"Dədə Qorqud" dastanının yeni nüsxəsi tapılıb - FOTO
"Kitabi-Dədə Qorqud" dastanının yeni nüsxəsi tapılıb.
Sonxeber.az-ın əldə etdiyi məlumata görə, bu barədə APA-ya Bakı Dövlət Universitetinin Türkoloji Dərnəyinin rəhbəri Məleykə Mirzəli məlumat verib.
Onun sözlərinə görə, türkiyəli kitab kolleksiyaçısı Mehmet Yayla "Dədə Qorqud" dastanının yeni əlyazmasını ortaya çıxarıb: "Dumlupınar Universitetinin professoru Ersen Ersoy hazırda həmin əlyazma üzərində işləyir və elm aləminə bu haqda da məhz o məlumat verib".
M.Mirzəlinin sözlərinə görə, yeni tapılan nüsxə ilə İranın Günbəd şəhərində tapılan nüsxəni qarışdırmaq olmaz: "O nüsxə tamamilə başqa əlyazmadır. Onu elm aləminə ilk dəfə Metin Ekici təqdim edib və həmin nüsxəni bir çox alim "üçüncü nüsxə", yaxud "on üçüncü boy" kimi qələmə verir. Lakin bu fakt hələ ki, tam təsdiqini tapmayıb".
Professor Ersen Ersoy isə APA-ya açıqlamasında bildirib ki, indiyə kimi "Dədə Qorqud" dastanının Vatikan, Drezden, Türk Tarix Qurumu və Günbəd nüsxələri məlum olub: "Yeni nüsxə bunlardan Drezden nüsxəsinə daha çox bənzəyir. Yeni nüsxədə də Drezden nüsxəsində olduğu kimi 12 boy var. İlkin baxışdan sonra onu deyə bilərəm ki, yeni nüsxə Drezden nüsxəsinə çox oxşayır, hətta eynisidir".
E.Ersoy nüsxənin neçənci əsrə aid olmasının və dil-üslub xüsusiyyətlərindən söz açmağın hələ ki tez olduğunu qeyd edib: "Hazırda bu yöndə çalışmalarımız davam edir. Yaxın günlərdə əlyazmanı olduğu kimi, ardından isə ərəb qrafikalı əlifbadan latın qrafikalı əlifbaya çevirib nəşr etməyi planlaşdırırıq".
Qeyd edək ki, 2019-cu ildə də dastanın yeni nüsxəsi tapılıb. "Türkmən-səhra", yaxud "Günbəd" adlanan əlyazma İranın Günbəd şəhərində bukinist Vəli Məhəmməd Xoca tərəfindən aşkar edilib. Əlyazma 61 səhifədən ibarətdir və içərisində 24 soylama ilə bərabər, "Qazan xanım Əjdahanı öldürdüyü boy" da yer alır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1132 Tarix: 03 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məsud Pezeşkian Müctəba Xamenei ilə görüşüb
İran Prezidenti Məsud Pezeşkian bu yaxınlarda ölkənin Ali Rəhbəri Müctəba Xamenei ilə görüşdüyünü bildirib. xəbər verir ki, bu barədə İran prezidentinin mətbuat xidməti məlumat yayıb. "Pezeşkian görüşün rahat atmosferdə keçdiyini və müzakirələrin təxminən iki saat yarım davam etdiyini bildirib"
7 mayAlıcılar risk altında: Bakıda təbii kürü adı ilə görün nə satılır
Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri zamanı ticarət və ictimai iaşə obyektlərində, o cümlədən şadlıq evlərində istehlakçılara təbii kürü adı altında süni kürü məhsullarının təqdim edildiyi aşkarlanıb. Həmçinin müəyyən olunub ki, məhsullar etiketlənməyib, müşayiətedic
8 mayBuraxılış imtahanında 8 nəfər maksimum nəticə göstərib (ADLAR)
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirilən buraxılış imtahanı iştirakçıları arasında 7 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Bu barədə -a DİM-dən məlumat verilib. Bildirilib ki, bundan əlavə, ingilis dilində tədris alan 1 nəfər 200 ba
8 mayAkif İslamzadə ürək əməliyyatı keçirdi: Vəziyyəti necədir?
Xalq artisti Akif İslamzadə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. xəbər verir ki, bu barədə "Teleqraf"a sənətkarın oğlu Ayxan İslamzadə məlumat verib. O bildirib ki, atası təxminən yarım saat əvvəl ürək əməliyyatı olunub:. "Atamın ürəyinə stent qoyulub. Hazırda xəstəxananın reanimasiy
8 may"MSDIS Holding"də böhran: Vergi borcu 20 milyon manata çatır
Azərbaycanda inşaat, istehsalat və yanacaqdoldurma sektorlarını özündə birləşdirən "MSDIS Holding" MMC-nin vergi borcu 20 milyon manata çatır. Qaynarinfo-nun məlumatına görə, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcunu
7 mayBu dərmanları uşaqlarınıza qətiyyən VERMƏYİN
Uşaqlarda qızdırma, öskürək və ya digər narahatlıqlar zamanı valideynlər çox vaxt evdə olan dərmanlardan istifadə edir. Ani xəstəlik yarananda valideynlərin tez müdaxilə etməsi təbiidi. Burada hər yüngül xəstəlik üçün həkimə müraciət ehtiyacının olmaması da rol oynayır. Bəs, yanlış hallarda verilən dərmanla
8 mayAvtomobil 1-ci sinif şagirdini vurub öldürdü
Yevlaxda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib. qafqazinfo-ya istinadən xəbər verir ki, V. Mustafayev idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə Yevlax şəhəri ərazisində hərəkətdə olarkən 2019-cu il təvəllüdlü piyada Misirxan Murad oğlu Rəsulovu vurub. Orta məktəbin 1-c
8 may