Ailəsindən qaçan 25 yaşlı qız ölümlə təhdid edilir? - AÇIQLAMA
Bakıda 25 yaşlı qızın ailəsi tərəfindən zorakılığa məruz qaldığı iddia edilib.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, qız evdən qaçıb və 1 saylı Asan Xidmət Mərkəzinə gəlib. Qız qurumun mühafizəçiləri tərəfindən saxlanılıb və polisə təhvil verilib.
Eyni zamanda, sosial şəbəkələrdə qeyd edilib ki, dünən zərərçəkən qadın polis tərəfindən iki saata yaxın bölmədə saxlanılıb.
İddia edilib ki, həmin qadını ailəsi ölümlə təhdid edir, hətta öz aralarında qərar veriblər ki, atası öldürsün, çünki yaşlıdır və həbsxanada həyatını çürüdə bilər.
Polis qadının yazılı ərizəsi ilə könüllü olaraq evdən çıxmasını bildirməsi ilə kifayətlənməyib, onu videoda danışmağa məcbur edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a bildirib ki, belə hallar baş verməyib:
"Qadın saxlanılan kimi dərhal polis əməkdaşları şəxsən mənim tərəfimdən məlumatlandırılıb. Bütün zəruri tədbirlər vaxtında icra olunub. Ailə üzvlərinin dəfələrlə etdiyi şikayətlər, "polis şikayətimizə baxmır, araşdırmır", - deyə yazırdılar.
Prosessual tədbirlər tam icra olunduqdan sonra həmin qadın sərbəst buraxılıb və ailə üzvləri bu barədə məlumatlandırılıb. Qadın yazılı izahat verməklə ailəsi ilə yaşamaq istəmədiyini bildirib. Bu, qanunla prosessual icraatın dayandırılması üçün əsas idi"./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1170 Tarix: 03 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI
İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl
23 oktyabrBakının iki rayonunda işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər
22 oktyabrSabah Bakıya yağış yağacaq
Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə
22 oktyabrFuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk
22 oktyabrGülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq
Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"
24 oktyabr