Arestoviç: "Xarkovu saxlaya bildik, "operativ fasilə"də qısa əks-hücumlarımız oldu" - VİDEO
Ukrayna Prezidenti ofisinin rəhbərinin ştatdankənar müşaviri Oleksiy Arestoviç döyüş bölgəsində vəziyyətlə bağlı məlumat verib.
Onun sözlərinə görə, hazırda hərbi dildə "operativ fasilə" adlanan vəziyyət yaranıb.
"Bu həmin vəziyyətdir ki, qarşı tərəf praktiki olaraq hücum edə bilmir, çünki ağır itkilər verib, döyüş sursatları tükənib, sursat və texnika baxımından tamamlanmağa ehtiyac duyur. Daha sonra planların korrektəsi aparılmalı və hansısa ikinci raund başlamalıdır", - deyə o bildirib.
O.Arestoviçin sözlərinə görə, bu müddətdə artıq Ukrayna ordusunun ikinci raundu başlayır, səfərbərlik, ehtiyatda olanlar vasitəsilə tamamlanma işləri aparılır:
"Operativ fasilə bizim bəzi qoşunlarımızın ayrı-ayrı məntəqələrdə hətta qısa əks-hücumlara keçməsi ilə xarakterikdir".
Onun sözlərinə görə, Rusiyanın apardığı əməliyyatlar psixoloji şok yaratmağa və ukraynalıları qorxutmağa yönəlib.
"Yadınızda saxlayın ki, ilk şok keçəcək, nə qədər qəribə səslənsə də, biz baş verənlərə öyrəşəcəyik, normal döyüş fəaliyyəti aparılacaq", - deyə müşavir qeyd edib.
O, Ukrayna ordusunun Xarkovu saxlamağa nail olduğunu vurğulayıb. Bu istiqamətdə Rusiya ordusu hücuma keçsə də, böyük itkilər verib və geri çəkilib, hətta Xarkovdan müəyyən məsafəyə qədər uzaqlaşıb.
Ukrayna Prezidenti ofisinin rəsmisi həmçinin digər istiqamətlərdəki döyüşlər üzrə operativ məlumatları çatdırıb:
"Azov və Qara dənizlərdə heç bir desant yoxdur, Odessanı əldən verməyəcəyik, bir-iki gün sonra vəziyyət sabitləşəcək. Düşünürəm ki, hətta sabah belə oyunun qaydaları bir qədər aydın olacaq".
O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın neytral statusu haqqında danışıqlar təklif etməsi Rusiyanın əməliyyatların inkişaf tempini qiymətləndirməsini göstərir. Bununla da Rusiya işin öhdəsindən gələ bilmədiyini və siyasi təkliflərin vaxtının çatdığını anlayıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 1611 Tarix: 24 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
Aprelin doqquzu saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəli
9 aprel 2024İsrail Ordusu təsdiqlədi: İran PUA-lar buraxıb, hamısını izləyirik
İsrail rəsmiləri İranın İsrailə doğru onlarla yürüş təşkil edərək, hücuma başladığını təsdiq ediblər. Bu barədə "Al Jazeera" məlumat yayıb. Daha əvvəl İordaniya hakimiyyət orqanları hava məkanının bağlandığını bəyan etmişdi. İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidmətinin məlumatına görə
14 aprel 2024Ukrayna bir həftədə Rusiyanın 4,5 min əsgərini məhv etdi
Ukrayna müdafiəçiləri həftə ərzində təxminən 5420 Rusiya hərbçisini məhv edib, 1088 texnikasını sıradan çıxarıb. -a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Aleksandr Pavlyuk Teleqram kanalında yazıb. "24-31 mart tarixlərində Ukrayna Rusiya ordusunu
31 mart 2024Ağ Ev: İranın İsrailə hücumu bir neçə saat davam edəcək
İranın hərbi qüvvələrinin İsrailə qarşı hücumunun bir neçə saat davam edəcəyi ehtimal edilir. "Report"un məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson İranın öz ərazisindən İsrailə doğru pilotsuz uçuş aparatları buraxması ilə bağlı verdiy
14 aprel 2024Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyndən məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 28-i saat 18:30-da Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətind
28 avqust 2024İsraildən qisas əməliyyatı: "Hizbullah"ın obyektinə zərbə endirildi
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı "Hizbullah"ın hərbi obyektinə hücum edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Onun sözlərinə görə, zərbə ötən gecə İsrailin şimal bölgələrinin atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Hərbçilər zərbənin hədəfinin "Hizbullah"ı
14 aprel 2024