SON XƏBƏR! Rusiya daha iki ölkəni HƏDƏLƏDİ: Hərbi müdaxilə etməyə MƏCBURUQ
Rusiyanın Ukraynaya müdaxiləsi bütün Avropa təhlükəsizlik arxitekturasına təhlükəsi yaratdığı vaxt Moskvanın aktiv hərbi qüvvələrinin bir çox NATO ölkəsinin sərhədlərinə çatması başqa bir narahatlıq yaradır. NATO öz üzvlərini qorumaq üçün tədbirləri sərtləşdirdikcə, hərbi baxımdan neytral olan İsveç və Finlandiya da öz təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçib.
Sonxeber.az teleqraf.com-a istinadən xəbər verir ki, qonşuları İsveç və Finlandiyanın NATO ilə yaxın münasibətləri açıq şəkildə Rusiyanın etirazına səbəb olub.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova verdiyi açıqlamada hər iki ölkəni hədələyib:
"Finlandiya və İsveçin NATO-ya üzvlüyünün ciddi hərbi-siyasi nəticələri olacaq və ölkəmizin cavab addımları atmasını tələb edəcək".
Rusiya təhlükəsi Ukrayna böhranından əvvəl də bu iki ölkədə aşkar formada hiss olunurdu.
Hər iki ölkə "soyuq müharibə" dövründə nə NATO-da, nə də Varşava Müqaviləsində iştirak etmişdi. İsveç 1814-cü ildə bitərəfliyini elan etməklə dünyada yeni zəmin yaratdı. 1917-ci ildə Rusiyadan müstəqilliyini qazanan Finlandiya da 1956-cı ildən bitərəfdir. Buna baxmayaraq, həm İsveçdə, həm də Finlandiyada NATO-ya üzvlüklə bağlı müzakirələr vaxtaşırı qızışır. Rusiyanın son addımları bu məsələni bir daha gündəmə gətirib.
Rusiyanın hücumu ilə Avropa tarixində yeni qara səhifənin açıldığını deyən İsveç Baş naziri Maqdalena Andersson bildirib: "Belə bir durumda İsveçin təhlükəsizlik siyasətindəki xəttinin dəyişməməsi çox vacibdir".
İsveçin uzun müddətdir ittifaqlardan kənarda qaldığını xatırladan Andersson bunun ölkəsinin maraqlarına xidmət etdiyini bildirib. Hazırkı siyasətini davam etdirmək siqnalını verən Finlandiya İsveçdən fərqli olaraq NATO-ya üzvlükdə israrlı görünür. Finlandiya Baş naziri Sanna Marin bu haqda deyib: "Finlandiyanın təhlükəsizliyi tələb edəcəyi təqdirdə üzvlük üçün müraciət etmək hüququ var".
NATO isə bildirib ki, qərarı məhz bu iki ölkə verməlidir. Finlandiya və İsveçlə sıx əməkdaşlığı dəyərləndirən NATO baş katibi Yens Stoltenberq məsələnin öz gələcək müqəddəratını təyinetmə və suverenlik hüququ çərçivəsində olduğunu düşünür.
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 14039 Tarix: 27 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kabildəki Azərbaycan sülhməramlıları: "Hər şey yaxşıdır" - FOTOLAR / VİDEO
Azərbaycan və Türkiyənin sülhməramlıları radikal "Taliban" hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında "bir millət, iki dövlət" şüarı ilə çiyin-çiyinə xidmət edir. Sonxeber xəbər verir ki, hava limanının təhlükəsizliy
22 avqust 2021Xocavənddə 2 erməni hərbçinin qalıqları tapıldı
Xocavənd rayonunda 2 erməni hərbçinin qalıqları aşkar olunub. "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək. Bununla da Qarabağ müharibəsi bitdikdən sonra ərazilərdə aparılan axtarış əməliyyatlar
21 avqust 2021ACCA aparıcı media orqanlarını Ermənistana etiraz etməyə çağırıb
ABŞ-ın müxtəlif əyalətlərindən Amerika Azərbaycanlılarının Koordinasiya Şurasında (ACCA) birləşən diaspor təşkilatlarının liderləri Kəlbəcərdə azərbaycanlı jurnalistlərin faciəli şəkildə həlak olması ilə bağlı nüfuzlu KİV-lərə müraciət ediblər. Diaspora Komitəsindən APA-ya verilən məlumata görə, "US
6 iyun 2021Ombudsman: "Ermənistanın terroru nəticəsində 12 uşaq ölüb, 50-si yaralanıb"
"İki yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən dörd il ötür. Cəzasızlıq mühitindən istifadə edən Ermənistanın uşaqlara qarşı terror siyasəti sonralar da davam etdirilərək atəşkəs dövründ
4 iyul 2021Azərbaycandan Ermənistana sərhəddəki təxribatlarla bağlı ÇAĞIRIŞ
Azərbaycanın Ombudsman Aparatı Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatları ilə bağlı açıqlama yayıb. -ın məlumatına görə, açıqlamada deyilir:. "Ermənistanın beynəlxalq hüquq normalarına və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəlarına zid
14 avqust 2021Üzeyir Cəfərov: "Hərbçilərin statusu barədə yeni qanun qəbul olunacaq"
"Hərbi qulluqçuların statusu barədə yeni qanun qəbul olunacaq". Bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, yeni qanun layihəsində bir çox yeniliklər var:. "Bir sıra sənədlərin və məsələlərin təkmilləşməsinə ehtiya
27 iyun 2021Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
Avqustun 15-i saat 12:00-dan 12:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snaype
15 avqust 2021Qaytarılan ermənilərin adları açıqlandı - TAM SİYAHI
Humanizm nümunəsi olaraq Azərbaycanın Ermənistana təhvil verdiyi 15 erməni əsilli şəxsin adları açıqlanıb. xəbər verir ki, siyahını "Sputnik Armeniya" yayıb:. 1. Akopyan Volodya Qaqikoviç. 2. Asatryan Gevorg Norayroviç. 3. Qasparyan Gor Vaqramoviç. 4. Enqoyan Sisak Qrişaeviç. 5. Karapetya
4 iyul 2021