Sabiq spiker:"Haqq-ədalət Rusiyanın tərəfindədir"

Sabiq spiker:"Haqq-ədalət Rusiyanın tərəfindədir"Yaqub Məmmədov: "Nə istəyirsən, Amerika? Sakit otur yerində, ölkələri bir-biri ilə üz-üzə qoyma"

"Ukrayna - Rusiya müharibəsində əsas günahkar ABŞ-dır".

Bu sözləri "Şərq"ə açıqlamasında Milli Məclisin sabiq sədri, professor Yaqub Məmmədov deyib. Eks spiker bildirib ki, NATO Rusiyanın qərb sərhədlərinə yaxınlaşmamalıydı. Bununla bağlı Rusiya Prezidenti Vladimir Putin neçə dəfə Amerikaya xəbərdarlıq etdi:

"Rusiya Qərb üçün deyil, Qərb Moskva üçün təhlükə yaradırdı. Bu, Qərb-Rusiya qarşıdurmasıdır və indiki məsələdə haqq-ədalət Rusiyanın tərəfindədir. Əfsuslar olsun ki, burada ən böyük ziyanı Ukrayna xalqı, mülki adamlar görür. Müharibə uzanacaq. Ukrayna balaca dövlət deyil, ukraynalılar mübariz xalqdır. Kaş müharibə olmayaydı, iki qardaş xalqı, slavyan millətlərini bir-birinə qırdırırlar.

Tarix boyu birlikdə yaşamış xalqları bir-birinə düşmən edən ABŞ-dır. Siyasətçilərin oyunbazlığı, hegemonluq davası xalqları qarşı-qarşıya qoyur. Prosesləri, insan itkilərini ürək ağrısı ilə izləyirik. Gözəl bir ölkə dağılır, şəhərləri viran olur, mülki insanlar qurbana çevrilir. Qərb bunu istəyirdi?".

Y.Məmmədov vurğulayıb ki, Amerika Rusiya rəhbərliyini qıcıqlandırmasaydı, müharibə başlamazdı:

"Moskvanın yeganə tələbi o idi ki, NATO Ukraynaya, Rusiyanın qərb sərhədlərinə gəlməsin, qoşun yığmasın. Əgər özü savaşa girmirsə, Ukraynaya yardım göstərmirsə, hərbi blok hansı məqsədlə Rusiyanın qərb sərhədlərinə gəlirdi?! Qərb öz vədini dəfələrlə pozub, Polşaya, Rumıniyaya, Çexiyaya girib. Ukraynaya müdaxilə son hədd idi. Dünyada yüzlərlə ölkə var, hamısı NATO-ya, Avropa İttifaqına üzv olası deyil ki? Moskvanın Donetsk və Luqanskı "müstəqil dövlət" kimi tanıması da Qərbin təhriki ilə oldu. Zelensikini də "tırkalayıb" Minsk razılaşmasından uzaqlaşdırdılar. Allah eləməsin, nüvə müharibəsi başlasa, dünyanın aqibəti necə olacaq, bunun hesabını kim verəcək? Ukraynaya fitva verirlər, hərbi texnika, xarici legionlar göndərirlər. Qərb əvvəl deyirdi ki, SSRİ şər ittifaqıdır, onu mütləq dağıtmaq lazımdır. İndi SSRİ yoxdur, amma ABŞ yenə də Rusiyadan əl çəkmir. Nə istəyirsən, Amerika? Sakit otur yerində, ölkələri bir-biri ilə üz-üzə qoyma. Belə çıxır ki, indi şər qüvvəsi ABŞ özüdür. Qərb Rusiyanı təxribata çəkdi, Kreml də səhv edərək təxribata getdi".

Yaqub Məmmədov sanksiyaların Rusiyanı zəiflədəcəyinə inanmadığını deyib:

"Rusiya böyük dövlətdir, təbii sərvətləri çoxdur. İnanmıram ki, müharibə və sanksiyalar nəhəng bir ölkəni çökdürsün.

Müəyyən problemlərin yaşanacağı qaçılmazdır, amma sadəcə iqtisadi sanksiyalarla Rusiyanı diz üstə çökdürmək mümkünsüzdür.

Bilirsiz, digər millətlərdən fərqli olaraq rusların yaşayış üçün tələbləri çox deyil. Ruslar hər şeylə qane olan, yüksək rifah arxasınca getməyən xalqdır.

Ona görə də sanksiyalara görə hökumətə etiraz etmirlər, əksinə, təzyiqlərə məruz qaldığı üçün dəstəkləyirlər". /demokrat


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2230   Tarix: 05 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Reuters": İran sanksiyalardan yayınaraq 2 milyard dollardan çox hərbi avadanlıq idxal edib

İran ABŞ blokadası və Qərbin sanksiyalarından yayınan hərbi agentliklər şəbəkəsi yaradıb, 2025-ci ilin yanvarından bəri İrana 2 milyard dollar dəyərində hərbi avadanlıq idxal edilib. "Reuters"in araşdırmasına görə, MOD hərfləri ilə başlayan adların arxasında nəhəng maliyyə və hərbi maşın təşki

29 oktyabr
.

ABŞ İsrailə əlavə "Patriot" hava hücumundan müdafiə sistemi göndərəcək

ABŞ İsrailin raket hücumlarından müdafiəsini gücləndirmək məqsədilə Texas ştatından ölkəyə əlavə "Patriot" zenit-raket kompleksi göndərmək qərarına gəlib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, noyabr ayında Yaxı

28 oktyabr
.

Böyük faciədən doğan tarixi kəşf: Dənizçiləri xilas edən ixtira

1707-ci ildə baş verən və 2 mindən çox dənizçinin həyatına son qoyan faciə dənizçilik tarixində mühüm dəyişikliklərə səbəb oldu. Gəmilərin açıq dənizdə dəqiq mövqeyini müəyyənləşdirmək problemini həll etmək üçün başladılan axtarışlar nəticədə ilk etibarlı dəniz xronometrlərindən birinin yaradılması il

27 oktyabr
.

Salvador dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək

Salvador hakimiyyəti dörd salvadorlu aviasiya texnikini xilas etmək məqsədilə Haitidəki genişmiqyaslı əməliyyata iki mindən çox hərbçi cəlb edir. xəbər verir ki, bu barədə Salvador Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, N. Bukele ilə Haiti Baş naziri Aliks Didye Fis-Eme arasında telefo

29 oktyabr
.

Ermənistanda parlamentin keçmiş spikerinin əmlakına həbs qoyuldu

Ermənistan parlamentinin keçmiş spikeri Artur Bağdasaryanın və ailə üzvlərinin daşınar və daşınmaz əmlakına həbs qoyulub. Bizim.Media xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyinin Məcburi İcra Xidməti bu barədə məlumat yayıb. Korrupsiyaya qarşı mübarizə məhkəməsinin qərarı ilə Bağdasaryanın və onunl

28 oktyabr
.

ABŞ ara seçkilərdən sonra İrana qarşı hücumları bərpa edə bilər

"The Wall Street Journal" qəzetinin məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, Vaşinqton bir sıra Körfəz ölkələrinə ABŞ-da keçiriləcək ara seçkilərdən sonra İrana qarşı qısa, lakin intensiv hərbi əməliyyatlara hazır olduğunu bildirib. xəbər verir ki, onların sözlərinə görə, ABŞ v

28 oktyabr
.

Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək

Polşa Ukraynaya təxminən 50 milyon avro dəyərində yeni hərbi yardım paketi çərçivəsində iki MiQ-29 qırıcısı və döyüş sursatları təhvil verəcək. Bu barədə Polşanın "Rzeczpospolita" nəşri ölkənin Müdafiə Nazirliyinin Müdafiə Strategiyası və Planlaşdırılması Departamentinin direktoru Dariuş Lukovskini

29 oktyabr
.

Rus ordusu iki kəndi işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Alisovka və Sum vilayətinin Barilovka yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

28 oktyabr
.

Rusiya-Ukrayna müharibəsi: Kiyevə hücum, cəbhədə döyüşlər və yeni sülh danışıqları

Rusiya-Ukrayna müharibəsi fonunda hərbi əməliyyatlar və diplomatik təmaslar davam edir. Kiyevdə infrastruktur obyektlərinə zərbələr endirildiyi, Ukrayna qüvvələrinin bir sıra istiqamətlərdə əks-hücum əməliyyatları apardığı bildirilir. Eyni zamanda, müharibənin dayandırılması üçün yeni danışıqların keçirilməs

28 oktyabr