Odessadan 150 azərbaycanlı təxliyə olundu
"Bu gün Ukraynanın Odessa şəhərindən 150 azərbaycanlı təxliyə olunub".
Bunu Oxu.Az-a açıqlamasında Odessa Azərbaycanlılarının Diasporu "Birlik" İctimai Təşkilatının sədri Rövşən Quliyev deyib.
Onun sözlərinə görə, dünən bu şəhərdən 120-yə yaxın insanın təxliyəsi həyata keçirilib:
"Bu gün də soydaşlarımızı Moldova sərhədinə yola salınıblar. Orada səfirlik əməkdaşları onların yerləşdirilməsini təmin edəcəklər. Ukraynada ümumi vəziyyət çox gərgindir. Bu gün Odessada nisbətən sabitlik hökm sürür. Nəqliyyat vasitəsi tapmaq çox çətindir. Lakin əlimizdən gələni edirik ki, həmvətənlərimizi buradan təxliyə edək".
Təşkilat sədri vurğulayıb ki, Odessa vilayətində 30 min azərbaycanlı yaşayır:
"Ümumilikdə buradan nə qədər soydaşımızın çıxdığını dəqiq rəqəmlə demək olmur. Çünki bəzi vətəndaşlarımız var ki, öz şəxsi nəqliyyat vasitələri ilə alternativ yollardan şəhəri tərk ediblər".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1011 Tarix: 03 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hava proqnozları psixologiyamıza necə təsir edir?
Hava proqnozlarının dəqiq olmaması təkcə gündəlik planları pozmur, həm də insanların psixoloji vəziyyətinə ciddi təsir göstərir. Xüsusilə yağış proqnozuna görə həftəsonu planlarını ləğv edən insanların sonradan günəşli hava ilə qarşılaşması məyusluq və narazılıq hissi yarada bilər. Qaynarinfo xəbər veri
21 iyul60 km-lik "ölüm yolu": Niyə hələ də turistləri cəlb edir?
Boliviyanın Yunqas yolu, daha çox "Ölüm yolu" kimi tanınan marşrut, onilliklərdir dünyanın ən təhlükəli avtomobil yollarından biri hesab olunur. Təxminən 37 mil (təxminən 60 kilometr) uzunluğunda olan bu yol dar dağ yamacları boyunca uzanır və sürücünün ən kiçik səhvi belə dərin uçuruma düşməkl
20 iyulİran ordusu ABŞ-nin Küveytdəki bazalarına PUA hücumu təşkil edib
İran ordusu ABŞ-nin Küveytdəki bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edib. "Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında deyilir. Bildirilib ki, zərbələr "düşmənin davamlı təcavüzlərinə, körpülərə
19 iyulMessi ilə belə vidalaşdılar - (Video)
İdman geyimləri istehsalçısı "Adidas" Argentina millisinin kapitanı Lionel Messiyə həsr olunmuş xüsusi videoçarx yayımlayıb. xəbər verir ki, "Gracias, Leo" ("Təşəkkürlər, Leo") adlı videoda Messinin 2006-cı ildən 2026-cı ilə qədər qatıldığı dünya çempionatlarında geyindiy
22 iyulDünya çempionatından sonra Afrika ölkəsinə turist marağı kəskin artıb
Futbol üzrə dünya çempionatındakı uğurlu çıxışından sonra Kabo-Verde turistlərin diqqət mərkəzinə çevrilib. Qaunarinfo xəbər verir ki, bu barədə "Expedia"nın məlumatlarına istinadən "Express" nəşri yazır. 10 vulkanik adadan ibarət olan və təxminən 491 min nəfər əhalisi olan Afrik
22 iyul