"Müharibə veteranı" adı verilmiş şəxslərə SMS göndəriləcək

"Müharibə veteranı" adı verilmiş şəxslərə SMS göndəriləcəkƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Müharibə veteranı" adı verilmiş şəxslərə təqaüd təyinatını yekunlaşdırıb.

Nazirlikdən verilən xəbərə görə, bu barədə həm SMS bildiriş sistemi, həm də Nazirliyin saytına daxil olmaqla rahat şəkildə məlumat almaq imkanları yaradılıb.

Bununla belə 142-Çağrı Mərkəzinə və Nazirliyin sosial şəbəkə səhifələrinə çoxsaylı sorğular gəlir. Ən çox verilən sualları və cavablarını Sizə təqdim edirik.

- Müharibə veteranı kimi Prezident təqaüdünün təyin olunduğunu və bank kartını haradan götürəcəyimi necə öyrənə bilərəm?

- Müharibə veteranına təqaüd təyin edildiyi anda şəxsin telefon nömrəsinə bu barədə, habelə təqaüd kartını hansı bankdan əldə edəcəyinə dair SMS göndərilir. SMS elektron sistemdə həmin şəxsin adına olan nömrəyə göndərilir. Eyni zamanda, bu barədə Nazirliyin internet səhifəsindəki (sosial.gov.az) "Müharibə veteranı üçün təqaüd" bölməsinə daxil olmaqla da öyrənə bilər. Şəxs həmin bölməyə daxil olur və şəxsiyyət vəsiqəsinin nömrəsini, doğum tarixini qeyd edir. Əgər ona təqaüd təyin edilibsə, avtomatik olaraq ekrana adı, soyadı çıxır və təqaüd kartını hansı bankdan alacağı qeyd edilir.

- "Müharibə veteranı" adı verilməsini və təqaüd təyin olunmasını hansı qurumlar həyata keçirir?

- "Müharibə veteranı" statusu 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Vətən müharibəsində iştirak etmiş şəxslərə onların qulluq keçdiyi, işlədikləri qurum tərəfindən verilir. Həmin qurumlar Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı əsasında "Müharibə veteranı" adı verdikləri şəxslərə dair məlumatları "Zəfər" altsisteminə daxil edir (bəzi qurumlar bu məlumatları kağız daşıyıcılarda təqdim edir). Yekun mərhələdə isə Nazirlik həmin şəxslərə aylıq təqaüdü təyin edir.

- Müharibə veteranı kimi təqaüd almaq üçün hansısa sənəd tələb olunur?

- Xeyr. Şəxsə qulluq keçdiyi, işlədiyi dövlət orqanı əgər "Müharibə veteranı" adı veribsə, həmin şəxsin hansısa quruma müraciət etməsinə, sənəd təqdim eləməsinə ehtiyac yoxdur. Ona avtomatik, proaktiv qaydada təqaüd təyin olunur.

- Təqaüd fevralda təyin olunarsa, yanvarın da təqaüdü verilir?

- Bəli. Təqaüd nə vaxt təyin edilməsindən asılı olmayaraq, 2022-ci ilin 1 yanvarından rəsmiləşdirilir və həmin vaxtdan götürülməklə verilir.

- "Müharibə veteranı" adına görə təqaüd hansı müddətə təyin olunur və şəxs əməkhaqqı, yaxud pensiya alırsa, bu təqaüdü də ala bilirmi?

- "Müharibə veteranı" statusuna görə təqaüd müddətsiz, ömürlük təyin olunur və müharibə veteranının əməkhaqqı, pensiya və ya müavinət almasından asılı olmayaraq, bu təqaüdü də alır.

- Şəxs müharibə əlili kimi təqaüd alırsa, ona "Müharibə veteranı" statusuna görə təqaüd də verilir? Yəni hər iki təqaüdü alırmı?

- Xeyr. Çünki müharibə əlillərinə Prezidentin aylıq təqaüdü (I dərəcə üçün 400 manat+ qulluq edən şəxs üçün 80 manat, II dərəcə üçün 350, III dərəcə üçün 300 manat) ödənilir. Qanunvericiliyə əsasən, bir şəxsin həm müharibə əlili, həm müharibə veteranı kimi təqaüd almaq hüququ yarandıqda, hüququ olan iki təqaüd növündən yalnız biri və yüksək məbləğdə olanı verilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 910   Tarix: 03 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr
.

Bakının iki rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər

22 oktyabr
.

Şagirdlər hazır cavablara öyrəşir: Süni intellekt təhsilə necə təsir edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Şagirdlərin ev tapşırıqlarını süni intellektə həvalə etməsi onların bilik və bacarıqlarının inkişafı ilə bağlı ciddi suallar yaradır. Dərslərini müstəqil hazırlamaq, suallara cavab tapmaq üçün araşdırma aparmaq və qarşılaşdıqları çətinlikləri özləri həll etmək əvəzinə, hazır cavablardan istifadə edə

23 oktyabr
.

Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib

"Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlı

22 oktyabr
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

Sabah Bakıya yağış yağacaq

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə

22 oktyabr
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar

Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və əmlakı məhvetmədə təqsirləndirilən Cahangir Ramazanlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayət

22 oktyabr