Yeni müharibə təhlükəsi: Ukraynadan sonra növbədə odur?
Çin XİN sözçüsü bəyan edib ki, Tayvanın doğma vətəninə qayıtmaq vaxtı çatıb. O, ABŞ-a xəbərdarlıq edib ki, odla oynamasın.
Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlardan dolayı Qərb ehtiyat edir ki, Çin Xalq Respublikası da Tayvan məsələsini hərbi yolla həll etməyə çalışsın.
Tayvanın paytaxtı Taybeydə hava hücumundan müdafiə qüvvələri bir nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilib. Səbəb Çin Hərbi-Hava Qüvvələrinin qırıcılarının Tayvanın hava sərhədlərini dəfələrlə pozmasıdır.
Ekspertlər hesab edirlər ki, rəsmi Pekin Rusiya ilə bağlı indiki situasiyanı diqqətlə izləyir, Tayvandakı mümkün əməliyyatın potensial risklərini hesablayır.
Rusiyanın Ukraynada hərbi əməliyyatlara başladığı gündən 25 saat əvvəl Çinin 8 J-16 qırıcısı və "Yun-8" texniki kəşfiyyat təyyarəsi Tayvan səmasına daxil olmuşdu.
Bu, ilin əvvəlindən bəri ilk insident deyil.
ABŞ situasiyadan narahatdır. Rəsmi Vaşinqton bəyan edib ki, Pekinin addımları vəziyyəti gərginləşdirir, bölgədəki stabilliyə zərbə vurur.
Pekin amerikalıların təlaşlarını yersih sayır və bəyan edir: "Birləşmiş Ştatları dövlətlərin daxili işlərinə qarışmağa son qoymağa çağırırıq".
Çin XİN-nin rəsmi nümayəndəsi Xua Çunyin isə deyib: "Tayvan məsələsini Ukrayna ilə bağlı vəziyyətlə bağlamaq düzgün deyil".
Taybeyin statusu məsələsi Çin üçün ən ağrılı problemlərdən biridir. Dünyanın əksər ölkələri Tayvanı dövlət kimi tanımasalar da, 1949-cu ildə müharibə başa çatandan bəri Tayvan və ya "Çin Respublikası" de-fakto müstəqil dövlətdir.
Pekinsə Tayvanı Çinin tərkib hissəsi hesab edir.
ABŞ-ın sabiq prezidenti Donald Tramp əvvəllər demişdi ki, Çinin hakimiyyət dairələri Ukraynadakı situasiyanı hərəkətə gəlmək üçün siqnal saya bilərlər.
Tramp bunu Ukraynada müharibə başlamazdan əvvəl, fevralın 21-də Rusiya Donbasdakı separatçı rejimlərin "müstəqillik"lərini tanıyanda demişdi.
"Çin növbətidir. Pekinin adaya hücumu hər an başlaya bilər", - Tramp söyləmişdi.
Lakin Çinin problemi hərbi yolla həll etməyə can atması ağlabatan ssenari təsiri bağışlamır.
Əsas səbəb Çin ordusunun belə əməliyyata hələ hazır olmamasıdır. Silah, sursat, hərbi texnika və s. baxımdan Çin Xalq Respublikası kiçik Tayvan üzərində əzici üstünlüyə malik deyil.
Bundan başqa, Avropadakı indiki geosiyasi böhran şəraitində Çin fürsətdən istifadə edərək ABŞ ilə münasibətləri yaxşılaşdırmağa çalışır. Təbii ki, bəhs olunan situasiyada Tayvana hücumdan söhbət gedə bilməz.
Pekin həm ABŞ, həm də Rusiya ilə normal münasibətləri qoruyaraq öz oyununu oynayır.
Amerikalılar isə tam əksinə, Çinin güc ssenarisinə hazırlaşdığını deyirlər.
ABŞ-ın müdafiə nazirinin köməkçisinin sabiq müavini Hayno Klinkin fikrincə, mümkün risklər barədə daha çox məlumat əldə etmək üçün Çin Xalq Respublikası Ukraynadakı vəziyyəti fəal şəkildə müşahidə edir.
İstənilən halda Tayvan məsələsi ilə bağlı Pekini gözləyən risklər Ukraynadakı vəziyyətin nəticələrindən asılıdır./milli.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Bakıda avtomobil gözəllik salonuna girdi