Səfir Ukraynadakı Azərbaycan vətəndaşlarının təxliyəsindən DANIŞDI
"Hazırda Azərbaycanın Ukraynadakı səfirliyi tam heyətlə iş başındadır. Şəxsən özüm də iş yerindəyəm".
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bildirib.
Səfir deyib ki, vəziyyət tam nəzarət altındadır:
"Azərbaycanın konsulluğu tam gücü ilə işləyir, Azərbaycana getmək istəyən vətəndaşlar müraciət edə bilərlər. Pasportunun vaxtı keçmiş və ya pasportu ilə bağlı digər problemi olanlar da müraciət edə bilərlər. Hazırda Ukraynadakı azərbaycanlılar üçün ən təhlükəsiz şərait öz qaldığı evdən çıxmamaqdır. Çünki bütün yollar bağlanılıb, ölkədən çıxış mümkün deyil. Ölkədə vəziyyət təhlükəlidir. Bizim özümüzün də, yəni diplomatların təxliyəsi hələlik həyata keçirilmir.
Əgər təxliyə mümkün olarsa, 3-4 diplomat qalıb işləyəcək, qalan diplomatların ailələri Ukraynadan çıxarılacaq. Eyni zamanda hazırda Azərbaycandan Xarkovda kurs keçən 17 fövqəladə hallar əməkdaşı ilə yanaşı, Ukraynadakı Azərbaycan vətəndaşlarının da evakuasiyasını mümkün olan kimi edəcəyik. Amma hələ bu barədə düşünürük. Çünki hələ məlum deyil hansı yolla ölkədən çıxara bilərik", - deyə Elmira Axundova əlavə edib.
Səfir səfirliyin 00380735050000 nömrəli qaynar xəttinin işlədiyini də xatırladaraq ölkədəki Azərbaycan vətəndaşlarına istənilən aidiyyəti məlumat ilə bağlı müraciət edə biləcəyini deyib. Səfir eyni zamanda vətəndaşlara Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün səhər yaydığı müraciətlə də tanış olmağa çağırıb.
Qeyd edək ki, bu gün səhər saatlarından Kiyev də daxil olmaqla Ukraynanın Xarkov, Mariupol, Odessa, İvano Frankovsk vilayətlərində silsilə partlayışlar baş verir. Donbasda isə şiddətli döyüşlər gedir.
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 2988 Tarix: 24 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
Aprelin doqquzu saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəli
9 aprel 2024İsrail Ordusu təsdiqlədi: İran PUA-lar buraxıb, hamısını izləyirik
İsrail rəsmiləri İranın İsrailə doğru onlarla yürüş təşkil edərək, hücuma başladığını təsdiq ediblər. Bu barədə "Al Jazeera" məlumat yayıb. Daha əvvəl İordaniya hakimiyyət orqanları hava məkanının bağlandığını bəyan etmişdi. İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidmətinin məlumatına görə
14 aprel 2024Ukrayna bir həftədə Rusiyanın 4,5 min əsgərini məhv etdi
Ukrayna müdafiəçiləri həftə ərzində təxminən 5420 Rusiya hərbçisini məhv edib, 1088 texnikasını sıradan çıxarıb. -a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Aleksandr Pavlyuk Teleqram kanalında yazıb. "24-31 mart tarixlərində Ukrayna Rusiya ordusunu
31 mart 2024Ağ Ev: İranın İsrailə hücumu bir neçə saat davam edəcək
İranın hərbi qüvvələrinin İsrailə qarşı hücumunun bir neçə saat davam edəcəyi ehtimal edilir. "Report"un məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson İranın öz ərazisindən İsrailə doğru pilotsuz uçuş aparatları buraxması ilə bağlı verdiy
14 aprel 2024Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyndən məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 28-i saat 18:30-da Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətind
28 avqust 2024İsraildən qisas əməliyyatı: "Hizbullah"ın obyektinə zərbə endirildi
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı "Hizbullah"ın hərbi obyektinə hücum edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Onun sözlərinə görə, zərbə ötən gecə İsrailin şimal bölgələrinin atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Hərbçilər zərbənin hədəfinin "Hizbullah"ı
14 aprel 2024