"Qulağını kəsib, sümüklərini sındırıb, yandırıb, elə meşədə..."-25 yaşlı gəncin anasından ürəkdağlayan sözlər
Xəbər verdiyimiz kimi, Samux rayonunun Füzuli kəndində 25 yaşlı Mirzaman Əliyevə bir neçə nəfər ağır xəsarətlər yetirib. Bəzi məlumatlara görə, onu Şəhid bulağını təhqir etdiyi üçün döyülüb.
Lakin onun anası Sonxeber.az-a açıqlamasında bu iddiaları təkzib edib.
Sevil Əliyeva saytlarda yazılan xəbərlərin tamamilə yanlış olduğunu deyir:
"Mən Mirzamanın anasıyam. Vallah, billah, mənim oğlum Şəhid bulağını təhqir eləməyib.
Onlar əvvəl hamısı dost idilər. Sonra nəsə oldu, araları dəydi. Artıq dostluq etmirdilər.
Dünən gecə, saat 22:00-23:00 radələrində gəlib evdən çağırdılar, birlikdə tanışlarının ad gününə getməyi təklif etdilər. Balamı maşına basıb, meşəyə aparıb zülm ediblər. Qulağını kəsib, sümüklərini sındırıb, yandırıb, elə meşədə atıb, qaçıblar. 2 saata yaxın balam orada qalıb.
Özünə gəldikdə sürünə-sürünə gedib, yaxınlıqdakı evin qapısını döyərək kömək istəyib.
Oğlumu döyən 4 nəfər Şəhid bulağı məsələsini yayır ki, onlara bəraət qazandırsınlar.
Oğlumun vəziyyəti ağırdır. 5 gün vaxt veriblər ki, təcili əməliyyat olunsun. Əməliyyatın qiyməti 4 min manatdır.
Mirzaman özü nə deyibsə, doğru olan odur".
10:13
Daha öncə yayılan xəbərə görə, Samux rayon Kolayır kənd sakini, 25 yaşlı M.Əliyev bir neçə nəfər tərəfindən yaşadığı kənddən Sünnülər kəndinin ərazisinə aparılıb. Orada gənci döyən şəxslər onun qulağının birinin yarıdan çox hissəsini kəsiblər.
Baş və üz nahiyəsindən ağır zərbələr alan gənc tanınmaz hala düşüb. O, daha sonra hadisə olan yerdən sürünə-sürünə kənd sakinlərindən birinin evinin qarşısına gəlib və kömək istəyib.
Məsələ ilə bağlı dərhal polisə və təcili tibbi yardıma məlumat verilib, ağır xəsarətlər alan gənc Gəncə şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun qulağı tikilib, digər tibbi yardımlar göstərilib. Hazırda xəstəxanada müalicəsi davam etdirilir.
Hadisənin baş vermə səbəbləri hələ ki məlum olmasa da, özünün dediyinə görə, 6 nəfər tərəfindən döyülüb.
Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 5874 Tarix: 19 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində ana və iki azyaşlı övladı xəsarət alıb. Yaralılar 30 yaşlı A.Həsənova, 5 yaşlı U.Məmmədli və 3 yaşlı N.Məmmədlidir. Onlar xəstəxanay
18 oktyabrÇörək bıçağına görə arvadını döydü, cinayət işi açıldı
Ağcabədidə kişi arvadını döyüb. xəbər verir ki, hadisə rayonun kəndlərinin birində qeydə alınıb. Kənd sakini 36 yaşlı Arif Mustafayev (şərti adla) yaşadıqları evin həyətində arvadını taxta parçası ilə döyüb. Buna səbəb isə arvadının çörək kəsdikləri bıçağı həyətdəki tualetin yanına, mişar daşının üstün
18 oktyabrOtağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 1
11 oktyabrİsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı
İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça
17 oktyabrAbşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabrBakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Bakıda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib. Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşlar
8 oktyabr