Xarkovda 3 azərbaycanlı ailə metro keçidində qalıb - FOTOLAR
Üç azərbaycanlı ailə hazırda Xarkovda metro keçidinə sığınıb.
Ailələrdən birinin üzvü Günel Hümbətova "Qafqazinfo"ya müraciətində bildirib ki, təxliyə oluna bilmirlər: "Fevralın 24-də şəhərdə atışma başladı. Bir gün yaşadığımız binanın zirzəmisində qaldıq. Amma Ukrayna polisi bizə təlimat verdi ki, oradan çıxmaq lazımdır. Çünki digər binanın zirzəmisinə əli silahlı şəxslər girib camaatı öldürmüşdülər.
Burada 3 azərbaycanlı ailəyik, ümumilikdə 12 nəfərik. Mənim 2 azyaşlı qızım var, neçə gündür metroda yatırıq. Düzdür, dövlət hər cür qida və lazımi əşyalarla bizi təmin edirlər. Uşaq bezinə qədər paylayırlar. Amma yenə də ölkəmizə təxliyə olunmaq istəyirik. Çölə çıxmağa qorxuruq, küçədə atışma gedir".
Həmyerlimiz qeyd edib ki, konsulluqla əlaqə saxlamağa cəhd etsə də, buna nail ola bilməyib.
Məlumat üçün bildirək ki, Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun ötən gün yaydığı açıqlamada qeyd olunub ki, şəhəri tərk etməyə çalışan bütün azərbaycanlılar martın 1-də saat Cənub vağzalının gözləmə zalında toplanmalıdırlar. Vətəndaşlar kömək üçün +380630470550 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov deyib ki, fəxri konsulluq ştat rejimində fəaliyyətini davam etdirir: "Konsulluq əməkdaşları Xarkov vilayət ərazisində olan həmvətənlərimizin yerlərinin müəyyənləşdirilməsi və qeydiyyatı prosesini davam etdirir. Ötən 24 saat ərzində müraciət etmiş 300-dən çox soydaşımız qeydiyyata alınıb və onlar təhlükəsizlik məsələləri ilə bağlı təlimatlandırılıb".



Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1209 Tarix: 01 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rus ordusu iki kəndi işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Alisovka və Sum vilayətinin Barilovka yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
28 oktyabrÇexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır
Çexiyada parazit gənənin törətdiyi yoluxucu xəstəlik olan qaşınma hallarının sayı artır. Ən çox yoluxma Moraviya-Sileziya diyarında, xüsusilə Ostrava şəhərində qeydə alınır. Qaynarinfo xəbər verir ki, bu barədə Çexiyanın "iDNES.cz" nəşri məlumat yayıb. Çexiya Səhiyyə İnstitutunun məlumatın
27 oktyabrŞimali Koreya dənizə doğru 10-a yaxın ballistik raket buraxıb
Şimali Koreya oktyabrın 29-da ölkənin şərq sahilləri yaxınlığındakı dəniz istiqamətində təxminən 10 qısamənzilli ballistik raket buraxıb. Reuters-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb. Məlumata görə, raket buraxılışları Cənubi Koreyanı
29 oktyabrBill Qeytsdən proqnoz: Süni intellektin əvəz etməyəcəyi peşələr (SİYAHI)
"Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeyts hesab edir ki, süni intellektin sürətli inkişafı fonunda yalnız bir neçə peşəyə tələbat sabit qalacaq. Bu arada "Microsoft" süni intellekt infrastrukturu sahəsinə investisiyalar fonunda 60 min əməkdaşına könüllü olaraq işdən ayrılmağ
28 oktyabrQlazqonun iki muzeyi etik səbəblərə görə Misir mumiyalarını gizlədib
Şotlandiyanın Qlazqo şəhərində yerləşən iki muzey etik normaları əsas gətirərək qədim Misir mumiyalarının nümayişinə məhdudiyyət qoyub. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Kelvingrove muzeyində keşiş Nehtin mumiyalanmış cəsədinin olduğu tabut ekspozisiyadan çıxarılıb. Hunterian muzeyində is
28 oktyabr