Mədəniyyət işçilərini hədələdilər: "Rusiyanı dəstəkləməyənin vəzifəsi alınacaq"
Rusiya Dövlət Duması ölkənin Ukraynada keçirdiyi hərbi əməliyyatı dəstəkləməyən mədəniyyət xadimlərini istefaya göndərməyi təklif edib. Bu təkliflə dumanın spikeri Vyaçeslav Volodin çıxış edib.
Axşam.az xəbər verir ki, bu barədə "TASS" siyasətçinin "Rossiya 24" telekanalına müsahibəsinə istinadən məlumat yayıb.
Volodin belə şəxslərin bir qayda olaraq büdcə təşkilatlarında vəzifə tutduqlarını vurğulayıb və onları aldıqları qrantlardan imtina etməyə çağırıb.
"Özünüzü iki yerdə tapa bilməyəcəksiniz, orada olsanız heç kimə lazım deyilsiniz. Onlar bundan istifadə edəcəklər, sonra ölkənizin olmaması üçün hər şeyi edəcəklər, daha sonra belə işbirlikçi mövqe tutanlara, xalqına, dövlətinə xəyanət edənlərə yenə də xor baxacaqlar", - deyə spiker bildirib.
O, həmçinin əvvəllər Münhen Filarmoniyasında işindən uzaqlaşdırılan rusiyalı dirijor Valeri Gergievin hərəkətini vətəndaş məsuliyyəti və ölkəsinə münasibət nümunəsi adlandırıb:
"Gergievə dedilər: Ya Ukraynadakı hərbi əməliyyatı pisləyirsən, ya da getməlisən. Neytral mövqe yoxdur. O, Dövlət Departamentinin dedikləri ilə razılaşmalı idi. O, bu yolla getməyib və onu işdən çıxarıblar".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1618 Tarix: 03 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zelenskinin "sağ əli" Uitkoffla mübahisə etdiyini təkzib etdi
Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov oktyabrın 9-da Floridada keçirilən danışıqlarda ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffla mübahisə etməsi barədə məlumatları təkzib edib. xəbər verir ki, Budanov bu barədə "RBK-Ukrayna"ya açıqlamasında bildirib. "Ünsiyyətin təfərrüatlar
28 oktyabrİsraildə seçkilər: Netanyahu qalib gəlib? - Son nəticələr açıqlandı
İsraildə parlament seçkilərindən sonra Benyamin Netanyahu ilə müxalifət arasında hakimiyyət uğrunda mübarizə davam edir. The Jerusalem Post-a istinadən xəbər verir ki, ilkin nəticələr Netanyahu tərəfdarlarının blokunun öndə olduğunu göstərsə də, hökuməti formalaşdırmaq üçün tələb olunan parlament çoxluğ
28 oktyabrŞimali Koreya Yapon dənizinə naməlum mərmi atdı
Yonhap xəbər agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadən bildirib ki, Şimali Koreya Yapon dənizinə naməlum mərmi atıb. xəbər verir ki, məlumatda deyilir ki, "Şimali Koreya Şərq dənizinə naməlum mərmi atıb". Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi raket buraxılışın
29 oktyabrİspaniyada üçgünlük matəm elan edildi
İspaniyanın Toledo əyalətində baş verən qatar qəzasında həlak olanlarla əlaqədar ölkədə üçgünlük matəm elan edilib. "El País" nəşrinə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes qəza bölgəsinə səfəri zamanı məlumat verib. "Oktyabrın 29-dan 31-dək davam edəcə
28 oktyabr