Rublun kəskin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA
Rusiya-Ukrayna münaqişəsi fonunda Rusiyaya qarşı müxtəlif ölkələr tərəfindən sanksiyalar sərgilənir. Sanksiyalar çərçivəsində bir çox Rusiya bankları SWİFT-dən çıxarılıb. Ötən gün isə rus rublu "dram" yaşadığı halda, bu gün dollara qarşı möhkəmlənib. Rusiya rublunun bu cür qeyri-stabil olması, tətbiq olunan sanksiyalar və bəzi Rusiya banklarının trilyonlarla dollar dəyərində pul köçürmələri əməliyyatları üçün istifadə edilən SWİFT sistemindən kənarlaşdırılması Rusiyaya və ən yaxın qonşu olaraq Azərbaycana öz təsirini necə göstərəcək?
İqtisadçı ekspert Xalid Kərimli Sonxeber.az-a açıqlamasında bildirib ki, rus rublunun kəskin ucuzlaşması Rusiyada inflyasiyanı artıracaq.
"Rublun dəyərini itirməsinə bir çox amillər təsir göstərir. Xüsusilə, Rusiya konflikti, Rusiya Mərkəzi Bankının valyuta rezervlərinin dondurulması əhəmiyyətli təsirə malikdir. Rusiya iqtisadiyyatında hazırda sanksiyaların yaratdığı investisiya mühitinin kəskin pisləşməsi, qeyri-müəyyənliyin kəskin artması, sanksiyaların daha da artırılacağına dair gözləntilər nəticəsində insanlar əlində olan rubldan canını qurtarıb xarici valyutaya keçməyə çalışırlar. Bunların hamısı Rusiya rublunu həm dəyərdən salır, rubla təzyiq formalaşdırır, həm də inflyasiyanı tətikləyən bir amilə çevrilir.
Rublun kəskin ucuzlamaşı Rusiya alıcısının alım gücünü aşağı salacaq ki, bu da alıcılq qabiliyyətinin kəskin pisləşməsinə gətirib çıxaracaq. Rusiya investisiya mühiti korlanır, şirkətlərin maliyyə vəziyyəti pisləşir. Rusiya iqtisadiyyatı üçün bunların çox pis təsirləri var. Belə ki, iqtisadi geriləmə müşahidə olunacaq. Verilən proqnozlara görə, geriləmə hətta iki rəqəmli həddi də keçə bilər. Söhbət 15-20 faiz geriləmədən gedir. Eyni zamanda inflyasiya da kəskin sürətlənəcək.
Azərbaycana təsirinə gəlincə, təbii ki, ölkəmizə də təsiri olacaq. Çox sayda vətəndaşlarımız Rusiyada çalışır və ölkəmizdəki ailələrinə, evlərinə pul göndərirlər. Bu cəhətdən kəskin azalma olacaq. Buna həm tətbiq olunan məhdudiyyətlər imkan vermir, həm də rubl çatışmazlığı. Bu da orada yaşayan insanlarımızı kasıblaşdırır və Azərbaycana kömək imkanlarını məhdudlaşdırır. Bundan əlavə, Rusiya bizim əsas ixrac-idxal partnyorumuzdur. Burada da vəziyyət pisləşir: ixracımız kəskin bahalaşır, idxalda da qeyri-müəyyənliklər artır. Bu proseslər hazırda, demək olar ki, iflic olmuş vəziyyətdədir.
Neft fondunun, ayrı-ayrı şəxslərin, investorların Rusiyada aktivləri var. Bu aktivlər, təbii ki, dəyərdən düşəcək. Elə Rusiya aktivlərinin də hamısı sürətlə dəyərdən düşür".
Aygün Osmanlı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA
Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA
Qızıl bazarında son vəziyyət
Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
"WhatsApp"a iki yeni funksiya gəlir
Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA
"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!
Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq