Rusiya-Ukrayna müharibəsi Azərbaycanda maşın bazarına təsir edəcək?

Rusiya-Ukrayna müharibəsi Azərbaycanda maşın bazarına təsir edəcək?Ukrayna ilə münaqişə fonunda Rusiyaya qarşı sanksiyalar artmaqdadır. Dünyaca məşhur brendlər ölkədəki fəaliyyəti, o cümlədən zavodlar Rusiyadakı istehsalını dayandırıb. Həmçinin, idxal-ixrac proseslərinə də məhdudiyyətlər qoyulub. Sanksiyalar ölkədə beynəlxalq valyuta qıtlığına səbəb olub.

Ötən günlərdə nəhəng avto şirkətlər də sıra ilə Rusiya bazarını tərk etdi. Eləcə də, idxalda məhdudiyyətlərin yaranmasının yerli istehsal müəssisələrində ehtiyyat hissələrinin qıtlığına səbəb olacağı gözlənilir.

Hazırkı proseslərin Rusiyada bazara necə təsir edəcəyindən danışan avto-ekspert Eldəniz Cəfərli münaqişə fonunda baş verə biləcək dəyişiklikləri və gözlənilən prosesləri şərh edib:

"Hazırda gedən proseslər bazara mənfi təsir göstərir. Rusiyada avtomobil bazarında qıtlıq yaranır. Rusiya özü iri avtomobil istehsalçısıdır. Ölkədə həm minik avtomobilləri, həm də avtobuslar istehsal edilir. Bununla yanaşı Rusiya hər il yüz minlərlə avtomobil idxal edir. Bazarda illik avtomobil satışı 1,5 milyondur. Sanksiyaların tətbiqindən sonra Federasiyada satışlar kəskin azalacaq. Növbəti dövrdə Rusiyanın avtomobil idxalı da azalacaq. Sanksiyalar Rusiyadakı avtomobil istehsalına da təsir göstərəcək. Çünki, avtomobillərin istehsalında istifadə edilən ehtiyat hissələrinin 30 faizi xaricdən alınır. Bu, Rusiyanın daxili istehsalını dayandıracaq".

Ekspert mövcud proseslərin Azərbaycanda avtomobil bazarına təsiridən də danışıb:

"Bizdə avtomobil bazarı Rusiyadan asılı deyil. Ölkəmiz avtomobil seqmentində Avropa spesifikasiyasına aiddir. Yəni, ölkəyə rəsmi şəkildə gətirilən avtomobillər Avropa spesifikasiyalıdır. İkinci əl - işlənmiş avtomobillər isə əsasən ABŞ-dan gətirilir. Təbii ki, Rusiyadan da avtomobil idxal edirik. Lakin, bunlar xüsusilə komfortlu avtomobillər sayılmır. Ona görə də, bizim mövcud situasiyada avtomobil bazarı ilə bağlı itirə biləcəyimiz məqam yoxdur.

Rusiyada istehsalın azalması və avtomobil sənayesində problemlərin yaşanması Azərbaycana təsir etməyəcək. Azərbaycan üçün alternativ bazar var - Avropa ölkələri. Digər tərəfdən Yaponiya, ABŞ, Çindən də avtomobil idxal edirik. Ona görə də hazırkı proseslərin müvafiq bazara təsiri olmayacaq".

Bununla belə ekspert qeyd edib ki, Rusiya ilə Azərbaycanın müştərək avtomobil zavodları var, lakin mövcud əməkdaşlıq fonunda yalnız yük avtomobilləri istehsal edilir, bu isə Azərbaycanda bazara mənfi təsir etməyəcək./oxu


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1875   Tarix: 05 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Reuters": İran sanksiyalardan yayınaraq 2 milyard dollardan çox hərbi avadanlıq idxal edib

İran ABŞ blokadası və Qərbin sanksiyalarından yayınan hərbi agentliklər şəbəkəsi yaradıb, 2025-ci ilin yanvarından bəri İrana 2 milyard dollar dəyərində hərbi avadanlıq idxal edilib. "Reuters"in araşdırmasına görə, MOD hərfləri ilə başlayan adların arxasında nəhəng maliyyə və hərbi maşın təşki

29 oktyabr
.

ABŞ İsrailə əlavə "Patriot" hava hücumundan müdafiə sistemi göndərəcək

ABŞ İsrailin raket hücumlarından müdafiəsini gücləndirmək məqsədilə Texas ştatından ölkəyə əlavə "Patriot" zenit-raket kompleksi göndərmək qərarına gəlib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, noyabr ayında Yaxı

28 oktyabr
.

Böyük faciədən doğan tarixi kəşf: Dənizçiləri xilas edən ixtira

1707-ci ildə baş verən və 2 mindən çox dənizçinin həyatına son qoyan faciə dənizçilik tarixində mühüm dəyişikliklərə səbəb oldu. Gəmilərin açıq dənizdə dəqiq mövqeyini müəyyənləşdirmək problemini həll etmək üçün başladılan axtarışlar nəticədə ilk etibarlı dəniz xronometrlərindən birinin yaradılması il

27 oktyabr
.

Salvador dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək

Salvador hakimiyyəti dörd salvadorlu aviasiya texnikini xilas etmək məqsədilə Haitidəki genişmiqyaslı əməliyyata iki mindən çox hərbçi cəlb edir. xəbər verir ki, bu barədə Salvador Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, N. Bukele ilə Haiti Baş naziri Aliks Didye Fis-Eme arasında telefo

29 oktyabr
.

Ermənistanda parlamentin keçmiş spikerinin əmlakına həbs qoyuldu

Ermənistan parlamentinin keçmiş spikeri Artur Bağdasaryanın və ailə üzvlərinin daşınar və daşınmaz əmlakına həbs qoyulub. Bizim.Media xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyinin Məcburi İcra Xidməti bu barədə məlumat yayıb. Korrupsiyaya qarşı mübarizə məhkəməsinin qərarı ilə Bağdasaryanın və onunl

28 oktyabr
.

ABŞ ara seçkilərdən sonra İrana qarşı hücumları bərpa edə bilər

"The Wall Street Journal" qəzetinin məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, Vaşinqton bir sıra Körfəz ölkələrinə ABŞ-da keçiriləcək ara seçkilərdən sonra İrana qarşı qısa, lakin intensiv hərbi əməliyyatlara hazır olduğunu bildirib. xəbər verir ki, onların sözlərinə görə, ABŞ v

28 oktyabr
.

Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək

Polşa Ukraynaya təxminən 50 milyon avro dəyərində yeni hərbi yardım paketi çərçivəsində iki MiQ-29 qırıcısı və döyüş sursatları təhvil verəcək. Bu barədə Polşanın "Rzeczpospolita" nəşri ölkənin Müdafiə Nazirliyinin Müdafiə Strategiyası və Planlaşdırılması Departamentinin direktoru Dariuş Lukovskini

29 oktyabr
.

Rus ordusu iki kəndi işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Alisovka və Sum vilayətinin Barilovka yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

28 oktyabr
.

Rusiya-Ukrayna müharibəsi: Kiyevə hücum, cəbhədə döyüşlər və yeni sülh danışıqları

Rusiya-Ukrayna müharibəsi fonunda hərbi əməliyyatlar və diplomatik təmaslar davam edir. Kiyevdə infrastruktur obyektlərinə zərbələr endirildiyi, Ukrayna qüvvələrinin bir sıra istiqamətlərdə əks-hücum əməliyyatları apardığı bildirilir. Eyni zamanda, müharibənin dayandırılması üçün yeni danışıqların keçirilməs

28 oktyabr