"Dövlətimiz qısa zaman ərzində inanılmaz işlər görüb" - İqbal Məmmədovla MÜSAHİBƏ

"Dövlətimiz qısa zaman ərzində inanılmaz işlər görüb" - İqbal Məmmədovla MÜSAHİBƏDeputat İqbal Məmmədov Sonxeber.az-ın suallarını cavablandırıb.

- İqbal bəy, işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri davam etməkdədir. İlk olaraq bu barədə fikirlərinizi bilmək istərdik.

- 44 günlük Vətən müharibəsində şanlı Ali Baş Komandanımızın müdrik siyasəti və dövlət başçısı seçildiyi ilk gündən ordu quruculuğu sahəsində gördüyü işlər sayəsində düşməni döyüş meydanında məğlub edərək ərazi bütövlüyümüzü təmin etdik.

Bu gün ərazi bütövlüyünü təmin edən Azərbaycan azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış proqramını uğurla icra edir. Hazırda infrastruktur xarakterli tədbirlər uğurla davam etdirilir. Su, elektrik, istilik və sair təchizat sahələrində ciddi addımlar atılır və ərazilərin minalardan təmizlənməsi istiqamətində mühüm işlər görülür. Əlbəttə, bütün bunlar Böyük Qayıdışa hesablanmış vacib addımlardır.

28 il işğalda qaldığı müddətdə barbar ermənilərin tamamilə viran qoyduqları Ağdamın da yenidən qurulması üçün görülən işlər sürətlə davam etdirilir. Cənab Prezident İlham Əliyevin fevralın 13-də Ağdam rayonuna səfəri zamanı çıxışında qeyd etdiyi kimi, bu rayonun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi imkan verəcək ki, qısa müddət ərzində Ağdam yenidən qurulsun. Bilirsiniz ki, həmin səfər zamanı cənab Prezident tərəfindən Ağdam şəhərində Sənaye Parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoyuldu. Bundan əlavə, bilirsiniz ki, keçən il Müstəqillik Günündə cənab Prezident tərəfindən Sənaye Parkının təməl daşı məhz Ağdamda qoyulmuşdu.190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlarını atır. Bu, çox önəmli hadisədir. Ona görə ki, Ağdam şəhərinin gələcək inkişafı ilə bağlı planlarımızda, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması var. Çünki burada yaşayacaq ağdamlılar işlə təmin olunmalıdırlar. İş yerlərinin yaradılması ilə bağlı əlavə addımlar da atılacaq.

Hazırda işğaldan azad edilmiş ərazilərdə başlanan bərpa-quruculuq işləri gündən-günə sürətlənir, genişmiqyaslı layihələr uğurla icra olunur. Azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. "Ağdam-1" və "Ağdam-2" yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək.

Tarixi və dini abidələrin bərpa olunması işləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun imkanları hesabına görülür. İşğaldan azad olunmuş ərazilərdə görülən işlər Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Ağdamda bir dənə də salamat bina yoxdur. Təkcə yarıdağılmış Ağdam məscididir ki, onun da dam örtüyü zədələnib. Məscid ermənilər tərəfindən təhqir edilib: burada inəklər, donuzlar saxlanılıb. Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi imkan verir ki, qısa müddət ərzində Ağdam yenidən qurulsun.

Ümumiyyətlə, hər birimiz müharibədən sonra Qarabağda və Şərqi Zəngəzurda başlayan quruculuq işlərini böyük ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə ilə izləyirik. Dövlətimiz bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, qaçqınların tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. Qısa zaman ərzində inanılmaz işlər görülüb. Yollar, elektrik xətləri, su xətləri, dəmir yolları çəkilir, hava limanları tikilir.

Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına yeni obyektlərin açılış və təməlqoyma tədbirlərini əhatə edən səfəri çərçivəsində yeni yarımstansiyanın fəaliyyətə başlaması, su elektrik stansiyasının tikintisi, Laçın rayonunda beynəlxalq hava limanının, iki tunelin təməlinin qoyulması, Kəlbəcər və Laçın rayonlarında arıçılıq və heyvandarlıq təsərrüfatlarının artıq fəaliyyət göstərməsi böyük qayıdışın çox yaxında şahidi olacağımıza zəmanət verir.

Ən önəmlisi isə odur ki, Füzuli Hava Limanının tikintisinin qısa bir zamanda həyata keçirilməsinin böyük siyasi və iqtisadi əhəmiyyəti var. İşğaldan azad edilən ərazilərdə beynəlxalq hava limanını istifadəyə verməklə düşmənlərə bir daha göstərdik ki, biz bu torpaqlara qayıtmışıq və onların dağıtdığı əraziləri yüksək səviyyədə bərpa edəcəyik. Heç kəsə sirr deyil ki, işğaldan azad edilmiş torpaqlarımız başdan-başa turizm mərkəzidir. Bununla da təkcə Bakıdan yox, eləcə də dünyanın bir çox ölkələrindən Füzuliyə, Laçına, Zəngilana uçuşlar təşkil edilə bilər. Məhz buna görə də işğaldan azad edilmiş ərazilərdə 3 hava limanının inşası gələcəkdə turizmin inkişafı, məcburi köçkünlərin iş yerləri ilə təmin edilməsi baxımından çox önəmlidir. Düşünürəm ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduğumuz kimi, tarixi dədə-baba yurdumuzu, Qarabağı da tezliklə bərpa edəcəyik.

- 2022-ci ilin "Şuşa İli" elan edilməsi hansı hədəfləri özündə ehtiva edir? "Şuşa İli" milli mədəniyyətimizin inkişafına hansı töhfələri verəcək?

- Şuşanın azad edilməsi uğrunda gedən döyüşlər tarixə qızıl hərflərlə yazılan qəhrəmanlıq dastanıdır. Qəhrəman, mərd oğullarımız heç bir hərbi texnikadan istifadə etmədən, öz qol güclərinə Şuşanı azad etdilər. Düşəmən ordusunun əsgərləri müsahibələrində Şuşa uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının gücündən qorxuya düşdüklərini gizlədə bilmirdilər. Hətta dünyanın lider dövlətləri belə, Şuşada istifadə edilən döyüş taktikasından heyrətə düşüblər. Məhz buna görə də, düşünürəm ki, 2022-ci ilin "Şuşa İli" elan olunması qədim diyarımızın yenidən bərpa olunmasına, əvvəlkindən də gözəl və möhtəşəm görkəminin geri qaytarılmasına, yenidən şərqin mədəniyyət beşiyinə çevrilməsinə təkan verməklə yanaşı, həm də Şuşa uğrunda canlarından keçən qəhrəmanlarımızın ruhunu şad edəcək. Sərəncamda Şuşanın 270 illik yubileyinin qeyd edilməsinin öz əksini tapması Qarabağımızın "göz bəbəyi" Şuşanın milli-mədəni irsinin daşıyıcıları olan abidələrinin bərpası prosesinin çox sürətlə aparılacağına işarədir. Sərəncamdan irəli gələn tədbirlər çərçivəsində xalqımız üçün müqəddəs olan bu şəhərə çoxsaylı ölkəmiqyaslı və beynəlxalq səfərlər təşkil olunacaq, mötəbər tədbirlər keçiriləcək.

2022-ci ilin "Şuşa İli" elan olunması çox mühüm siyasi-tarixi hadisədir. Bu, dövlət başçımızın həm dünya ictimaiyyətinin, həm də xalqımızın diqqətini bir daha qədim Azərbaycan şəhəri olan Şuşaya yönəltmək istəyi kimi xüsusi əhəmiyyətli məqsəd daşıyır.

Bir sözlə, Şuşanın qısa müddətdə bərpası və əhalinin məskunlaşdırılması Qarabağın təhlükəsizliyinin gücləndirilməsi baxımından çox önəmlidir.

Digər tərəfdən, Şuşada həyat öz axarına düşərsə, bu, keçən ilin iyununda Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsində əks olunan bir sıra müddəaların icrasını sürətləndirə bilər ki, bu da, öz növbəsində, bölgənin təhlükəsizliyinə əlavə zəmanət və güvən deməkdir. Eyni zamanda, ölkəmizin gücünün və qüdrətinin göstəricisi olaraq, Şuşanın tezliklə dirçəldilməsi və əhalinin məskunlaşdırılması ermənilərin yaşadığı ətraf ərazilərin Azərbaycanın sosial, iqtisadi və hüquqi məkanına reinteqrasiyasını stimullaşdırmaq üçün katalizator rolunu oynayacaq. Əminəm ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 2022-ci ili "Şuşa İli" elan etməsi Vətən müharibəsində qazanılan tarixi Qələbəni iqtisadi, siyasi və diplomatiya müstəvisində daha da möhkəmləndirmək, sülh quruculuğu prosesində önəmli irəliləyiş əldə etmək, müəyyənləşdirilən strateji hədəflərə çatmaq üçün əhəmiyyətli rol oynayacaq.

- İqbal bəy, Şuşa döyüşləri Azərbaycan gəncliyinin qəhrəmanlığını, mərdliyini və Vətənə olan sevgisini bir daha sübut etdi. Bu torpaqları hərbçilərimiz heç bir hərbi texnika olmadan, öz qol gücünə azad etdilər. Bu gün Şuşada da ikinci Zəfər Müzeyinin açılmasını təklif edirlər.

- Bu, çox gözəl təklifdir. Məncə də, Şuşada ikinci Zəfər Müzseyi açılmalıdır. Həmin müzeydə Şuşa uğrunda gedən döyüşlərdə şəhid və qazi olan oğullarımızın şəxsi əşyaları sərgilənməlidir. 44 günlük Vətən müharibəsində 30 il öncə valideynlərin qucağında göz yaşları ilə dədə-baba yurdlarını tərk edən gənclər tank belində, çiyinlərində silahla o torpaqlara geri qayıtdılar. Tək Şuşa döyüşləri deyil, digər ərazilərin də işğaldan azad edilməsi uğrunda gedən döyüşlər Azərbaycan tarixinə qəhrəmanlıq salnaməsi kimi həkk olundu. Bu gün hər birimizin borcu o qəhrəmanlarımızın adlarını daim yaşadıb, bizə əmanət buraxdıqları övladlarına, ailələrinə sahib çıxmaq, ən önəmlisi isə, gələcək nəslin də bugünkü kimi vətənpərvər ruhda böyüməsini təmin etməkdir. Məhz buna görə, düşünürəm ki, Şuşada da ikinci Zəfər Müzeyinin açılması yaxşı olardı.

- Bilirik ki, mütəmadı olaraq seçicilərinizlə görüşürsünüz. İqbal bəy, yəqin ki, sizə müraciət edənlərin arasında şəhid və qazi ailələri də var. Onlar daha çox hansı problemlərlə bağlı sizə müraciət edirlər?

- Mütəmadı olaraq seçicilərimlə görüşür, onları narahat edən problemlərlə maraqlanır, yerində həll edilməsi üçün köməkçilərimə tapşırıqlarımı verirəm. Doğru vurğuladınız, müraciət edənlər arasında şəhid ailələri və qazilər də olur. Şəhid ailələri ilə görüşdə dövlətin onlara göstərdiyi diqqətə, qayğıya görə cənab Prezidentə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirlər. Qazilər daha çox məşğulluq və əlilliyin alınması ilə bağlı problemlərlə bağlı müraciət edirlər. Bununla əlaqədar aidiyyəti qurumlara da tərəfimizdən müraciətlər edilir. Amma ümumilikdə şəhid ailələri və qazilər dövlət tərəfindən onlara göstərilən qayğıdan öz razılıqlarını bildirirlər.

Aysel Şamilova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2144   Tarix: 07 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Süni intellekt indi də oğurluq etdi

"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut

21 oktyabr
.

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ

23 oktyabr
.

Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA

Saç şampunu seçərkən yalnız məhsulun markasına və qiymətinə deyil, onun tərkibinə və saçın xüsusiyyətlərinə də diqqət yetirmək vacibdir. Yanlış şampun seçimi saç dərisində quruluq, yağlanma və qıcıqlanma kimi problemlərə səbəb ola bilər. Bəs saç tipinə uyğun şampunu necə seçmək lazımdır, məhsulun tərkibindək

22 oktyabr
.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr
.

2 yaşlı uşaq su kanalında boğuldu

Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır

22 oktyabr
.

Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin

22 oktyabr
.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

Şagirdlər hazır cavablara öyrəşir: Süni intellekt təhsilə necə təsir edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Şagirdlərin ev tapşırıqlarını süni intellektə həvalə etməsi onların bilik və bacarıqlarının inkişafı ilə bağlı ciddi suallar yaradır. Dərslərini müstəqil hazırlamaq, suallara cavab tapmaq üçün araşdırma aparmaq və qarşılaşdıqları çətinlikləri özləri həll etmək əvəzinə, hazır cavablardan istifadə edə

23 oktyabr
.

Xəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində

24 oktyabr