"Azəriqaz"dan sayğaclarla bağlı vacib AÇIQLAMA

"Azəriqaz"dan sayğaclarla bağlı vacib AÇIQLAMAAzərbaycanda indiyə qədər "ağıllı sayğaclar" olmayıb. Bizim sonradan ödənişli sayğaclara keçid etməyimizdə əsas məqsədimiz ağıllı, yəni smart sayğaclara nail olmaqdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Açıq qapı" aksiyasında deyib.

Şöbə rəisinin sözlərinə görə, SOCAR xüsusi proqram üzərində işləyir. Bu proqrama əsasən, abonentlər sayğaclarının şəklini çəkib "Azəriqaz"ın informasiya mərkəzinə göndərəcək. İnformasiya mərkəzi sərfiyyatı, borcun hamısını abonentə göstərə biləcək. Bundan əlavə o qeyd edib ki, bu proqram vasitəsilə onlayn ödənişlər də etmək mümkündür.

"Sayğacların üzərində şəffaf qutular olacaq, bununla nə qurumun işçiləri, nə də abonentlər sayğaca müdaxilə edə biləcək. Bundan sonra ağıllı sayğacdan söhbət gedəcək. Bu sayğaclarda uzaqdan sərfiyyatın dayandırılması işi də həyata keçiriləcək", - deyə Eldəniz Vəliyev vurğulayıb.

Həmçinin bu cihazların quraşdırılması üçün abonentlərdən heç bir ödəniş tələb olunmayacaq.

Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayevin sözlərinə görə, Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan Muxtar Respublikasını da Azərbaycanın hesabına təbii qazla təmin etmək mümkün olacaq. O, hazırda Naxçıvan Muxtar Respublikasına ikinci dövlət üzərindən təbii qaz verilməsinin həyata keçirildiyini deyib.

"104" Operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qeyri-iş günlərində Çağrı mərkəzinin gücləndirilmiş rejimdə çalışacağını diqqətə çatdırıb. Şöbə rəisinin sözlərinə görə, daxil olan bütün müraciətlər qəbul olunacaq və icraatı da təmin ediləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1702   Tarix: 05 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021