Yeganə oğlu şəhid olan ana...

Yeganə oğlu şəhid olan ana...Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi Fuad Xankişiyevin anası Saqibət Xankişiyeva ilə görüşüb.

Millət vəkili şəhid anasını dinləyib, qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb.

Bildirilib ki, 1996-cı il təvəllüdlü Fuad ailənin tək övladı olub. Mehdi Hüseynzadə adına 3 saylı tam orta məktəbdə təhsil aldığı illərdə cüdo idman növü ilə məşğul olub, sonra Bakı Olimpiya İdman liseyində cüdo üzrə təhsilini davam etdirib və 2011-ci ildə məzun olub. 2011-2014-cü illərdə Mingəçevir Turizm Kollecində Bədən tərbiyəsi fakültəsində oxuyan Fuad bütün bunlarla yanaşı, həvəskar dizayn-dekor işləri də görüb.

2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. O, Azərbaycan Vətən Müharibəsi zamanı Füzuli, Xocavənd və Şuşa istiqamətindəki döyüşlərdə iştirak edib, öz cəsurluğu ilə seçilib. Fuad Şuşa istiqamətində - Daşaltıda gedən döyüşlərdə, 1553 metr yüksəklikdə qəhrəmancasına şəhid olub.

Fuad Xankişiyev "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Şəhid anasını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən millət vəkili hər zaman onun yanında olduğunu vurğulayıb.

Görüşdə "Nəfəs" İB sədri Firəngiz Balakişiyeva da iştirak edib./Axar


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1340   Tarix: 06 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Aparıcılar arasında xaos niyə bitmir? - ŞƏRH

Azərbaycan televiziiyalarında son illər müşahidə olunan vəziyyət cəmiyyətdə ciddi narazılıq yaratmağa davam edir. Bir zamanlar maarifləndirici və mədəniyyət platforması hesab olunan efirlər indi qalmaqal, şəxsi həyat müzakirələri və etik çərçivələri aşan davranışlarla gündəmə gəlir. Xüsusilə bəzi aparıcıları

8 may
.

"BakuBus" və "Bakı Taksi Xidməti" "Bakı Metropoliteni"nə BİRLƏŞDİRİLDİ

Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb. -a istinadən xəbər verir ki, fərmana əsasən, "Bakı Metropoliteni" "BakuBus"

7 may
.

"14 ildir işlədiyim vəzifədə qalmağım üçün 2500 manat istədi" - Açıqlama

"14 ildir Neftçalanın Şorkənd kəndində kitabxanaçı işləyirəm. Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəhbəri Araz Əlizadə məndən rüşvət tələb edib, vermədikdə isə hədə-qorxu gələrək ərizə yazdırıb və işdən çıxarıb". Bu iddia ilə "Qafqazinfo"ya Neftçala rayon sakini Gülmira Zeynalov

8 may
.

"Hayal Kahvesi"ndə istehlaka yararsız qida məhsulları aşkarlandı (FOTO)

Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Dənizkənarı Milli Park ərazisində fəaliyyət göstərən "Hayal Kahvesi" MMC-yə məxsus "Hayal Kahvesi" ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı texniki normativ hüquqi aktları

7 may
.

"Azərlotereya" jurnalistlər üçün "Kintsugi" transformasiya təlimi təşkil edib - VİDEO

"Azərlotereya" ASC-nin "Media Klub" layihəsi çərçivəsində bu dəfə "Kintsugi" transformasiya proqramı əsasında xüsusi təlim keçirilib. Tədbirdə müxtəlif media qurumlarını təmsil edən 10 xanım jurnalist iştirak edib. Bu barədə xəbər verir. "Kintsugi" yapon fəlsəfəsin

7 may
.

"Bu cür laqeydlik gələcəkdə bullinq kimi mənfi halların artmasına münbit şərait yaradır" - AÇIQLAMA

Məktəblərdə fəaliyyət göstərən psixoloqların şagirdlərlə yetərincə maraqlanmaması, onların psixoloji vəziyyətini izləməməsi və mütəmadi söhbətlər aparmaması valideynlər arasında ciddi narahatlıq yaradır. Valideynlər hesab edir ki, xüsusilə yeniyetmə yaş dövründə olan uşaqlarla psixoloqların daha sı

8 may
.

Mayın 17-i 6 imtahan keçiriləcək

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 17 may 2026-cı il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə bir neçə imtahanın keçirilməsi nəzərdə tutulub. Bildirilib ki, bu barədə -a DİM-dən məlumat verilib. Qeyd olunub ki, əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrin

8 may
.

İş yerində özünəinamın gətirdiyi qələbə - 3 sirr

İş yerində özünəinam yalnız insanın özünü yaxşı hiss etməsi demək deyil. Mütəxəssislər bildirirlər ki, bu, ilk növbədə insanın özünü ön plana çıxarmağı və başqalarının rahatlığı naminə daim geri çəkilməməsini öyrənməsi ilə bağlıdır. Özünəinamlı insanlar hər kəsi razı salmağa çalışmaq əvəzinə, gördüklər

8 may
.

Musiqi sərhəd tanımır: MESAM Bakıda "Qardaşlığın körpüsü"nü qurdu

Çox vaxt məşhur mahnılar milyonlarla insan tərəfindən dinlənilir, müxtəlif platformalarda səslənir, tədbirlərdə ifa olunur. Lakin bu əsərlərin müəllifləri hər zaman bundan layiqli gəlir əldə edə bilmirlər. Müəllif hüquqlarının qorunması, xüsusilə rəqəmsal dövrdə əqli mülkiyyətin təmin olunması bu gü

7 may