Zelenskinin ofisi Rusiya ilə danışıqların ikinci mərhələsini TƏSDİQLƏDİ
Ukrayna hökuməti bu gün axşam saatlarında Rusiya ilə danışıqların aparılması barədə məlumatı təsdiqləyib.
Müvafiq bəyanatla Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Aleksey Arestoviç çıxış edib.
"Bu axşam danışıqlar aparılacaq. Bu, ikinci mərhələ olacaq. Düşünürəm ki, hər şey əvvəlki kimi olacaq. Heç nə dəyişməyəcək. Biz öz mövqelərimizdə dayanacağıq", - deyə o bildirib.
Nümayəndə heyətləri olduğu kimi qalacaq.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva nümayəndələrinin danışıqlar yerinə gələcəklərini və Ukrayna nümayəndə heyətini gözləyəcəklərini bildirmişdi.
Bundan əvvəlki danışıqlar mərhələsi fevralın 28-də Belarusun Qomel vilayətində keçirilib.
Moskvanı prezidentin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Leonid Slutski və Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov təmsil ediblər.
Kiyevdən görüşə müdafiə naziri Aleksey Reznikov, "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiya, xarici işlər nazirinin müavini Nikolay Toçitski, prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak, Ali Radanın deputatı Rustem Umerov və Ukraynanın Üçtərəfli Təmas Qrupunda nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin gedib.
Danışıqların iştirakçılarının bildirdiyinə görə, tərəflər nizamlanma prosesinin konturlarını müəyyən edərək, məsləhətləşmələr üçün paytaxtlarına yola düşüblər./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1170 Tarix: 02 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI
İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl
23 oktyabrBakının iki rayonunda işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər
22 oktyabrSabah Bakıya yağış yağacaq
Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə
22 oktyabrFuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk
22 oktyabrGülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq
Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"
24 oktyabr