ABŞ-da Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlandı
ABŞ-da respublikaçı senatorlar Marko Rubio və Ças Qrassli Rusiyanın bütün dövlət müəssisələrinə qarşı genişmiqyaslı sanksiyaların tətbiqini nəzərdə tutan "Qeroyam Slava" qanun layihəsini təqdim ediblər.
Bu barədə senator Rubionun saytındakı bəyanatda deyilir.
Sanksiyalar Vladimir Putinin müharibələrini maliyyələşdirmək üçün Moskvaya məxsus və ya onun nəzarətində olan şirkətlərin ABŞ kapital bazarına çıxışına qadağa qoyulmasını nəzərdə tutur. Söhbət "Rosneft", "Qazprom", "Rosatom", "Aeroflot" və "RT" kimi şirkətlərdən gedir.
"Putin Moskvanın nəzarətində olan dövlət korporasiyalarının aldığı vəsaitlə Rusiyanın döyüş maşınına fəal şəkildə yanacaq verir. O, Ukraynaya hücum etdiyi bir zamanda heç bir Rusiya dövlət müəssisəsinin ABŞ kapitalına çıxışı olmamalıdır", - deyə Rubio bildirib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 936 Tarix: 03 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Arktikada buzların əriməsi yenidən sürətlənib (TƏDQİQAT)
Arktikada dəniz buzlarının əriməsinin son illərdə müşahidə olunan nisbi sabitləşmə dövrü başa çatıb. Yeni tədqiqat göstərib ki, buz örtüyünün sahəsi yenidən sürətlə azalmağa başlayıb. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb. Alimlər əvvəllər 2005-2024-cü illərdə Arktikad
22 iyulHava proqnozları psixologiyamıza necə təsir edir?
Hava proqnozlarının dəqiq olmaması təkcə gündəlik planları pozmur, həm də insanların psixoloji vəziyyətinə ciddi təsir göstərir. Xüsusilə yağış proqnozuna görə həftəsonu planlarını ləğv edən insanların sonradan günəşli hava ilə qarşılaşması məyusluq və narazılıq hissi yarada bilər. Qaynarinfo xəbər veri
21 iyulPentaqon Yaxın Şərqə bir qrup qırıcı təyyarə yerləşdirir
ABŞ regiona əlavə qırıcılar və yanacaqdolduran təyyarələr göndərərək Yaxın Şərqdəki hərbi hava qruplaşmasını artırır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti yazıb. Mövcud məlumatlara görə, Yaxın Şərq regionuna Almaniyadakı "Şpanqdalem" aviabazasında
19 iyulİranın İordaniyaya zərbələrində ABŞ-nin iki hərbi qulluqçusu həlak olub
İranın İordaniyaya zərbələri nəticəsində ABŞ-nin iki hərbi qulluqçu həlak olub. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb. Məlumata görə, hazırda bir hərbçi itkin düşmüş hesab olunur. "İyulu
19 iyulFransada tıxacların uzunluğu rekord həddə çatıb
Fransada iyulun 18-də avtomobil tıxaclarının ümumi uzunluğu 708 kilometrə çatıb. xəbər verir ki, bu barədə "Sortiraparis" portalına istinadən məlumat yayılıb. Ən ciddi tıxaclar cənuba doğru istiqamət alan və Rona vadisindən keçən A7 avtomagistralında müşahidə olunub - burada tıxacın uzunluğ
19 iyul