ci il təvəllüdlü Mikayıl Əbilov ehtiyatsızlıqdan atdan yıxılıb və ölüb. Faktla bağlı araşdırma aparılır

11 iyul
.

30 il yediyi göbələk bu dəfə onu zəhərlədi: Reanimasiyaya yerləşdirildi - VİDEO

Türkiyənin Ərzurum vilayətində 30 ildən artıqdır təbiətdən topladığı göbələkləri istehlak edən 50 yaşlı Ekrem Aydəmir bu dəfə ağır zəhərlənərək reanimasiya şöbəsinə yerləşdirilib. xarici mediaya istinadla xəbər verir ki, üç uşaq atası olan və bazarda çalışan Ekrem Aydəmir təxminən bir həftə əvvəl dostlar

6 iyul
.

Kəlbəcərdə otlaq sahədə mina partladı

Kəlbəcər rayonunda mina hadisəsi baş verib. -ın məlumatına görə, hadisə otlaq sahədə baş verib. Ərazidə ard-arda iki mina partlayışının olduğu bildirilir. Hadisə nəticəsində bir neçə heyvan tələf olub, sakinlərdən xəsarət alan yoxdur. Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) -ın sorğusuna cava

10 iyul