Deputat: "Qanun icazə verərsə, ön cəbhədə döyüşərəm, hətta kəşfiyyatda xidmət göstərə bilərəm"

Deputat: "Qanun icazə verərsə, ön cəbhədə döyüşərəm, hətta kəşfiyyatda xidmət göstərə bilərəm"""Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanunun 22-ci maddəsi deputatın hərbi çağırışından və hərbi toplanışlardan azad olunması ilə bağlıdır. Yəni, deputat səlahiyyəti müddətində hərbi çağırış və toplanışlardan azad olunur. Həmin vaxt deputat öz səlahiyyətləri həyata keçirməlidir. Misal üçün, ölkədə hərbi vəziyyətin elan edilməsi həm də deputatlardan asılıdır, çünki parlament tərəfindən təsdiqlənir. Ona görə də deputatların müharibə dövründə öz səlahiyyətlərini icra etməsi - fövqəladə qanunların, təxirəsalınmaz aktların qəbulunu vaxtında tənzimlənməsi daha faydalıdır".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, müharibənin gedişində deputatların, o cümlədən parlamentin kadrlarının iş başında olması vacibdir: "Təbii ki, müharibədə döyüşməyin mənəvi tərəfi də var. Biz bir neçə həmkarımızla Vətən müharibəsi dövründə bunu müzakirə etdik. İdmançı olmuşam, hətta Birinci Qarabağ müharibəsi zamanı döyüşçülərin hazırlanmasında iştirak etmişəm. Yəni, müharibədə döyüşmək üçün hazır idim. Təbii ki, Vətəni qorumaq, suverenliyimizi müdafiə etmək hər birimizin borcudur. Lakin müharibədə hər kəsin məhz öz vəzifəsini layiqincə yerinə yetirməsi də zəruridir. Bu, qanundur və hər kəs qanun qarşısında bərabərdir. Əlbəttə ki, deputatların da mütləq əksəriyyəti vətənpərvərdir, onlar Vətəni sevir, hətta Vətənlə nəfəs alırlar. Mənim də döyüşmək üçün heç bir problemim yoxdur. Əgər qanun icazə verərsə, mən ön cəbhədə döyüşərəm, hətta məşğul olduğum idman növü imkan verir ki, kəşfiyyatda xidmət göstərim. Sadəcə olaraq, belə məsələlər qanunla tənzimlənir. Biz Vətənə, dövlətə, millətə bağlıyıq. Dövlətin inkişafı naminə hər kəs öz statusu üzrə çalışıb, vuruşub Vətənə olan borcunu qaytarmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1615   Tarix: 02 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr
.

Bakının iki rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər

22 oktyabr
.

Şagirdlər hazır cavablara öyrəşir: Süni intellekt təhsilə necə təsir edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Şagirdlərin ev tapşırıqlarını süni intellektə həvalə etməsi onların bilik və bacarıqlarının inkişafı ilə bağlı ciddi suallar yaradır. Dərslərini müstəqil hazırlamaq, suallara cavab tapmaq üçün araşdırma aparmaq və qarşılaşdıqları çətinlikləri özləri həll etmək əvəzinə, hazır cavablardan istifadə edə

23 oktyabr
.

Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib

"Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlı

22 oktyabr
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

Sabah Bakıya yağış yağacaq

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə

22 oktyabr
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar

Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və əmlakı məhvetmədə təqsirləndirilən Cahangir Ramazanlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayət

22 oktyabr