Qubad İbadoğlunun Turanın yaradılması ilə bağlı açıqlaması müzakirələrə səbəb oldu
Ekspert Qubad İbadoğlunun "Müasir dünyada bu miqyasda ölkə (Rusiyanı nəzərdə tutur-red) ola bilməz, əvvəl axır dağılmalıdır, Türk Dövlətlər Birliyi üçün ən yaxşı fürsətdir. Yaşasın Turan!" açıqlaması müzakirələrə səbəb olub.
Sosial şəbəkə istifadəçiləri bu ideyanı xülya adlandırıblar, Turanın qurulmasını mümkünsüz hesab ediblər.
Q.İbadoğlu da fikirlərinə aydıblıq gətirib: "Bir qrupunun rəylərindən belə başa düşdüm ki, Turan ideyasını avantüra hesab edirlər, əslində bu qənaət bəzilərinin strateji düşüncə tərzinin və azadlıq şüurunun inkişaf etməməsindən qaynaqlanır. Görünür bəziləri bu istiqamətdə hətta ideoloji müzakirələrə hazır deyil. Bu uzun proses olsa da, biz xalqları buna indidən hazırlamalıyıq. Rusiyanın Ukraynaya təcavüzündən sonra süqutu yalnız iqtisadiyyatında tənəzzüldə müşahidə olunmayacaq, həm də idarəçiliyində əhəmiyyətli dəyişişiklərə gətirib çıxara, hətta bu Rusiyada rejim dəyişikliyi ilə də nəticələnə bilər. Bu halda nələr baş verəcək. Heç şübhəsiz ki, 1) Türk dövlətləri də demokratikləşəcək. 2) Rusiyanın hazırkı ərazisində yeni dövlətlər yaranacaq. 3) dünyada de-qloballaşma prosesi başlayacaq və regional birliklər önə çıxacaq. Bu üç faktor Turan ideyasının gerçəkləşdirilməsi üçün yeni fürsətlər yaradacaq. Türk Dövlətləri Təşkilatı Avropa Biriyində olduğu kimi ilk növbədə öz aralarında monetar və iqtisadi inteqrasiyanı gücləndirə bilər, bu inteqrasiya vahid valyuta və gömrük məkanına qədər inkişaf edə və sonradan da TBT AB formatında siyasi birliyə çevrilə və öz təhlükəsizlik sistemini formalaşdıra bilər. Buna şübhəniz olmasın, bu on illər zaman aparsa da, mütləq baş verəcək, mən buna inanıram".
O qeyd edib ki, klassik Turan tərəfdarı deyil: "Azərbaycanın inkişafının liberal iqtisadi dəyərlərə əsaslanan sosial ədalətə söykənən idarəçilikdə görürəm, mən xalqın iradəsi ilə Azərbaycanda yaşayan hər bir millətin nümayəndəsinin, o sıradan da talışın və ləzginin də Azərbaycanda prezident seçilməsini normal, eyni zamanda post-Putin Rusiyası dövründə həm iqtisadi və həm də təhlükəsizlik baxımdan, vahid valyuta və gömrük məkanında regional inteqrasiyadan qarşılıqlı faydalanan birlik üzərində müasir dövrün tələblərinə cavab verən türk dövlətlərinin regional təşkilatın da formalaşmasını labüd hesab edirəm"./Pravda
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1538 Tarix: 06 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellekt indi də oğurluq etdi
"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut
21 oktyabrAzərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ
23 oktyabrSaç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA
Saç şampunu seçərkən yalnız məhsulun markasına və qiymətinə deyil, onun tərkibinə və saçın xüsusiyyətlərinə də diqqət yetirmək vacibdir. Yanlış şampun seçimi saç dərisində quruluq, yağlanma və qıcıqlanma kimi problemlərə səbəb ola bilər. Bəs saç tipinə uyğun şampunu necə seçmək lazımdır, məhsulun tərkibindək
22 oktyabrSağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI
İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl
23 oktyabr2 yaşlı uşaq su kanalında boğuldu
Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır
22 oktyabrLeyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin
22 oktyabrQəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:
22 oktyabrXəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində
24 oktyabr