Stepan Qavriş: "Biz də Azərbaycan kimi ordunu gücləndirməliyik" - KİYEVDƏN MÜSAHİBƏ

Stepan Qavriş: "Biz də Azərbaycan kimi ordunu gücləndirməliyik" - KİYEVDƏN MÜSAHİBƏBu gündən, fevralın 24-dən Ukraynada hərbi vəziyyət tətbiq edilib. O, Rusiya qoşunlarının ölkəyə daxil olması ilə bağlı məlumatların yayılmasından dərhal sonra elan edilib.

Avropa ölkələri və ABŞ Rusiyaya qarşı yeni sanksiyalar elan edərkən, Rusiya Federasiyası da dünən Ukraynadakı diplomatik nümayəndəliklərinin əməkdaşlarını tamamilə təxliyə edib.

Ukraynanın nüfuzlu siyasətçi və analitiklərindən biri, III və IV çağırışların xalq deputatı, hüquq elmləri doktoru, professor, Ukrayna Hüquq Elmləri Akademiyasının akademiki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinin keçmiş müavini Stepan Qavriş Ukraynada baş verən hadisələri Oxu.Az-a şərh edib.

O bildirib ki, yaxın vaxtlara qədər Ukrayna ilə genişmiqyaslı müharibə olmayacaq kimi görünürdü:

- Kreml "Luqansk Xalq Respublikası" və "Donetsk Xalq Respublikası"nı ("LDXR" - red.) tanıdı. Bu, anqlosaksların informasiya məkanında yeni təmassız müharibə üsullarından istifadə etməsinə görə ABŞ-a bir növ cavab idi. Əslində, onlar təkcə Ukrayna üçün deyil, bütün dünya üçün müharibə təhlükəsinə işarə edərək, Moskvanı küncə sıxışdırdılar. Onlar dünyanı inandıra bildilər ki, Ukrayna ərazisində müharibə hamını təhdid edir və bu, çox təhlükəlidir.

Qərbin hər şeyin bitdiyini düşünməməsi üçün Moskva "LXR" və "DXR" ilə əməkdaşlıq müqaviləsi imzalayıb, hansı ki, ona əsasən asayişi qorumaq üçün Rusiya bu ərazilərə qoşun yeridir. Amma bu yolla Rusiya Federasiyası Ukraynanı işğal edir.

Vladimir Putin yeni reallıq yaratdı... İndi isə Rusiyanın istifadə edə biləcəyi alətlər tükəndi.

Daha önəmlisi, Vladimir Putin Qərbə verdiyi ultimatumun həyata keçirilməsini tələb etdi. Orada üç əsas məqam var. NATO-nun Şərqə doğru genişlənməməsi (təbii ki, Ukrayna nəzərdə tutulur), NATO-nun hücum silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi və NATO-nun 1997-ci ildəki mövqelərə çəkilməsi. Bu, təbii ki, heç vaxt baş verməyəcək.

Yəni Rusiya lideri Qərbə doğru hücum xəttindən imtina etməyib, sadəcə strategiyasını dəyişib. Bu nə üçün lazımdır? Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində yenidən seçilmək barədə düşünür. Rusiyanın təcrid olunması buna kömək edəcək.

- Qayıdaq Rusiyanın "LDXR"i tanımasına...

- Vladimir Putin öz qərarı ilə əslində Ukraynanın "ağrıyan dişini" çıxartdı. Söhbət Donbasla bağlı Minsk razılaşmalarından gedir. Bundan əlavə, Kreml Qərb üçün fərqli siyasi gündəm ortaya qoyub. Bundan əvvəl o, Rusiyaya daha loyal idi.

"Şimal axını 2" qaz nəqliyyat dəhlizinin sertifikatlaşdırılmasına xitam verildiyini xatırlatmaq kifayətdir. Sanksiyalar ağır olacaq, Qərb onları tədricən tətbiq edəcək. Və onlar yavaş-yavaş Rusiya iqtisadiyyatını və maliyyə sistemini məhv edəcəklər.

- Bəs Ukrayna nə etməlidir?

- Bizim hərbi cəhətdən güclü dövlət qurmaqdan başqa yolumuz yoxdur. Azərbaycan kimi, ərazisi əlindən alınanların etdiyi kimi ordunu gücləndirmək lazımdır. Və sonra bu mövzuya qayıtmaq olar, amma hərbi güc olmadan bu mümkün deyil.

Bunu bir daha siyasətçi kimi yox, analitik kimi deyirəm: Ukrayna yaxşı fürsət pəncərəsi əldə edib. Ayağımıza bağlanan nəhəng bir daşdan xilas olduq, bu, bizə hər il təxminən bir milyard dollara başa gəlirdi. Nəzarət olunmayan ərazilərə sosial və iqtisadi yardım göstərirdik.

Biz müstəqilliyimizin qarantı olan nüvə dövlətlərinə sorğu göndərdik. Onlar öhdəliklərini yerinə yetirəcəklərmi? Əgər bunu etməsələr, o zaman dünya miqyasında nüvə silahı yarışı başlayacaq. Hər bir ölkə ən azı üç və ya dörd nüvə bombasına və ya raketlərə və ya təkrar emal edilmiş uran və ya plutoniumla doldurulmuş döyüş başlıqlarına sahib olmağa çalışacaq.

- Donbas və Minsk razılaşmalarından danışarkən "ağrıyan diş", "ayağa bağlanan daş"dan danışdınız. Yəni Ukrayna Donbası qaytarmağa hazırlaşır? Yoxsa bu ərazini "əldən çıxan hissə" hesab edir?

- Yaxşı sualdır. Vaxtilə Baltikyanı ölkələrin (SSRİ tərəfindən - red.) işğalı Qərb tərəfindən qəbul olunmurdu. Və bir neçə onillikdən sonra bu dövlətlərdə etiraz aksiyaları SSRİ-nin dağılması prosesini başlatdı.

Ukrayna, görünür, bu gün razılaşmalıdır ki, yaxın gələcəkdə Krım kimi Donbası qaytarmaq mümkün deyil. Rusiya Şərqi və hətta Mərkəzi Avropanı təhdid edən hərbi mövcudluğunu artıracaq, silahlanmanı gücləndirəcək (bu, artıq Kalininqrad vilayətində baş verib, burada nüvə başlıqlarına malik "İskəndər"lər yerləşdirilib). Ukrayna "Baltik üsulundan" istifadə etməlidir: suverenliyini bərpa etmədən hər hansı danışıqlardan, tanımadan, razılaşmadan imtina etməlidir.

Ən azı 2024-cü ilə (söhbət Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərindən gedir – red.), hansısa hadisələrin baş verə biləcəyi vaxta qədər gözləməliyik. Bu vaxta qədər Rusiyaya qarşı sanksiya zərbəsi ölkəni kritik vəziyyətə sala bilər./oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2206   Tarix: 24 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Rusiya-Ukrayna müharibəsi: Kiyevə hücum, cəbhədə döyüşlər və yeni sülh danışıqları

Rusiya-Ukrayna müharibəsi fonunda hərbi əməliyyatlar və diplomatik təmaslar davam edir. Kiyevdə infrastruktur obyektlərinə zərbələr endirildiyi, Ukrayna qüvvələrinin bir sıra istiqamətlərdə əks-hücum əməliyyatları apardığı bildirilir. Eyni zamanda, müharibənin dayandırılması üçün yeni danışıqların keçirilməs

28 oktyabr
.

Zelenskinin "sağ əli" Uitkoffla mübahisə etdiyini təkzib etdi

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov oktyabrın 9-da Floridada keçirilən danışıqlarda ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffla mübahisə etməsi barədə məlumatları təkzib edib. xəbər verir ki, Budanov bu barədə "RBK-Ukrayna"ya açıqlamasında bildirib. "Ünsiyyətin təfərrüatlar

28 oktyabr
.

İspaniyada dəhşətli qatar qəzası: Ölənlər arasında sabiq nazir də var - Video

İspaniyanın Toledo əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı artıb. "El Correo" nəşrinə istinadən xəbər verir ki, bu barədə Kastiliya-La-Mança muxtar icmasının rəhbəri Emiliano Qarsia-Paxe məlumat verib. "Son məlumatlara görə, ölənlərin sayı 68 nəfərə çatıb"

28 oktyabr
.

Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək

Polşa Ukraynaya təxminən 50 milyon avro dəyərində yeni hərbi yardım paketi çərçivəsində iki MiQ-29 qırıcısı və döyüş sursatları təhvil verəcək. Bu barədə Polşanın "Rzeczpospolita" nəşri ölkənin Müdafiə Nazirliyinin Müdafiə Strategiyası və Planlaşdırılması Departamentinin direktoru Dariuş Lukovskini

29 oktyabr
.

Madriddə etiraz aksiyası keçirilir

Madriddə etiraz aksiyası keçirən fermerlər hökumətdən qiymət artımı ilə əlaqədar təcili tədbirlərin görülməsini tələb edirlər. xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb. Aksiya iştirakçıları traktorlarla Madridə daxil olub və İspaniya paytaxtının mərkəzindəki Kolumb meydanına doğru hərəkə

28 oktyabr
.

ABŞ Körfəz ölkələrini İrana qarşı mümkün hərbi əməliyyat barədə xəbərdar edib

ABŞ noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərdən sonra İrana qarşı qısamüddətli, lakin intensiv hərbi kampaniya keçirə biləcəyi barədə bir sıra Fars körfəzi ölkələrini xəbərdar edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb. Qeyd olunu

28 oktyabr
.

Rusiya-Ukrayna müharibəsi: Qarşılıqlı hücumlar davam edir, sülh danışıqları qeyri-müəyyən olaraq qalır

Rusiya ilə Ukrayna arasında davam edən müharibədə qarşılıqlı hücumlar və pilotsuz uçuş aparatlarından istifadə diqqət mərkəzindədir. Eyni zamanda, tərəflər arasında növbəti üçtərəfli görüşün keçirilməsi ilə bağlı qeyri-müəyyənlik qalır. Məlumatlara görə, Ukraynanın Moskvaya və ətraf ərazilərə doğru pilotsu

29 oktyabr
.

Əhalinin DİQQƏTİNƏ! Oktyabrın 31-də...

Oktyabrın 30-dan 31-nə keçən gecə Yer kürəsində zəif və orta intensivlikli maqnit qasırğası başlaya bilər. Hadisənin təxminən 12-15 saat davam edəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Alimləri

29 oktyabr
.

XXI əsrin ən uzun Günəş tutulması Misirin qədim məbədlərini qaranlığa qərq edəcək

2027-ci il avqustun 2-də baş verəcək tam Günəş tutulması həqiqətən də xüsusi hadisə olmağa vəd edir. O, tarixə əsl səma hadisəsi kimi düşəcək. Tutulmanın quruda tam mərhələsi düz 6 dəqiqə 23 saniyə davam edəcək. Bu isə XXI əsrdə qeydə alınacaq ən uzun tam tutulma mərhələsi olacaq. Üstəlik, 2114-cü il

28 oktyabr