"Xarkov" metrostansiyasına sığınan azərbaycanlı: "Üçü azyaşlı olmaqla 10 nəfər çarəsiz qalmışıq" - VİDEO

"Xarkov" metrostansiyasına sığınan azərbaycanlı: "Üçü azyaşlı olmaqla 10 nəfər çarəsiz qalmışıq" - VİDEO"Kiyevdə "Xarkov" metrostansiyasında üçü azyaşlı olmaqla 10 nəfər azərbaycanlı çarəsiz vəziyyətdə qalmışıq. Bizdən başqa azərbaycanlılar da var idi, onlar ayrı-ayrı yerlərə getdilər. İki nəfər Qarabağ veteranıdır".

Bu barədə Oxu.Az-a Ukraynada yaşayan soydaşımız İmamrzov Hicran İsrafil oğlu məlumat verib. O bildirib ki, ayın 23-ü Odessadan uşaqları ilə birlikdə çıxaraq Kiyevə gəlib:

"Səhər saat 6 radələrində Kiyev hava limanına çatdıq. Bizə bildirdilər ki uçuşlar ləğv edilib. Ondan sonra bu günə qədər metroya sığınmışıq. Hazırda yanımızda bir neçə azərbaycanlı da var. Ukraynadakı səfirliyimiz ilə əlaqə saxlamışıq, əllərindən gələn köməyi edirlər. Bizdən də xahiş edirlər ki, qaldığınız yeri tərk etməyin. Neçə gündür camaat quru yerdə yatır. İnsanlar gündüz gedir, qida tədarükü ilə bağlı təminat yığır, gəlir. Biz isə çıxa bilmirik. Səfirlik bizə bildirdi ki, Moldova ilə danışıqlar aparılır, 50/50-yə bizim ora getmək şansımızın olduğunu dedilər. COVID-19 testi olmadan da tək pasportla keçmək imkanımız var. Sadəcə olaraq atışma olduğu üçün, yollar bağlı olduğuna və təhlükəsizliyimizindən ötrü narahat olduqlarına görə bizi Moldovaya göndərə bilmirlər".

H.İmamrzovun dediklərinə görə, nəqliyyat vasitələri belə işləmir:

"Heç kim bizi Moldovaya qədər aparmağı boynuna götürmür. Bizim hazırda olduğumuz "Xarkov" metrostansiyasından Moldova sərhədinə 381-400 km məsafə var. Yanımda iki qadın, üç azyaşlı və dörd nəfər kişi həmvətənimizlə qalmışıq metroda. Metronun o biri başında, 16 km bizdən aralıda tanklar var. Həmin ərazidə də soydaşlarımız var. Əlaqə saxladığımız zaman bizə dedilər ki, tanklar maşınların üstündən keçir. Ümidimiz tək Allaha qalıb. Səfirlikdən bizə heç bir əlavə kömək edə bilmirlər. Saat 22:00-dan sonra komendant saatı olur, heç cür küçəyə çıxa bilmirik. Yanımdakı uşaqların 5, 6 və 12 yaşları var. 12 yaşlı oğlum epilepsiya xəstəsidir, dərmanı dünən bitmişdi. Bu gün Azərbaycan səfirliyi sağ olsun, dərmanla təmin etdilər. Yalnız Moldovaya getməyimiz qalıb. Bizə dedilər ki, vətəndaşları axşama qədər Moldova sərhədinə göndərə bilərlər".

Hazırda Kiyev Metropoliteninin "Xarkov" stansiyasında vəziyyət gərgindir deyən soydaşımız, yaxın zamanda kömək gözlədiklərini bildirir.

"Xarkov" metrostansiyasına sığınan azərbaycanlı: "Üçü azyaşlı olmaqla 10 nəfər çarəsiz qalmışıq" - VİDEO"Xarkov" metrostansiyasına sığınan azərbaycanlı: "Üçü azyaşlı olmaqla 10 nəfər çarəsiz qalmışıq" - VİDEO


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1973   Tarix: 25 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İran İsrailə qanadlı raketlər atıb

İran İsrailə qanadlı raketlər atıb. "Report" xəbər verir ki, "Al-Arabiya" telekanalı iddia edib

14 aprel 2024
.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin doqquzu saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəli

9 aprel 2024
.

PUA hücumundan sonra Rusiya Müdafiə Nazirliyinin obyektində yanğına görə 600-dən çox insan təxliyə olunub

Leninqrad vilayətində, Kronştadt yaxınlığındakı Bolşaya İjorada yerləşən Rusiya Müdafiə Nazirliyinin obyektində baş verən yanğın səbəbindən ərazidən 600-dən çox insan təxliyə edilib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Drozdenko bildirib. "Pilotsu

7 iyun
.

DƏHŞƏTLİ GÖRÜNTÜ: İranın atdığı raket İsrail vətəndaşını vurdu - ANBAAN VİDEO

Sosial şəbəkədə dəhşətli görüntülər yayılıb. bildirir ki, İranın ötən gecə atdığı raketlərdən biri səmanı şəkən İsrail vətəndaşını vurub. Sözügedən vieonu təqdim edirik:

14 aprel 2024
.

İsrail Ordusu təsdiqlədi: İran PUA-lar buraxıb, hamısını izləyirik

İsrail rəsmiləri İranın İsrailə doğru onlarla yürüş təşkil edərək, hücuma başladığını təsdiq ediblər. Bu barədə "Al Jazeera" məlumat yayıb. Daha əvvəl İordaniya hakimiyyət orqanları hava məkanının bağlandığını bəyan etmişdi. İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidmətinin məlumatına görə

14 aprel 2024
.

Ukrayna bir həftədə Rusiyanın 4,5 min əsgərini məhv etdi

Ukrayna müdafiəçiləri həftə ərzində təxminən 5420 Rusiya hərbçisini məhv edib, 1088 texnikasını sıradan çıxarıb. -a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Aleksandr Pavlyuk Teleqram kanalında yazıb. "24-31 mart tarixlərində Ukrayna Rusiya ordusunu

31 mart 2024
.

Ağ Ev: İranın İsrailə hücumu bir neçə saat davam edəcək

İranın hərbi qüvvələrinin İsrailə qarşı hücumunun bir neçə saat davam edəcəyi ehtimal edilir. "Report"un məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson İranın öz ərazisindən İsrailə doğru pilotsuz uçuş aparatları buraxması ilə bağlı verdiy

14 aprel 2024
.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyndən məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 28-i saat 18:30-da Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətind

28 avqust 2024
.

İsraildən qisas əməliyyatı: "Hizbullah"ın obyektinə zərbə endirildi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı "Hizbullah"ın hərbi obyektinə hücum edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Onun sözlərinə görə, zərbə ötən gecə İsrailin şimal bölgələrinin atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Hərbçilər zərbənin hədəfinin "Hizbullah"ı

14 aprel 2024